1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə57/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   53   54   55   56   57   58   59   60   ...   181

156     

H Ü M A Y İ - Ə R Ş



Bəyazid paşa məscidinin 

qapısına həkk olunmuş 

Səbatinin yazdığı

 təmir kitabəsi 

Ədəbi qiyməti ədib olanlar tərəfindən məlum olacağından bu xüsusda 

məlumat verməkdən nəzərimi çəkdim. 

Həqiqətləri könül gözü ilə bilən Həzrəti Pirin nə üçünsə xətrinə 

dəymiş və Həzrəti Pirin “Səni bu babda rüsvayi-cahan eylər idim. Leyk 

(lakin) imdi səni İlhamiyə

73

 qurban etdim” xəbərdarlığına qarşı üzr istəmiş 



və aləmpənah mürşidin əfvinə nail olmuşdur. 

Səbati, iftixarımız olan ariflər şahı İsmayıl Siracəddin Şirvani həzrət-

lərinin müqəddəs dərgahında otuz ilə yaxın fasiləsiz imamlıq etmiş dir. 

Səbati qəbrini öz sağlığında, fəqət yataq xəstəsi olduğu vaxtda ölməz-

dən əvvəl o müqəddəs hərəmin mürşidin əlac timsallı ayaq ucuna isti qa-

mət lənən və qiblədən dönük türbənin xaricində çeşməyə gedən nər di-

va nın sol tərəfində yer səthindən bir metr yüksəklikdə, köşədəki yerdə 

qazdırıb. Məzarı qazılarkən evinin pəncərəsindən seyr etməkdə idi. Qə-

ri bə təsadüflərdəndir ki, o xəstəlikdən şəfa tapmayaraq vəfat etmiş və 

sağlığında qazdırdığı məzarda əbədi yuxuya dalmışdır. Vəfatı 1320-ci 

ilə [m.1902/03] təsadüf edir. Mərhum sayəsində feyzə nail olduğu kə-

rəmli mürşidinə və onun möhtərəm övladı Siracəddin əfəndiyə mərsiyə 

söyləmişdir. Bu mərsiyələr mərhumun ədəbi səlisliyi və sağlam vicdanını 

ifadə qabiliyyətində olduğundan eynən aşağıya dərc edilmişdir. 

“Bu da Bəyazid paşa məhəlləsində came və xüsusi türbəsində dəfn 

edilmiş Şeyx Həmzə ən-Nigari əl-Qarabaği həzrətlərinin vəfatı tarixidir”. 



İrtihal etdi, diriğa, arifi-billahımız, 

Ey könül, min bad çıxsın göylərədək ahımız.

Ey diriğa, həsrəta va firqəta kim nagəhan, 

Getdi əmri-irciilə mürşidi-agahımız.

Şəmsi-bürci-övliya və şəmi-bəzmi-aşiqan, 

Vaqifi-əsrari-Həqq ol Mir Həmzə şahımız.

Əxtəri-bəxtim nola düşsə zəminə bad əz in, 

Asimanı-eşqdən çün kim dolandı mahımız.

Sərnigun xalq olmuşuq, ey sərçeyi-səqfi-vajgun, 

Kim yazulsun cövfünə hərdəm bizim eyvahımız

Badə həzə, ey Səbati, ayəti-səbri oxu

Ta hidayətlər qılıb tövfiq verə Allahımız.

Xatifi-qeybi gətürdü söylədim tarixini 

Gitdi heyfa dili-cihandan mürşidi-agahımız

Şeyx haqqında söylənilən mərsiyədir



Aşiqan kuyi-Nigara yenə ağlar çəkilur, 

Qorxaram ağlamadan gözlərə ağlar çəkilur.

73

  İlhami Səbati əfəndinin böyük qardaşıdır. Məhviyətkar, dəyanətli, xoşsöhbət, məclislər 



bəzəyi bir zat idi. 

Nigarinin vəfatı ilə 

əlaqədar Səbatinin 

tarix düşürməsi


H Ü M A Y İ - Ə R Ş     157

Şeyx İsmayıl Siracəddin Şirvaninin türbə külliyyəsi və Səbatinin qəbri (dairə içərisində göstərilən)

İ

Səbatinin İsmayıl Siracəddin Şirvaninin türbəsinin həyətindəki qəbri. Amasiya


158     

H Ü M A Y İ - Ə R Ş



Mahiyi-mətləbi bulsan, a gözüm, ağlamadan, 

Abi-çeşmin döküyor görüncə ağlar çəkilur.

Ey könül, aç gözünü bircə Qarabağını gör, 

Ki Qarabağlı məhə bin Qara bağlar çəkilur.

Matəmilə yenə mat oldu cünun tək üşşaq

Anları bağlamağa çox qara bağlar çəkilur.

Ey Səbati, yetişur mürği-dili zar etdin, 

Kim onun naləsinə bülbüli-bağlar çəkilur.

Giryeyi-əbri-qəm badi-bəla birlə bu gün, 

Cuyi-əşkim sanma görüncə çağlar çəkilur.

Tab qılmaz bu qəmə tağu şəcərü səngü mədər,

Əlaman, söyləməyin sinəmə dağlar çəkilur. 

Şeyxin seyid, mübarək övladı Məhəmməd Siracəddin əfəndinin vəfatı-

nın mərsiyə şəklində tarixinin bəyanıdır. 

Ah kim söndü siracı-bəzmi-irfan, ey diriğ,

Qaldılar əhli-məhəbbət sinəsuzan, ey diriğ.

Gəldi əmri-ircii çün getdi ol peyki-vəfa, 

Təbi-hikməti-məşyət əmrü fərman, ey diriğ.

Xaneyi-işrət xarab oldu qırıldı şişələr, 

Saqiyi-gülçöhrə qaldı məstü heyran, ey diriğ. 

Düşdü mütriblər əlindən tarü cəngü udu nay, 

Məcməyi-yaranə düşdü ahü-əfğan, ey diriğ.

Ol ziyavü çeşm kim canu dili-üşşaq idi, 

Getdi heyfa, qaldı bunlar bi dilü can, ey diriğ.

Görməmişkən kimsələr ruyində asari-məlal, 

Həzrəti Seyid Nigari qıldı əfğan, ey diriğ.

Ey dili-matəmsəra, bir ah çək kim dərdnak, 

Düşsün iqlimi-vücuda narı-hirman, ey diriğ.

Arizuyi-mövt edər könlüm kanı camı-əcəl, 

Kim bu dərdə yoxdur andan qeyri dərman, ey diriğ.

Rahəti-canu dilin getdi, Səbati, ba’d əz in, 

Cayi-asayiş sana olmazmı niran, ey diriğ.

İstədim tab’ı-Səbatidən anın tarixini,

Ahı-həsrət çəkdi ol an dedi bican, ey diriğ. 

Siracinin vəfatı ilə 

əlaqədar Səbatinin mərsiyyəsi 

və tarix düşürməsi

Nigarinin vəfatı ilə əlaqədar 

Səbatinin mərsiyyəsi 



H Ü M A Y İ - Ə R Ş

    159

Həzrəti Pirin irfan çeşməsindən faydalanmayan heç kimsə yox idi. 

Səbati bu xüsusda lazım gələn məqamları nəzmlə təsvir etmiş olduğu üçün 

aləmin pənahı olan mürşidin ali kəmalatından nəticə çıxarmağa vasitə 

olmaq üzrə yeni bir bəhs olaraq mərhumun bu məsələdəki mərsiyəsi də 

eynən nəql edilmişdir. Bu vasitə ilə Səbati mərhumdan rəvayət edilərək 

Taha əfəndinin bir hekayəsinin əlavə edilməsi də münasib görülmüşdür. 

    Rüşdü Paşa haqqında Həzrəti-Mövlanədən 

[İsmayıl Si ra cəddin Şirvani] ruhani mədəd

Rüşdü paşa həzrətləri sürgün edilərək Amasiyada yaşadığı ilin ba har 

fəslində Həzrəti Pir də Çakallar adlanan mövqedə havasını dəyiş məyə 

çıxmış və Amasiya əşraf və xanədanından Hacı Yusufzadələrin köşk-

lərində yerləşmişdir. Paşa həzrətləri, Amasiyada yaşadığı müddətcə ara-

larında sıx-sıx görüş baş tutur, gah Həzrəti Pir ustadzadəsini, gah paşa 

mərhum Həzrəti Piri ziyarət edər və beləcə həftənin əksər günlərini bə-

rabər keçirirlərmiş. 

Paşa həzrətlərinin ziyarətdən qabaq bir vasitə ilə xəbər göndərmək 

və sonra təşrif etmək adəti imiş. Yenə bir gün xidmətçiləri ilə səadətli 

xanəgaha təşrif edəcəyi xəbərini göndərmiş və bir neçə saat sonra paşa 

Çakallara təşrif buyurmuşdur. 

Necə olubsa bu görüş son dərəcə məhrəm bir surətdə cərəyan etmiş 

və o günün axşamına qədər paşa ilə yalnız görüşdükləri kimi gecə yarısına 

qədər da yenə ikisi bir arada uzun-uzadı görüşmüşlər. Müsahibənin hansı 

məcrada cərəyan etdiyi anlaşılmamış, ancaq ara-sıra xidmət etmək üçün 

yanlarına girib-çıxan Sirac əfəndidən nəql edilmiş rəvayətə görə, paşa son 

dərəcə kədərli bir tövrlə bəzi şeylər söyləyir, hətta, bu sırada gözlərindən 

yaş axırmış. Bir dəfə “Təyyar bəy” dediyi və “Heç ummadığım bu hal 

mənim kədərimi artırır” deyə təəssüfünü bəyan eylədiyini, buna cavabən 

Həzrəti Pir də “Ah Təyyar, ah Təyyar, mənim bacıoğlum deyilsənmi. Bu 

yaraşırmı?” deyə məzəmmətedici sözlər işlətdiyi eşidilmiş. 

Bundan çıxarılan nəticəyə görə paşa həzrətləri Amasiyaya sürgün 

edildiyi gün, paroxodda həyatının təhlükəyə məruz qoyulacağından ehtiyat 

edərək Təyyar bəyi yanına çağırmış Amasiyaya səyahətində ona yoldaşlıq 

etməsini rica etmiş, o da razılıq vermiş idi, halbuki, ertəsi gün paşa həzrətləri 

İstanbuldan Amasiyaya doğru yola düşərkən Təyyar bəy yoxa çıxmış, paşa 

İstanbul mühitindən uzaqlaşana qədər görünməmiş

74

. O gecə yarısına qədər 



davam edən müsahibənin sonunda paşa həzrətləri yatmayaraq öz mübarək 

evinə qayıtmışdır. Paşanın qayıdışından bir-iki saat sonra şəfəq söküldüyü 

zaman Həzrəti Pir yanına heç kimi almayaraq Çakallardan hərəkətlə kərəmli 

mürşidinin müqəddəs məqamına üz tutaraq yola düşdüyünü söyləmiş və 

74 

  Bu rəvayətə ağlım olmasa da inansam.Madam ki, paşa sürgün cəzasına düçar olmuş. 



Görəsən, bu sırada paşanın yanına xaricdən bir adamın daxil olması və ya daxildən 

paşanın adamlarından birisinin çıxarılması mümkündürmü ki? Təyyar bəy İstanbulda 

paşanın yanına necə girmişdir? 

    *Rüşdü paşa həzrətləri Həzrəti Pir ilə görüşərkən o gecə Xoca Bəhaəddin əfəndi 

heç yanından ayrılmadan xidmət göstərdiyini və belə bir müsahibənin əsla cərəyan 

etmədiyini, bu rəvayətin əsli, əsası olmadığını qəti şəkildə ifadə etdi. 




Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə