1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə54/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   50   51   52   53   54   55   56   57   ...   181

148     

H Ü M A Y İ - Ə R Ş



Kim ismi Həsən, hüsnü həsən, xülqü həsəndir,

Can boynuna kakülləri zincir-rəsəndir.

Sünni ilə şiələrin məhəbbətinin dərəcəsi haqqında



Məxfi saxlar guşeyi-xatirdə matəm sünnilər, 

Yoxsa etməz sinədən matəm səsin kəm sünnilər.

Ancaq eylər şiələr hörmət Məhərrəm ayına, 

Həm tutar matəmlə hər ayı məhərrəm sünnilər.

Zum edər Şiə; imamı sünnilər sevməz vəli, 

Ud çıxar ahından ah etdikcə hər dəm sünnilər.

Çəksün ol kəs qəm ki, çəkməz Heydər övladına, 

Ta ki, var övladı-Heydər çəkməsün qəm sünnilər.

Kərbəlaya yağmadan tiri-bəlayı-dərdü qəm,

Matəm eylərlərdi ol matəmdən əqdəm sünnilər.

Sinəsi sünnilərin bir məxfi matəmxanədir

Bağlamışlar qapıyı əğyarə möhkəm sünnilər.

Məxfi əza saxlamaq mane deyil ixlasa bəs, 

Nola matəmgahda əyləşsə əbsəm sünnilər.

Ol qədər eşqi-Hüseyn ilə pərişan ol ki ta, 

Sədiya gəlsin sana həm şiələr, həm sünnilər.

Quru sufilərə təcavüzündən



Yeri zahid bana tən etmə dəbənkəm sana nə, 

Səntək ar istəməzəm təriqi-təngəm sana nə. 

Məni ləngitmə keçər qafileyi-eşqi-bütan, 

Gövhəri-qəmdi yüküm bir xəri-ləngəm sana nə. 

Az danış küfr bana söyləmə islam özünü

Gürcüyəm, Xariciyəm, Rusü Firəngəm sana nə.

Əqlü idrakın əgər var isə öz kəndinə ver, 

Dəliyəm, şəppəliyəm

64

 sərsəri dəngəm sana nə.

Hər nəyəm öz yoluma yoxdu mənimlə bir işin, 

Adamam, kəlbi-dərəm, ya bir quru səngəm sana nə.

Gücü ağzında kimi eyləmə lafü qirrət, 

Hünərin var isə gəl talibi-cəngəm sana nə.  

64

 Şəppəli= “zırrama dəli” deməkdir.




H Ü M A Y İ - Ə R Ş

    149

Eşq əgər yaxşı deyil, gəlmə, iraq ol bəndən

Aşiqi-bir sənəmi-şuxü qəşəngəm sana nə.

Məscidü mədrəsəyə az bəni sən təklif eylə, 

Günəhim var özümə, xadimi-vəngəm sana nə. 

Eyib yox eyləməsəm safhai-Qurana nəzər, 

Naziri-çöhrə bir mushafi-rəngəm sana nə.

Mushaf avazına meyl eyləməzsən qulaq as, 

Mütribəm maili-tar, dəfü cəngəm sana nə.

Qulaq as gündə müəzzin səsinə, məscidə var

Sakini-bütkədəyəm, daribi-zəngəm sana nə.

Xamdı canın yeri qal qeydinə ey səngin dil, 

Atəşi-eşqlə yanmış mən əhəngəm sana nə.

Nəzəri-hasidi tərk eylə bana baxma qabih, 

Tökərəm gözlərini tirü xədəngəm sana nə.

Urma əl könlümə zahid, səni əcəl girrəməsin, 

Açılıb kan edərəm topu tüfəngəm sana nə.

Eşq dəryasına qəvvas deyilsən, girmə, 

Udmuşam sən kimi çox kimsə, nəhəngəm sana nə. 

Gəzməzəm gündüz evi guşeyi-zülmətdi yerim

Gözlərim qarə düşüb şəbpərə-həngəm sana nə.

Sakin ol sən bana mən etmə səyahəti-səfərin, 

Dutmazam məskəni bi-məksü dirəngəm sana nə.

Özünü bəzmdə tənha mütəkəllim görmə, 

Bilmə aciz bəni, fuladi-cəhəngəm sana nə. 

Bana eyb eyləmə tərki-ədəbü mərifətəm, 

Yeri öz qeydinə qal mən pəzəvəngəm sana nə.

Yeri dök yaşını məsciddə yerə dəngi-sıfat, 

Fasiqi-türrə bir şahidi-şəngəm sana nə.

Aqibət tanı bəni, Sədiyi xətmi-şüəra, 

Nəzmi-şüəra həme cəməst be çəngəm sana nə. 

Sədinin ruhi təmayüllərini göstərən qəzəllərindən özümə görə seçdiyim 

parçalarını nəql etdim. Divanında nəzirə yazılması çətinlik törədəcək 

qiymətli şeirləri vardır. Fəqət burada bunların zikrinə lüzum görmədim. 

Buna əsasən, bu şeirlərində iki cəhət vardır ki, birisi şairə, digəri ədəbi 

xüsuslara aiddir. Şairin özünə aid olan qismlərini zikr etməyi daha faydalı 




150     

H Ü M A Y İ - Ə R Ş

hesab etdim. Ədəbi nöqteyi-nəzərdən tədqiq edənlər, olduqca səhih varid 

olan şeirləridir ki, bunlar da qarşılıqlı şeirləşmə əsnasında bədahətən 

söylənilmiş və xalq dilində qalmışdır, onlara nəzər etsinlər. Düzülüşündəki 

intizam, ifadə səlisliyi və məqsədini bəyan etməsindəki axıcılığa nəzər 

edərək onun ədəbi zövqünə şahid olsunlar. Balkan müharibəsi əsnasında 

Azəri şairlərindən birisi tərəfindən söylənilib Tiflisdə çıxan “Molla 

Nəsrəddin” qəzetində nəşr olunmuş “Bana nə” rədifli qəzəl Sədinin “Sana 

nə” beytlərilə əksən bənzərlik ərz etdiyindən faydadan xali olmaz ümidilə 

əlavə edildi. Bu şair, Sabir olsa gərəkdi. 

Gecələr ərşə çıxar ahi-yetiman bana nə, 

Babasızlar yatar ac, hali-pərişan bana nə.

Günü-gündən çoxalır xaneyi-viran bana nə, 

Keçəcək hər cür ola gərdişi-dövran bana nə.

Gədə, qəlyanı gətir təxt eyləyim nəşəni mən, 

Söylə hazır eyləsün şişliyi Kəbleyi-Həsən

65

.

Hum ayağına ayağım yetirib sürət ilən, 

Qıl ləbaləb ver içim badeyi-məstan bana nə.

Bana nə əcnəbilər əxz edib elmü hünəri

Fən yüzündən fövqü-səmadan veriyorlar xəbəri

66



Bana nə HeydərüTeymurü Həsən qaldı geri,

Xabı-qəflətdə yatır, ya ki müsəlman bana nə. 

Bana nə bayquş olub varisi-əvrəngi-kəyan, 

Məskəni-şirdə rubəhlər edirlər cəvəlan.

Mülkü-Keyxosrova qayyim oluyor dəllali-zaman, 

Altı min ildi kəbir olmadı İran bana nə.

Təbriz əhli eyləyüb indi bir belə xəyal, 

Arnavutlar tək bunlar da alalar istiqlal.

Belə sərməşk verib Əsəd ilə Molla Kamal

67



Orda sultan olacaq Hacı Saməd xan bana nə.

Vükəla cəm olacaq tacirü molla ilə xan, 

Hərəsi elmi-siyasətdə Bismarkı-zaman 

68

.

65

 Bu misrada “eysün” şəklində oxunacaqdır.



66

 Fən yüzündən= “səbilə” deməkdir.

67

 Sərməşk= “Qərar vermişlərdir” deməkdir.



68

 Məşhur alman dövlət xadimi, baş naziri. 



Mirzə Ələkbər Sabir


Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə