1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə45/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   41   42   43   44   45   46   47   48   ...   181

122     

H Ü M A Y İ - Ə R Ş



Həştbehişti-rizvan, tanımanam bilmənəm,

Talibi-didarə yar tanımanam bilmənəm.

Gər istər isən, ey dil, aləmdə Hüma olma,

Çək dəstini dünyadan ənquşti-nüma olma.

Ol mahə vüsal deyildir mühal, 

Himmətür-rical təqlaul-cibal

52



Rəngu buyi-du cihana məni mail qılma,

Cismü canımı anlar ilə zail qılma.

Ya Qəni, eylə könlümü ğüfranın ilə yaxılsa, 

Hər dəri-digərə bu bəndəni sail qılma.

Lütf edib qıl məni məqbulu-əqalibil-qülub,

Yəni təfərrüqdə mənfuru-qəyail qılma.

Vir bana padişahım, lütf eylə bir tacı-şərəf,

Rişteyi-qəhrini rəhm eylə həmail qılma.

Aşiqəm şahı-cihan əşrəfi-əşrafına mən,

Nola bu bəndəni müştaqi-şəmail qılma.

Nuru-ruyin bana rəhbər edə gör, ey mahim,

Rəhm edib bu dili möhtacı-dəlail qılma.

Qaldırıb kuhi-hicabatı aralıqdan sən,

Hər gələn şeylərə mabeyndə hail qılma. 

Doğrusun eylə həman kəndinə əqrəb dilimi,

Lütf edib eylə güşad hasili hər müşkilimi.

* * *


Hər muradı-dili-şeyda sana bən diyəyim,

Çün sana bən diyər isəm, bən də bana sən diyəyim.

Eylə ihsan olayım vasifi-övsafı-sıfat,

Hər nə dəm söyləsəm övsafını əhsən diyəyim.

Tutiyi-tabıma ver şükrü-şirin işar,

Söyləsəm vəsfini bən əshəlü-əhvən diyəyim.

52

 Kişilərin qeyrəti dağları devirər. (atalar sözü) (MR)




H Ü M A Y İ - Ə R Ş

    123

Nisbətəm firqətinə nari-cəhimi-canan,

Nola gər ərsəyi-cənnətdəki külhan diyəyim.

Abı-əltafın ilə baş olan əyyaşı-əla,

Kim ki, tər olmaz anın ilə bən quru bir tən diyəyim.

Sonra axşam olur, məxmur oluban xabına naza yatar,

Varayım məqsədimi ol gunə ərkən diyəyim.

Eyləyib lütfü-kərəm əfvi-təkasür eylə,

Rəhm ikram qılıb aç dilimi seyr eylə.

Gözlərim görsə, təmaşayi-sunuat idərim,

Əsli təhsil qılıb tərki-füruat idərim.

Binimin olsa əgər işveyi-istişmamı,

Hər nəfəs içrə istişmamı-füyuzat idərim.

Səm’imin qüvveyi-səm’iyyəsi dürüst olsa əgər,

Hər məqamatda bən guşi-məqamat idərim. 

Saqiya, qüvveyi-saqiyəmi təhsil etsəm,

Dilimi daxili-şəhrə dəri-ayat idərim.

İtirdiyim zövqü-səfa xatirimə gəldikcə,

Dəsti-həsrət açarım, naleyi-heyhat idərim.

Ey bəla, gəlmə bana, billah, bir gün gidərim,

Dərgəhi-padişahi-xəlqə şikayat idərim.

Səhhəti-canu tənim hasil olursa hasil, 

Durmayıb heç təhi kəsbi-kəmalat idərim.

Bən nəyim, cümləsini qüdrəti-Səttar eylər,

İstəsə rövşən edər, istər isə tar eylər.

Saqiya, ayağına başım alıb gəldim mən,

Münsifi-dəhr ki, sənsin bana insaf etsən.

Kargər olamaz heç kimsə bu afaq içrə,

Olmayınca əsəri-qüvvəti-rəghayi-bədən.

Ağlama bülbül dili-gülşəni-əcsam içrə,

Mütləqa bir gün olur açılır ol qönçə dəhən.


124     

H Ü M A Y İ - Ə R Ş



Hər şeyin ...... aləmdə olur qarşısı,

Ağlayan sonra gülər, zar olur əvvəlcə gülən. 

Ya Qəni, lütfünü bu bəndənə ərzan eylə,

Bir dahi çəkməyəm rəhmin eylə, dərdü-mihən. 

Ey Qəzali, ləbi-şükr gidəlim səhrayə,

İçəlim çayı-Çin, eyləyəlim seyri-çəmən.

Bizim əsrarımızı bir o bilürdü bir bən,

Kimdi aya bunu faş eyləyüb afaqa diyən.

Açarım əllərimi səmti-səmavata könül,

Bu ümid ilə kim ol gələ dəavata könül

53



[Bu beytlərdə müəllifin işarəsi vardır]

Yüzümü döndərirəm qibleyi-hacata bu gün,

Açarım əllərimi səmti-səmavata bu gün.

* * *


Ey dilaram, mənim etdiyim aram yetər,

Mərhəmət et dili-bimarinə, o ram yetər.

(Mərhəmət et dili-bimarə gəl ol ram yetər)

Haqqı meydana qoyub eyləyəlim bəhsi-əmiq,

Doğrusu bu qədər alam, bu əvram yetər. 

Saqiya, ayağına qurban olum vir camı,

Zövqi-bihədd edəyim çün bu sərəncam yetər.

Çox da işrətində sunma bana sağər sən,

Rindiyi-sərxoşum, ancaq bana bir cam yetər.

Saqiya, içməzəm israf ilə səhbaları mən,

Gəl bana eylə ilhah bu ibram yetər.

Nola bir kərə də namım ola əşrəf cana,

Yəni namım çağırub eləmə düşnam yetər.

Bu nicə dəmdir ki, könül sacidi-səccadə olur,

Rəhm qıl gəl bana kim səcdəyi-əsnam yetər.

Ey sənəm, deyri-məhəbbətdə bəni şeyda qıl,

Jənki-ayineyi-qəlbi kərəm et, ziba qıl.

53

 Italik olaraq yazılanlar şairin variantlar olaraq əlavə etdiyi misralardır (MR).




H Ü M A Y İ - Ə R Ş

    125

Ya Qəni, eylə kərəm sən bana bu aləmdə,

Görmədim heç vəfa bu firaqı-adəmdə.

Hər mərizə idər ehsan şəfalar hər dəm,

Bilməzəm ki, nə olur didələri badəmdə.

(Olmasun urmadan naləkeş matəmdə)

Bu könül bir gün olur, xakə yatar, əlbəttə,

Səyyadı-zülm əcəl tirinə atar hər dəmdə.

Bən səni çağırıram şamü səhər, ya Şafi,

Qoyma bu aşiqi-bimarını həmdə və qəmdə.

Kim içərsə oluyor sərxoş, mədhuş, ey dil,

Bilməzəm ki, nə olur, cilveyi(işvəyi) Cami Cəmdə.

Varalım bülbüli-şeyda, gedəlim yarə yinə,

Cümlə bimar şifasın alur ol gülfəmdə.

Zövraqı-könlümü çəksəm də çıxarsam, nə olur,

Xəsu xaşakı-əməldən səndəki nazı-səmdə.

(Xəsu xaşak kimi çalxanır hər gün həmdə)

Bularum məqsədimi şəkibim ola gər,

İstəməm hər du cihanı həbibim ola gər.

Münsifi-dəhr kim sənsin insaf eylə,

Şişeyi-sinəmə sayqal urub saf eylə.

Rizqinə qane olub mənzilini qıl əla,

Mürği-Simurğ sıfat məskənini Qaf eylə.

Ey Xudavəndi-naim kərəmü lütfü əta,

İltifat et, dilimi məzhəri-əltaf eylə.

Dilər, ey dil, bizi dilbər tərəfi-didarə,

Nuş qıl camı-vüsalı, yetər övsaf eylə.

Ey Səba, cəhd eylə bir ləhzə gətir bu xəbəri,

Sərbəsər şayii-hər canibü-ətraf eylə.

Söylə suzişlə ki, dün gecə görüb cananın,

Səri-kuyində bu gün verdi Siraci canın.

* * *



Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə