1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə56/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   52   53   54   55   56   57   58   59   ...   181

154     

H Ü M A Y İ - Ə R Ş



Qan - yaş dökərək tutdu Siracın rəhi-sevda

69

,

Rüsva olub aləmlərə ol aşiqi-şeyda.

Şeyda nəzərində ki, gərək olmaya dünya.

Dünya nə gərək anlara, ey dilbəri-yekta,

Yekta sana derlər, sana derlər, yüzü ənvər.

SƏBATİ 


Ş

əki qəzasının Qurtqaşın [Qəbələ] kəndində doğulmuş və ailəsi ilə 

bərabər Ərzuruma hicrət etmişdir. Ərzurumda bir neçə il qaldıqdan 

sonra Azərbaycan mühacirlərinin ən sıx yaşadığı Amasiyaya gəlmişdir. 

     Nə şəkildə hicrət etdiyi barədə heç bir məlumat ələ keçirə bilmədim. 

Fitri istedadı sayəsində özünü göstərmiş olan bu zat orta boya yaxın, 

dolu deyilə biləcək bir vücuda malik idi. Ağ və sıx saqqallı, gözləri böyük

qaşları, gözlərinin üzərinə qədər tökülmüş, qalın başı böyük, şux məşrəb, 

zarafatcıl, lətifə sevər, xiridar, gülərüz, açıqsimalı bir zat idi. Səbati hər 

zaman gülərüz olub, təbəssüm edərdi. Çox güman ki, hər kəsə mənim kimi 

bir dəfə də olsun onun üzünü turşutduğu görülməmişdir. Ən mütəəssir 

olduğu bir zamanda belə gülərək “hay külhani” sözündən başqa bir söz sərf 

etmədiyini biz-zat müşahidə etmişəm. Səbati tələbəliyi əsnasında da lətifəçi 

olduğundan təhsilinin başlanğıcından etibarən özünü hər kəsə sevdirmişdir. 

İlk təhsilində baş vermiş lətifələrdən birisi Səbatidən sonra da yaşamaqda 

olduğundan qeyd etmək lazımdır. Tələbəliyi əsnasında Çankırlı Saleh 

əfəndi adlı birisi “Dürri-Muxtar” oxudurmuş. Səbati ya zərurətən və ya 

təsadüfən bu xocanın bir dərsində iştirak etmiş. Xoca, yeni başlatdığı kitabın 

müqəddiməsini oxuyarkən müəllifin “Birinci cüzi təbyiz etdim, təmizə 

çıxardım” mənasını ifadə edəcək olan “Bəyyaztül-cüz’əl-əvvələ” (ءﺰﺠﻟﺍ  ُﺖ ْﻀّﻴﺑ 

ﻝﻭﻷﺍ) ibarəsini “Bıdətil-cüz’ül-əvvəl”(ﻝﻭﻷﺍ  ءﺰﺠﻟﺍ  ِﺖَﻀﻴِﺑ)  [Birinci cüz yumurtladı] 

oxuduğunu görmüş. Dərsdən çıxdıqda yoldaşlarına xitabən “Bu xoca birinci 

cüzü yumurtlatdı, sabahkı dərsdəki “illa ma nudirə” (ﺭﺪﻧ ﺎﻣ ﻻﺍ) kəlməsini də 

(illamandir) deyə oxuyacaqdır. Mən də o zaman cavabında “Aha sana bir qoca 

andır” deyəcəyəm, deyə qolu ilə göstərməsi möhtərəm zatlar arasında zərbi-

məsəl hökmünə girmişdir. Birisi yanlış, mübaliğəli bir ifadə söylədiyində 

“Cüzi-əvvəli yumurtlatdı”, birisinə kinayəli mükafat təqdim etmək lazım 

gəldiyində “Aha sana bir qoca andır” demək çox yayılmışdı.

Səbatidən tənafüri-kəlimata aid bir nəzm düzməyi istəyiblər. Səbati 

qara sifəti əlavə etməklə adları yad edilən bəzi zatları nəzərdə tutaraq 

“Qar yağdı, qara qarğaların qara günüdür. Gər qarğalar ölsə qamu 

xalqın düyünüdür (toyudur)” demiş, bu sözü də necə olubsa zərbi-məsəl 

hökmünə girmişdir. 

Səbati bir neçə yoldaşı ilə aşar iltizam

70

 etmişlər. Tale elə gətirib ki, 



zərər ediblər. Hasil olan zərər bunların maliyyə qüdrətlərinin bir neçə 

69

 Rüsvay 



70

  Osmanlı dövlətində dövlətə gəlir gətirən qaynaqların müəyyən bədəl qarşılığında 

şəxslərə verilməsi üsuluna iltizam deyilirdi. (MR)

Səbatinin divanının 

qapağı və birinci səhifəsi



H Ü M A Y İ - Ə R Ş

    155

mislinə bərabər imiş. O zaman mövcud sərvətlərini verməklə bərabər 

böyük miqdarda borc qalıbmış. Yoldaşlar bu borcun ona aid olduğunu 

rəsmən etiraf etməsini xahiş etmişlər. Buna da səbəb digər yoldaşlarının 

məmurluğuna zərər gəlməsi ehtimalını irəli sürüblər. Səbati qəbul et-

miş. Cərəyan edən xəbərləşmə nəticəsində Sivasa istənilmiş, dəftərdarlıq 

tərəfindən keçirilən sorğu nəticəsində bu borcların bütününün ona aid 

olduğunu və şəriklərinin heç bir borcu olmadığını söyləmiş. Səbatinin 

səmimi etirafı qarşısında dəftərdar bir az düşünərək “Haydı get bə, başqa-

sının xeyri üçün özünü təhlükədən qorumayan bir adama ilk dəfədir ki, 

təsadüf edirəm. Məsələnin gedişatı məncə qeyri-rəsmi surətdə tamamən 

anlaşılmışdır. Fəqət nə edim ki, etirafın qarşısında əlim-qolum bağlıdır. 

Dövlət səndən alacağı pul üçün sənin məhkumluğuna üz tutmaqdan uzaq-

dır” demiş və Səbatini demək olar ki, azad etmiş. Qayıdış məsrəfi bəzi 

hökumət adamları tərəfindən təmin edilmişsə də, yol xərcləri Tokatda 

tükənmiş, əlində qalan pul ilə o zamankı Sivas valisinə:



Ey ali kərəm, göndər bizə nəqdi-nəcati,

Müstəğrəqi-dəryayi-düyun oldu Səbati-

deyə bir teleqraf çəkmiş, vali də bu teleqrafa mükafat olaraq 30 lirə 

göndərmiş olduğu rəvayət edilir

71

.



Bir gün Həzrəti Mövlanənin [İsmayıl Siracəddin Şirvani] türbəsində 

iqamət etməkdə olan Hacı İsa əfəndinin yanına Amasiya mütəsərrifi ilə 

şeyxi – ki, Halvacı Şeyx adı ilə məşhur idi– gəlmişlər. Mütəsərrif ilə Hacı 

İsa əfəndi vəhdəti-vücuda dair müsahibə apararkən şeyx müsahibənin 

hansı məcrada olduğundan xəbərsiz olması üzündən birdən-birə 

mütəsərrifə tələsik xitabən– (Bu məsələni kəsin, iş küfrə gedib çıxır) deyə 

xəbərdarlıq etmiş. Mütəsərrif, buna yönələn küfr məsələsindən mütəəssir 

olmuş, amma bir şey də söyləməmişdir. Yaşca kiçik və o məclisdə xidmətçi 

vəzifəsini icra edən Səbati, dərhal bir şeylər qaralayaraq Hacı İsa əfəndiyə 

vermiş, Hacı İsa əfəndinin təbəssümündən şübhələnən mütəsərrif kağızı 

istəyərək almış. Kağızda da:

Vücudi-mütləqin sirrin nə bilsin mərdi-həlvacı,

Anı məhvi-vücud olmuş fənafillahlardan sor-

nəzmini görmüş. Səbatinin bu mənzuməsi təsirdən xali qalmamış ol ma-

lıdır ki, mütəsərrif ondan sonra şeyxinə qarşı əvvəlki təslimiyyətdən uzaq-

laşmışdır. 

      Bu qələndər-məşrəb zatın türkcə və farsca şeirləri vardır. Divanı çap 

olunmuşdur. Bir sıra qəsidələr və doğum, vəfat tarixləri vardır

72



71



 Oltu əşrafından Hacı İrfanzadə mərhum Əli bəyin rəvayətidir. 

72

  Hamamçı Hacı Əli Hafiz adında olduqca yaşlı bir zat var idi. Bunun yaşlılığı zamanında 



bir oğlu (Şadi adını vermişdi) dünyaya gəlmiş və Səbatidən oğluna doğum tarixi 

söyləməsini rica etmiş. Səbati bədahətən: “Gəlib Şadi sevindirdi babasın; Qoca mərkəb 

yeni buldu sıpasın” demişdir.



Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə