1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə58/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   54   55   56   57   58   59   60   61   ...   181

160     

H Ü M A Y İ - Ə R Ş

evdən ayrılmışdır. (Buraya qədər Taha əfəndi öz müşahidələrinə istinadən 

rəvayət etmişdir)

Həzrəti Pir Həzrəti Mövlanənin –Şeyx İsmayıl Şirvani- mübarək 

türbəsinə vasil olduqda sübh namazını o müqəddəs yerdə qılmışdır. Səbati 

əfəndi mərhuma çay dəmləməsini əmr etmiş və özünün də gələcəyini 

söyləmiş


75

. Səbati samovarı hazırlamış, çayı dəmləmiş, fəqət soyumuş. 

Həzrəti Pir hələ türbədən qayıtmamışdır. Bu hal qarşısında Səbati Həzrəti 

Pirin çıxıb getməsindən narahat olaraq türbəyə getmiş, məscid və tür-

bə nin içərisinə baxmış, görməmiş, çöl tərəfi gözdən keçirdikdə Həzrəti 

Mövlanənin [İsmayıl Siracəddin Şirvani] ayaq ucundakı pəncərənin qar-

şı sında əli bağlı, boynu qəlbi üzərinə bükülmüş, ayaq üzərində bir heykəl 

kimi diqqətini bir nöqtəyə zilləmiş, gözləri qapalı bir vəziyyətdə durduğunu 

və günəşin hərarətindən üzündən, gözündən tər axmaqda olduğunu 

müşahidə etmiş, Səbati yenə evinə qayıtmış. Və ondan, bundan derkən bir 

neçə dəfə samovarı yandırmış və şeyx sabah namazından saat doqquzun 

yarısına qədər bu hal üzərinə orada qalmış. Bu sırada Səbati ara-sıra gəlir, 

baxır, nə edir, nə olur kimi bir şeylər anlamaq xam sevdası ilə güdməkdən 

nəfsini saxlaya bilmirmiş. “Ah, bu insanlardakı güdmək marağı”. Xülasə, 

Səbatinin son dəfə yandırdığı samovar da soyumaqda ikən şeyx gəlmiş, 

Səbatiyə köynəyini dəyişdirməyi əmr etmiş, Səbati köynəyini dəyişdirmiş 

və arxasına bir dəsmal qoymuş, bu sırada davamlı surətdə (Əl-həmdü lillah 

vəş-şükrü lillah) deyə söyləyirdisə də hikməti anlaşılmamış. Zöhr namazını 

Səbatinin evində qıldıqdan və bir-iki stəkan çay içdikdən sonra getmək 

üçün ayağa qalxmış, Səbati, bərabər getməsini arzu etmişsə də qəbul 

etməmişdir

76

. Səbati qəbul etməməsinə məyus olduğu kimi niyə gedib 



şeyxə qoşulmadığına da təəssüflənmiş (Bu rəvayət bura qədər Səbatiyə 

75

  Bu görüş bir dərəcəyə qədər qəbul edilsə belə –heç mümkün deyil ya- Təyyar bəy kimi 



paşanın qədirbilən ələmdarlarından bir zatın Paşanın sürgününə bais olan isnadlardan 

azad qalması imkanı varmı? Çünki bir dəfə paşanın tərəfdarlarından olduğu hər kəs 

tərəfindən məlum olduğu kimi paşanın o gecəki görüşündən də hökumətin xəbərdar 

olmuş olması çox təbiidir. Bu hala görə paşanın qəhr olması, Təyyar bəyin sevinməsi 

təzad təşkil edəcək bir mənadan başqa nəyi ifadə edir, doğrusu mənim məntiqimə 

uyğun gəlmir. Çünki bu siyasət aləmidir, şəfaya gəlməz. Birisinin iqbalı min bədbəxtin 

səadətinə bais olduğu kimi, birisinin də bədbəxtliyi minlərcə bəxtiyarı zəlil və pərişan 

edər. Bu kimi hallarda ən çox zərər görən heç şübhəsiz ki, ən yaxın olanlar olur. 

Doğrusu, bu nəticəni heç də müvafiq görmür və qətiyyən qəbul edə bilmirəm. Nə isə 

aralıqda bir Təyyar sözü söylənilmiş isə belə əlaqədar olduğunu zənn etmirəm. Həzrəti 

Pirin “Ah Təyyar, mənim bacıoğlum deyilsənmi” dediyi varid isə Təyyar bəy olduğu 

şübhə götürməz. Ancaq Təyyar bəyin adının zənninə görə belə bir hal baş vermişsə, 

söylənilən hadisənin səbəb olması da ehtimal daxilindədir. Hər nə isə əvvəli, axırı 

şübhəli olan bu sözü burada kəsirəm. Ağıllılar düşünsünlər.*

    *Bu kitabın qaralamasını Miralayzadə Həmdi bəyə vermişdim. Həmdi bəy bu bəhsi 

oxuduğu sırada kitabın kənarına özünün əl yazısı ilə bir haşiyə yazmış. Məsələni 

aydınlaşdıracağı üçün eynən yazıram:

    “Rüşdü paşanın sürgünü sırasında Təyyar bəy Bitlis mütəsərrifi idi. Paşanın sürgünündən 

sonra çıxarıldı. Bəhs edilən Təyyarın başqa bir Təyyar olması şübhəsizdir” (Həmdi). 

76

  Həzrəti Pir kərəmli mürşidinin mübarək türbəsinə nə vaxt gedirdisə çarıqlarını 



məscidin xaricindəki divarın büyük qapısının yanında çıxarır və ondan sonra məshi ilə 

gedərmiş. Yanında bir kimsə olduqda çarıqları qoltuğuna alır və çöl qapıda gözləyərmiş, 

olmazsa Səbati mərhum çarıqları alaraq evində saxlayar, gedəcəyi sırada gətirir, yenə 

böyük qapının çöl tərəfində qoyarmış. Rəvayət səhih və xalq arasında yayğındır. 




H Ü M A Y İ - Ə R Ş

    161

isnadən yenə Taha əfəndinin rəvayətindəndir). Mübarək Mehmed paşa 

camesinin önünə gəldiyi sırada çarşı ağası Mahmud ağa adlı zat, Rüşdü 

paşanın azad edildiyi xəbərini Həzrəti Pirə müjdələmiş. Həzrəti Pir bu 

müjdədən çox duyğulanmış olmalı ki, əlini cibinə soxaraq kisəsində olan 

bir lirəni vermiş və Mahmud əfəndiyə üzrxahlıq edərək “Bu layiq deyildir, 

əvəzini çıxacağıma söz verirəm” demiş, bir-birindən ayrılıb beş-on addım 

uzaqlaşar-uzaqlaşmaz, təkrar Mahmud əfəndini səsləmiş, irfan xəzinəsi 

olan pak sinəsində asılı olan qiymətli saatını çıxarıb “Bunu al, inşaallah 

əvəzini çıxacam” demiş. Təkrar ayrılmışlar. Təkrar geri çağırmış mübarək 

boynunda asılmış bəzəkli Əcəm şalı ki, rəvayətə görə on altın lirə dəyərində 

imiş– çıxarıb vermək istəmiş. Mahmud əfəndi bunu almamaq üçün lütf 

və şəfqətinə görə minnətdar olduğunu söyləmişsə də işə yaramamış, 

bunu da zorla vermiş və yenə əvəzini çıxacağam sözünü əlavə etmiş. Bu 



Səbatinin İsa Ruhi 

əfəndinin vəfatı 

münasibətiylə yazdığı 

mərsiyə və tarix düşürmə. 

Bu lövhə İsmayıl 

Şirvaninin türbəsində idi.


162     

H Ü M A Y İ - Ə R Ş

ayrılıqdan sonra Mahmud əfəndi iri addımlarla uzaqlaşmış. Camenin daş 

nərdivanından çıxarkən yenə səsini eşitmiş isə də eşitməzliyə vuraraq bu 

çağırışa cavab verməmiş. Mahmud əfəndinin anlayışına görə bu gedişlə 

üzərində olan bütün əşyaların hamısını bu müjdə uğrunda sərf edəcəkmiş, 

bu qənaət dolayısıyla son əmrə itaət göstərməmək məcburiyyətində qalmış. 

(Bu rəvayət çarşı ağası (indiki təbirlə bələdiyyə müfəttişi) Mahmud ağaya 

isnadən Taha əfəndi rəvayətindəndir. 

İkindi namazını şəhər daxilindəki camelərin birində qıldıqdan son-

ra Çakallara doğru çıxmaqda ikən harada qaldığını anlamaq üzrə gön-

də rilən Taha əfəndi ilə Dərə məhəlləsində qarşılaşmış və əynindən 

çıxarılan köynəyini Taha əfəndi alaraq köşkə gəlmişdir. (Bu rəvayət Taha 

əfəndinindir) Mübarək türbədəki müraqibədən əhlinin çıxardığı mənaya 

gəlincə, Rüşdü paşa həzrətlərilə baş tutan görüşdə, nahaq olaraq icra 

edilmiş bu sürgün cəzasından son dərəcə mütəəssir olduğunu anlayan şeyx, 

ustadzadəsinin bu təsirindən iztirab çəkməyə başlamış. Bunun üzərinə 

Şeyx paşa həzrətlərinin arzusunun hasil olması üçün kərəmli mürşidinin 

ulu dərgahından mədəd ummağa getmişdir. Və Səbatinin otağında “Əl-

həmdü lillah, əş-şükrü lillah” deməsi də bu məsələ ilə bağlı xahişi qəbul 



edildiyindən təşəkkür mahiyyətində söyləməkdə imiş. 

Mənim bu rəvayətdən anladığım:

Təriqət əhlinin mənəvi seyrinin nə olduğu maddi baxımdan məlum olmadığından 

təlqinedici qənaətlərin rəmzi nəticələri bu məsləyini anlamağa imkan verə bilər, 

ancaq bu xüsusda mənəviyyat aləminə sonsuz bir hörmət və məhəbbət bəsləmək 

lazım gəlir. Məhəbbət, hər şeyi sevgilinin xeyrinə yönəltməyə sövq edən yeganə ruhi 

haldır. Həzrəti Piri dünya gözü ilə görənlər üçün bu rəvayət real olmasa belə qəbul 

etməkdə tərəddüd göstərmirlər. Və bunu təbii hesab edirlər. Fəqət hər şeyi ağlı ilə 

ölçməyi özünə düstur qəbul edənlər üçün bu rəvayət gülünc bir hekayədən başqa 

bir şey ola bilməz, çünki bir türbədə Allahdan mədəd diləməklə maddi aləmdə bir 

şeyin imkanını təmin etməsini ağıla qəbul etdirmək hər halda asan bir şey deyildir. 

Onun üçün bunun kimilər də belə rəvayətlərə qətiyyən əhəmiyyət vermirlər. Bu iki 

müxalif fikir sahiblərinin anlayışlarını uzlaşdırmaq üçün bu rəvayətin doğruluq 

və yanlışlığını göstərə biləcək xaricdən bir məsələni diqqətə almaq lazımdır. Bunun 

üçün bu rəvayətin ravisini (rəvayət edən) eynən qeyd etmək lüzumu hasil olmuşdur. 

Bunun ravisi tamamən Taha əfəndidir. Mərhum Taha əfəndi, Həzrəti Pirin 

qohumlarından olmaqla bərabər Hacı İsa əfəndiyə kürəkən olması üzündən ondan 

incimiş və vəfatına qədər Taha əfəndini qətiyyən qəbul etməmişdir. Bu hala görə 

Taha əfəndi mərhum, bu küskünlüyə laqeyd qala bilmirdi. Düzdür, balaca vaxtı 

kərəmli mürşidin şəfqət yuvasında böyümüşdü. Fəqət, qədirbilməz və vəfasızca hərə-

kətilə Həzrəti Pirə müxalif tərəfə qoşulmuş, və təbii ki, iki qohumuna da sadiq və 

tərəfdar qalmış idi. Nə çarə ki, özünə görə gördüyü, bildiyi bir həqiqəti ehtimal ki, 

olduğu kimi söyləməmək və nəql etməməkdən vicdanı əzab duyur, bu səbəblə ondan 

kərəmli mürşidin rolu barədə soruşulduqda həqiqəti gizləyə bilmirdi. Bu nəticəyə 

nəzərən bu rəvayət olduğu kimi vaqedir. Ancaq (İlahidən mədəd istəmiş, o da qəbul 

etmiş) məsələsi qalır ki, bundan da əhlinin çıxardığı məna bu idi, demişdik. 

Sirlərlə dolu olan mənəviyyat aləminin əhli də öz tövr və hərəkətləri kimi min 

pərdə arxasındadır. Bir şəxsə “əhli idi” demək üçün deyən adamın da irfan feyzindən 

faydalanmış olması lazım gəlir ki, bu da qeyri-mümkündü. Çünki əhli olan əhliyəm 


Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə