1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə59/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   55   56   57   58   59   60   61   62   ...   181

H Ü M A Y İ - Ə R Ş

    163

deməz, deyən adamın doğruluğuna etimad etmək üçün də zahirdə bir səbəb göstərilə 

bilməz. Odur ki, bu iddianı zahirdə möhkəmləndirəcək istinad nöqtəsi tapıla bilməz. 

Bu halda məsələnin keçərsizliyi (batil olması) ortaya çıxar. 

Halbuki, bu heç də belə deyildir. Təcrübədə elm və yəqin ifadə edər, çoxlu təcrü-

bələr qüvvətli qənaət, tam əminlik, sağlam iman vücuda gətirir. Bu halda irfan 

feyzindən faydalanmış zatlara da şahid olaraq istinad edilə bilər. Bu sayədədir ki, 

təsəvvüf ariflərinin sirlərlə dolu lədünni elmlərinə vüquf hasil olmasına imkan əl 

vermişdir. Nəticəyə getmək istənilərsə, türbəyə gedib səhərdən saat səkkizə qədər ayaq-

da durması, o gün günortadan sonra Rüşdü paşanın İstanbula teleqrafla istənilmə-

si heç də bir mənası olmayan “təsadüf ”ə yüklənilə bilməz. 

Paşanın gecə yarısına qədər görüşməsini, Həzrəti Pirin oturduğu məhəl ilə 

türbənin arası üç çeyrək saatdan artıq olmasına baxmayaraq sübh namazından əvvəl 

oraya getməsini, səkkiz saat sonra geri dönməsini nəzərə alsaq, həm Taha əfəndi 

kimi (öz rəvayətinin təhlili nəticəsində öz sözünün qüvvədən düşəcəyini ətraflıca 

qavraya bilməyən) bir zatın bəyanatını təsdiq və həm də ruhani təsirləri qəbul etmək 

məcburiyyətində qalarıq. Bununla yanaşı, mənim gəldiyim nəticə bu rəvayətin eynən 

baş verməsi yönündədir. Hər nə qədər mənim ağlım da mənəvi təsirləri qavraya 

bilməyənlərdən isə də; Yalnız əsərlərindən çox böyük həzz duyduğum və mütəəssir 

olduğum mütəsəvviflər qütbü Şeyx Mühyiddin ibn Ərəbi Həzrətləri buna bənzər 

qəribə hekayələr nəql etməkdə olduğundan öz əhvalından bəhs edən “Futuhati-

Məkkiyyə” adlı kitabında qeyd etdiyi bir hekayəni bu rəvayətə əlavə edim. Mühyiddin 

bin Ərəbi (q.s) həzrətləri (Bir zamanlar məzarlıqda gəzərmiş və bir qəbrə çox gedib-

gələr, bunu bu haldan uzaqlaşdıra bilməzlərmiş. Ustadına şikayət etmişlər, nəsihət 

etmiş isə də fayda verməmiş. Bir gün yenə məzarlıqda ikən ustadı olan zat gəlmiş, 

ancaq Mühyiddin heç dönməyərək öz halında davam etmiş, Mühyiddinin halı, o zata 

əks etməyə başlayınca, son dərəcə mütəəssir olmuş və hətta, həyatından usanmağa 

başlamış. Bunu idrak edən zat, bəşərilik aləminə rücu edərək ustadında hasil olan 

vəhşəti aradan qaldırmaq üçün danışdırmağa başlamış, ustadı, məcburi etiraf edərək 

(Əgər bir dəqiqə də məni danışdırmasydınız, həlak olacaqdım) dedikdə Mühyiddin: 

Mənə bu ölülərdən nə anlayırsan, dirilərlə danış və ünsiyyət qur deyirdin, indi ölü 

kim, diri kim, anladınmı? Əbazeyd Bistaminin “Siz elmlərinizi bir ölüdən, o da 

digər bir ölüdən, bu surətlə siz elminizi “meyyitən badə meyyitin” aldınız. Biz isə bir 

diridən, o da özündən əvvəlki diridən bu surətlə almış olduğumuz elm bizə “hayyən 

badə hayyin” intiqal etmişdir” deyə söylədiyi sözün sirrini öyrəndinmi? İndi ölülər 

arasında “Sənmisən, mənmiyəm” deyə ruhani aləmi canlı, cismani aləmi  cansız 

olaraq səciyyələndirir. Bu rəvayət bizlərə real olaraq bir dəlil təşkil etməməklə yanaşı, 

burası da var ki, bu kimi mənəvi əsrarı da inkar etmək qüdrətim yoxdur. Bu kimi 

rəvayətlərdə həkimlərdən (hikmət əhli) birisinin sözünə uymağı özümə düstur qəbul 

etdim ki, məncə çox insaflı bir hərəkətdir. 

Hükəmadan birisi “Qəribə məsələlər və əcaib əhvaldan hər nə eşidərsən –ağıl 

üçün qəbul namümkün olsa belə– onu yenə mümkünsüz hesab etməməlidir. 

Kainatın əsrarı kimsənin ağlı miqyasına görə tərtib edilmiş deyildir. Hər 

namümkün hesab edilən şey, həqiqətən, elə olsa idi xarici varlıqların heç mənası 

olmaması lazım gəlirdi” demişdir. 

ﺭﺎﺼﺑﻻﺎﺑ ﻩﻭﺃﺭ ﺱﺎﻧﻻ ﻢﻠﺴﻓ ﻝﻼﻬﻟﺍ ﺮﺗ ﻢﻟ ﺍﺫﺈﻓ



Hilalı görməz isən eylə təsdiq,

Xəbər verdikdə sənə əhli-əbsar


164     

H Ü M A Y İ - Ə R Ş



Mühyiddinin bu rəvayəti qəbul ediləcək olursa, Həzrəti Pirin ruhani nüfuzuna, 

kamalının qüdrətinə, ruhi istedadına bu rəvayətlə dəlil gətirilə bilər. Lövh və qələmin 

xaliqi, şübhələri və zülməti aradan qaldıran, bu ali, müqəddəs tayfaya məhəbbət 

etməkdən məni ayırmasın. Seyyidəl-mürsəlin hörmətinə, amin. 

Qəribə xatirələr



Bu kitabı adətən axşam yeməyindən sonra otağıma çəkilərək yazırdım. Necə 

oldusa, kanunu-saninin iyirmi ikinci bazar günü yeməkdən sonra vücuduma bir 

ağırlıq çökdü. Nəsə yaza biləcəyimə inana bilmədim. Yemək otağında bir müddət qal-

dım. Bu zaman ağlıma, bu kimi qiymətini itirmiş keçmişin dərinliklərinə gö mül müş 

əlavə məşğələlərlə məşğul olmağın münasib olmadığı tərzində qəribə, əcaib xəyallar 

gəlməyə başladı. Bu kitabın necə olursa-olsun, tamamlanmasının müvafiq olduğunu 

düşündükcə, bunun ziddinə üstünlük verməyə başladım, çünki tamamlasam da, nə 

olacaq ki, unudulub bir küncdə qalacaq, iştə o qədər...

Buna səbəb isə bir kərə çap və nəşri üçün lazım olan sərmayəni tapa bilməyəcəyim 

düşüncəsi idi. Tapsam belə, bu kitabın çapından irəli gələn məsrəfin qarşılanması 

müm kün olmayacaqdı. Bu hala görə əməklərim boşa gedəcək və yazdığım yazılar da 

itib gedəcəkdi. Odur ki, boşuna çalışmış olacağam, deməkdir. Ən yaxşısı, bu məşğələni 

tərk etməyə qərar verdim. Və qalxıb qonşulardan birinin evinə getməyi düşündüm. 

Bu sırada xatirimə bir neçə dost gəldi ki, hər gecə birisinin evində otururdular. O gecə 

sıra Şirvani Hacı Vəli Əfəndizadələrin evində idi. Mən də yatsı vaxtı oraya getdim. 

Məclisin özünəməxsus bir idarə tərzi və müsahibəsi vardı. Bu dostların bir-birilə olan 

xoş söhbəti və müsahibəsi illərin əmələ gətirdiyi səmimiyyətlə əlaqədər görünürdü. 

Mən təbii biganə bir tövr ilə müsahibəyə diqqət edirdim. Birdən-birə məclis dostları 

sözü mənqibə sahibi olan zata intiqal etdirdilər. İntiqalın nə şəkildə hüsula gəldiyindən 

qafil olmuşam. Ancaq Şamlar məhəlləsindən Oltulu Məhəmmədbəyzadə Lütfi bəyin 

“Həzrəti Pirin neçə dəfə Hicaza getdiyini” soruşduğunu və iştirakçıların mənə 

baxdığını gördüm. Təbii mən də məlumatsızlığımı bəyan etdim. Daha başqa bir şey 

söyləmədim. Lütfi bəy sözü uzadaraq bir mənaqib yazılması lüzumundan bəhs etməyə 

başladı. Yenə bu müsahibəyə də əlaqədarlıq göstərmədim. Ancaq doğrusunu söyləyim 

ki, bu sözlər can damarlarımı təhrikə başladı. Özümü ələ almağa çalışdım. Bu məcrada 

cərəyan edən sözlər mənə “Mənaqib yazılsa nə olacaq ki” dedirtməyə məcbur etdi. Bu 

xüsusda hər kəs bir cür fikir bölüşdü. Artıq sözümü gizləməyib, “Mən yazıram, fəqət 

nəşr etdirməyəcəyəm. Təmizə çəkdiyim nüsxəsini ümumi kitabxanaya vermək fikrində 

olduğumu” söylədim. Bu mənaqibin yazılmasına ən hərarətlə tərəfdar görünən Hacı 

Vəli Əfəndizadələrlə Lütfi bəy tərəddüd etmədən “Nəşrini biz öhdəmizə götürürük” 

dedilər. Bu vəd digər yoldaşlar (ki, Oltulu Mədəd Ağazadə Əhməd, Oltulu Nədim 

bəylərlə Təmiz Əlizadə, tacirlərdən Məhəmməd əfəndi, Şəkinin Dodu məhəlləsindən 

Hacı İbrahim əfəndi, yegəni Hacı Yaqub əfəndilər idilər) tərəfindən dəstəkləndi. 

Həqiqətən də bu vədə əsasən əvvəlki fəallıq hissim baş göstərdi. Çox təsirləndim. Və 

yaxında təmizə çəkib verəcəyimi söylədim. Doğrusu, bundan sonra yazılacaq qismdə 

onların təsirini inkar edə bilmərəm. Ancaq əvvəlcə sərmayəsizlik dolayısıyla məşğul 

olmaqdan əl çəkərək getdiyim qonaq evində heç əlaqəsi yox ikən belə bir hal qarşısında 

qalmağım təəccübümə səbəb oldu. Sanki bir mənəvi rəhbər digər bir vasitə ilə bu işi 

tamamlamağımı əmr edirmiş kimi bir düşüncə meydana gəldi. 

Bu gözlənilməz hallar qarşısında bu vədin əsli çıxsa da, çıxmasa da tamamlamağa 

qərar verdim. İnayət vermək Cənabi-qadiri-mütləqdəndir. Bu vaqeəni, Həzrəti Pirin 


Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə