1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə46/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   42   43   44   45   46   47   48   49   ...   181

126     

H Ü M A Y İ - Ə R Ş



Leylaya həvəs kim edə səhrayə düşərmiş,

Məcnun olub Qeys kimi vayə düşərmiş.

Gül ruyinə kim baxsa, dökər gözləri qanlar,

Qəmzəsinə kim meyl edə qavqayə düşərmiş.

Kim ləl ləbin yad edə, ol narə yanarmış,

Şəhla gözünə kim baxa dəvayə düşərmiş.

Əbrulərinə meyl edənin qəddi xam olmuş,

Müjganına kim etsə nəzər rayə düşərmiş.

Nayabə çıxar fikr edə kim muyi-miyani,

Zülfü-siyəhin kim görə sevdayə düşərmiş.

Baran yerinə dərdü-bəla döksə səma gər

54

,

Heç kimsəyə yox aşiqi-şeydayə düşərmiş.

Dünyada, Siraca, sirrü-sevda tutan adəm,

Tərk eylər imiş arını rüsvayə düşərmiş.

Sirac əfəndinin qəzəllərini ehtiva edən nüsxədə bir “Saqinamə” 

daha varsa da ona aid olub-olmadığında tərəddüd olduğundan istinsax 

edilmədi. “Düşərmiş” qəzəlini Nigarizadə Mahmud əfəndinin əlyazısı olan 

bir kağızdan aldım. Mərhum Mahmud əfəndi bu qəzəli təxmis (nəzirə) 

etmişdir. Sırası gəldiyində eynən yazılacaqdır. 

Sirac əfəndi tərəfindən anasına xitabən söylədiyi sözləri ifadə edən 

Sədi əfəndinin mərsiyəsi. 



Ey yazıq ana, eyləmə fəryad əcəldən,

Çün olmadı möhlət bana bidad əcəldən.

Babam çox aman istədi səyyadi-əcəldən,

Can saydi çi sud olmadı azad əcəldən.

Bir gün ölür axir olan icad əcəldən,

Biçarə ana, eyləmə çox dad əcəldən.

Yaqub dəxi Yusif üçün qəm nədən eylər,

Vüslət qoxusun hər dəm ona pirəhən eylər.

Biçarə babam bəndən ümidi-kəfən eylər,

Dünya yüzünü kəndinə beytül-xəzan eylər.

54

  Mütəəxxirin (Son dövr) ədiblərin öndəri Ziya paşa həzrətlərinin “Bi bəxt olanın 



bağına bir qətrəsi düşməz; Baran yerinə dürri-gövhər yağsa səmadan” beytinə digər 

bir nümunədir. Paşadan daha əvvəl Sirac əfəndi həzrətlərinin bu aşiqanə tərzi daha 

zəngin görünməkdədir.



H Ü M A Y İ - Ə R Ş

    127

Hər şad olan axir olur naşad əcəldən,

Biçarə ana, eyləmə çox dad əcəldən.

Canım çox acır babama, tənha nidər, ana,

Mehmanım ona bu gecə, fərda nidər, ana.

Eyyub bəlasın çəkər, aya nidər, ana,

Gör sevdiyinə Həzrəti Mövla nidər, ana.

Fəryad əcəldən dimə fəryad əcəldən,

Biçarə ana, eyləmə çox dad əcəldən.

Əvvəl bu mərəzdən bədənim sağ ola sandım,

Çox acı ilac ilə şirin candan usandım.

Sağlıq qədrin bilmədim, amma ki, çox andım,

Çün əmri-qəza gəldi riza verdim, inandım.

Dərsim bu qədər var imiş ustadı-əcəldən,

Biçarə ana, eyləmə çox dad əcəldən.

Bir ağrı tutub başımı əğyar səsindən,

Üqba yolu çəkdi bəni dünya həvəsindən

(Bu beytlər tapılmamışdır) 

Ruhum yerin aldı olub irşad əcəldən,

Biçarə ana, eyləmə çox dad əcəldən.

Yanında deyil bacın, anan, qardaşın, ana,

Kimlər silə sellər kimi qanlı yaşın ana. 

Qürbətdə bir ağuya qarışdı aşın ana,

Dünya dar olur aləmə sığmaz başın ana.

Qurtardı başın sanki bir övlad əcəldən,

Biçarə ana, eyləmə çox dad əcəldən.

Bəndən sora könlün kim ilə şad olur ana,

Bəndən sizə quru bir ad olur ana.

Ancaq yanınızda bir adım yad olur ana,

Kimlərlə bu viran evin abad olur ana.

Abad evin (oldu) dahi bərbad əcəldən

Biçarə ana, eyləmə çox dad əcəldən.


128     

H Ü M A Y İ - Ə R Ş



Qaldın ürəyi yarə, ciyər parə, nə çarə,

Avarə, günü qarə, biçarə, nə çarə.

Çərx eylədi həsrət bizi didarə, nə çarə,

Saldı bəni azarə, səni zarə, nə çarə.

Ad oldu gülün bərbad əcəldən,

Biçarə ana, eyləmə çox dad əcəldən.

Biləməm bəni kim oxladı, ey Mir Siraci,

Aya nə idi illətim olmadı ilaci.

Ərz oldu ətibbaya biri olmadı naci,

Kim duttu isə nəbzimi təlx oldu mizaci.

Qət oldu ümid, olmadı dad əcəldən,

Biçarə ana, eyləmə çox dad əcəldən.

Sədi əfəndinin bu mərsiyəsi Sirac əfəndinin ata və anasının əhvalını 

layiqilə təsvir etdiyi üçün çox mühüm bir sənəddir. Demək olar ki, yeganə 

övladının yoxluğuna təhəmmül edə bilməyəcək qədər şəfqət göstərən bu 

ata gecə-gündüz bargahi-izzətdən şəfa istəmiş, anası isə oğlunun vəfatı ilə 

özünün düşəcəyi vəziyyəti bilirmiş kimi qəmə batmışdır. 

Vəzn, qafiyə, kəlmə düşgünlüyü kimi bir şeylər məxsus isə də bunu 

istinsax edənə aid etmək məcburiyyətindəyəm, çünki Sədi əfəndi mər-

hu mun dilində bu qədər düşük bir tərzdə sözlər zühur etməmişdir. Çox 

güman ki, bəzi təhriflər də vardır. Bu qədər var ki, bu həsrətnamənin əsli 

Sədi əfəndinindir. O dövrdə intişar etmiş və Sirac əfəndinin vəfatından bu 

günə qədər xalq dilində dövran etməkdədir. Heç şübhəsiz ki, belə bir öv lad 

üçün illərin keçməsi heç də xatirəsini unutdurmağa kafi gəlməz. On səkkiz 

yaşında o zamankı təhsilə görə sağlam istedadını göstərən bu zəka, hə qi-

qətən, mütəfəkkirləri duyğulanmağa sövq edəcək itkilərdəndir. Bu ailədən 

iki gəncin zamansız köçüb getməsi son dərəcə kədərli olmuşdur. Birisi 

Siracəddin əfəndi mərhum ki, ondan bəhs edirik. Birisi də yenə o ailədən Mir 

Mustafazadə Seyid Əbdürrəhmanın oğlu Xaləddin adlı uşaqdır. Bu uşağın 

cənazəsi minlərcə adamla yola salınmış və matəm hökm sürmüşdür. Cənazə 

götürülərkən “Şair, ədib, bəlağət və fəzilət sahibi, müttəqi, alim, kamil, iftixarı-

vicdanımız olan Hacı Əbdülməcid əfəndi həzrətlərinin o zaman bədahətən 

yazdığı mərsiyəsi oxunmuş və camaat ümumən ağlamışdır. Bu mərsiyə də 

Azərbaycan əhalisi arasında indi yayğındır. 

Təəssüf olunur ki, mən Rusiyaya [Azərbaycana] getdiyim zaman bunu 

bir avamın dilindən iqtibas etməyə məcbur qaldım. O sırada mərhum fazil 

ailəlikcə Türkiyəyə hicrət və Adanada ﺍﺪﻴﻬﺷ ﺕﺎﻣ ﺎﺒﻳﺮﻗ ﺕﺎﻣ ﻦﻣ [Qürbətdə qərib olaraq 



ölən şəhiddir] sirrinə məzhər olmuşdu. Alim, əllamə, fəzilət sahibi bir zat imiş. 

Özü Qarabağ

55

 Şəkisi deyə təbir edilən kənddəndir. 



55

  Qarabağın Cəbrayıl uyezdindən Araz çayı kənarındakı Molla Məhərrəmli kəndindən 




Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə