1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə62/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   58   59   60   61   62   63   64   65   ...   181

170     

H Ü M A Y İ - Ə R Ş

bu soyuq suyu tökməyə məcburam” dediyində heyrətini gizlətməyərək: 

“Sənə sehr təsir edərmi” dediyini və Həzrəti Pirin də: “Mən kim oluram

Həzrəti Peyğəmbərə belə təsir etdi” deyə söylədiyini dəfələrcə uzun-

uzadı anlatmışdır. 

Bu rəvayətə görə: Sehrin başlanğıcı, izdivacdan əvvələ qədər uzanıb 

gedir. Fəqət həqiqi səbəbkar kim isə, təbii ki, tarixin qaranlıqlarına gö mül-

müşdür. 

Anlaşılan bir şey var isə, ən bitərəf zatlara görə dəstəbaşı keçəl Bəh-

ri yədir, vəssəlam. Mənim təhqiqatımın nəticəsi də mənə bu qənaəti bəxş 

etmişdir. Mustafa əfəndinin bu işlə əlaqəsi olsa da, olmasa da bu Bəhriyə 

adlanan qadın hələ sağ isə də bir dəfə olsun görmək imkanı əl vermədi. 

Kimdir, nəçidir? Harada yaşayır? Bilmirəm. Ancaq onu eşidirəm ki, 

sürünürmüş. 

O ailənin bu xüsusda əlaqədarlıqları Şirvani Abdullah əfəndinin izdi-

va cında bütün çılpaqlığı ilə təzahür etmişdir. Bu hadisəyə şəxsən şahid 

oldum. Fəqət bu kimi sözləri, rəvayətləri yazmaqdansa qapalı keçmək 

daha insani bir hərəkət olduğundan nəzərə almıram. 

Həzrəti Pirin mənaqibi ilə əlaqədar olmasa yazmağa və söyləməyə 

ədəb edərəm. Burasını söyləyim ki, sehrin bu dərəcə təsirinə çox da ehti-

mal verə bilmirəm. “Bu iş sehrdən başqa bir sənət əsəridir” zənn edir və 

Həzrəti Pirə “Sehrdir, filankəs edir” tərzində iki tərəfin düşmənlərindən 

birisi tərəfindən təşkil olunmuş bir hərəkət olduğuna daha çox inanıram. 

Hər nə hal isə, bu çirkin hərəkəti edən kim isə, Allah ona lənət etsin

Lətifələrdən: Xəlifələrdən Hacı Mahmud Əfəndizadə Hacı Veys 

əfən dinin oğlu Xəlil əfəndinin ziyafət məclisində idik. Məmləkətin əyan, 

əşraf, üləma və digər böyükləri dəvət edilmişdilər. O zaman müfti olan 

mərhum Hacı Hafiz Tevfik əfəndi ki, Şəriət Məhkəməsinin Baş katibliyində 

işləyən zatdır, bu da vardı. Həzrəti Pirin qaynı və Lütfiyə xanımın qardaşı 

Hüsaməddin əfəndi də orada idi. Söhbətin əvvəlinin nə surətlə cərəyan 

etdiyini bilmirəm. Fəqət Müfti əfəndi Hüsaməddin əfəndiyə xitabən 

“Müaviyə Həzrəti Peyğəmbərə necədirsə, sən də Həzrəti Pirə qarşı o cür-

sən, yəni bu millətin Müaviyəsisən” dedi. Hüsaməddin əfəndi də “Sənə 

qələm yoxdur” deyə cavab verdi. Bundan “Divanəsən” demək istədisə də, 

Müfti əfəndi mərhumun sözü qonaqların gülüşünə səbəb oldu.

Yenə Həzrəti Pirin həyatına qayıdaq: 

Həzrəti Pir bu evdən də çıxaraq Sultan Bəyazid civarında Nəcibə 

xanımın evinə köçmüşdür. Oradan İçəri şəhərdə Hacı Süleymanzadə 

Hacı Hafizlərin indi yaşadıqları evə, oradan ilk məktəb müəllimlərindən 

Təhsin əfəndinin mülkiyyətində olan evə, buradan da Kağnı-Kanlı 

bazarında çeşmə ilə came arasında yerləşən Şərif Hafizin evinə köçmüşdür. 

Dəhnəvi Hacı İsrafil Əfəndizadələrdən fəridül-əsr (əsrinin yeganəsi), 

vahidüd-dəhr, qütbi-daireyi-mərifət (mərifət dairəsinin qütbü), lübbi-

məcalisi-həqiqət (həqiqət məclislərinin özəyi) Əl-Hac Mustafa əfəndi 

həzrətləri Həzrəti Pirin Adilə xanımın evində olduğu sırada mürşidin 

iltifatına məzhər olmuş. Və:




H Ü M A Y İ - Ə R Ş

    171

Bu gün bir zahidi gördüm çəküb camı, atub namı,

Girib meyxanəyə Piri-Muğandan dərsi-din almış- 

hikmətamiz kəlamına müxatab olmuşdur. Feyzi ağadan bəhs etmişdim. 

Ağamız zamanın mal sahiblərindən Merzifonun əşrafından ikən Həzrəti 

Pirin rəşadət ətəyinə əli çatdıqdan sonra dünya malından əl çəkmiş, Allah 

yolunda sədəqə etməklə əlindən çıxarmış təriqət pirlərinin sonun 

cu-


larındandır. 

Qələndər-məşrəb, azadə-məzhəb olan bu zat, qoçu bir külhan bəyi 

kimi fəsinin ortasını qırar, əsalı, əli arxasında gəzər. Əhədiyyət yolunun 

yolçusu olan rind-təbiət bir insan imiş. 

Çox qəribə hekayələri vardır. 

Birisi qütbül-mütəəxxirin (sonuncu qütblərdən) Qazi Osman əfəndi 

həzrətlərilə arasında baş tutmuş irfani müsahibədir. 

Bir gün ağa, özünü göstərərək Qazi əfəndiyə xitabən: “Mən zamanın 

Musasıyam. Bu evimin qarşısındakı dağ da mənim Turi-Sinamdır. Bu eşq 

və niyaz yolunda İlahi kəlamın məzhəri olmaq ümidilə bir gün təpəsinə 

çıxmışdım. Həzrəti Musa da gəldi. Rəqabətin əmələ gətirdiyi qibtə üzün-

dən “Bura mənə aiddir, sənə aiddir”, deyə söyləşməyə girişdik, ikimiz də 

bu mövqeyi tərk edə bilmədik, məcburən güləşməyə başladıq. Həzrəti 

Musanı tutduğum anda Zimbilin keçisi kimi yerə vurdum” demişdir. 

Ağamız hər şeyə hakim imiş, Musanı məğlub edər, İsa ilə yarışa 

çıxar, Adəmlə cənnətdə yarışar, cənnət, cəhənnəmdə iradə sahibi olur, 

qələndər-məşrəb, laübali məzhəb, bir ədəbli rind imiş. Hal-hazırda kimsəsi 

qalmamışdır

80



Sübhani sirrə arif, səmədani feyzə vaqif, Allah məczubu Feyzi ağa həzrətləri 



haqqında vaqe olan təhqiqatım nəticəsində əldə etdiyim məlumatı aşağıya dərc 

edirəm.

Bu zatın mübarək babası Mustafa adlı zat kəndimdən hicrət etmiş və Merzifona 

gəlmişdir. Bunun oğlu Həsən ağa dərviş məsləyinə salik olmuş və irfani kəmalat 

kəsb etmişdir. Axırda onunla düşmənçilik edən Şafiin oğulları adı ilə adlanan 

ailədən birisi bu zatı balta ilə şəhid etmiş, xeyli bir zaman sonra qəbri açılıb yarasına 

əl toxundurulduğu zaman açılan yaradan qan daşması bu zatın əshabı-kamaldan 

olduğunu göstərmiş və nəticədə insanların ziyarətgahı olmuşdur. Məhz bu dərviş 

Həsən ağanın Xəlil və Abdullah adında iki oğlu olub, bunlardan Feyzi ağanın atası 

Xəlildir. Bu Hacı Xəlil ağanın Məhəmməd, Feyzi, Bəkir adlı üç övladı qalmışdır. 

Çox möhtərəm və müqəddəs zat olan Feyzi ağanın aşiqanə mənqibələrindən olaraq 

üç zat tərəfindən rəvayət edilmiş hekayə onun arifanə həyatını ifadə edəcəyindən 

aşağıdakı şəkildə əlavə etdim:

“Davulcu bir gün “Bən yönümü arslan yarə çevirdim; Çevirdim də dağı, 

daşı devirdim” deyə bir mahnı çalarkən Feyzi ağavəcd və eşqə qərq olaraq hönkür-

hönkür ağlamış, bəzi daş qəlblilər “Bunda ağlanacaq nə var ki...” deyə vaqe olan 

şikayətlərinə “Baxsanız a, hərif, nə qiymətli söz söyləyir, könül Allaha rəbt edildikdən 

80

  Hal-hazırda oğlunun nəvəsi müəllimlik edən Behcət əfəndi adlı bir övladı olduğunu 



sonradan öyrəndim. Müəllif. 


Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə