1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə61/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   57   58   59   60   61   62   63   64   ...   181

168     

H Ü M A Y İ - Ə R Ş



etməsinə gərək yoxdur. Səbəbinə gəlincə, Həzrəti Pir bunun qızını almış və evlənib 

getmiş, digərlərinin -tamamilə unudulmasa da- məişət məsrəflərindən başqa bir şeyə 

qarışmamış. Mustafa əfəndi isə, Həzrəti Pirin malikanəsinin hər işinə əl qoymuş, 

artıq bu dərəcəyə çatan səadətə rəğmən belə bir cinlik çıxarmağa lüzum qalacağını 

zənn etmək çox da doğru bir mühakimə ola bilməz. 

Əgər xanımların boşanılmasını təmin üçün belə mənasız bir fikir arxasında 

belə bir hərəkətə cəhd etmiş isə, həqiqətən, onu icra etmək onun üçün mümkündü. 

Lakin birdən-birə bunu qəbul etmək və belə bir hərəkətə izin verəcəyini zənn etmək 

Mustafa əfəndinin zamanına yetişərək əhvali-ruhiyyəsinə tamamilə bələd olmaqla 

mümkündü ki, o da mənə nəsib olmadı. 

O səbəbdən, dedi-qoduların xalq arasında yayılmış hissələrini nəql edərək 

məsələni aydınlaşdırmaq məcburiyyəti vardır. 

Dedi-qodular

Lütfiyə xanıma mənsub Bəhriyə adlı bir qadın varmış. Bu qadın bu 

dramın qəhrəmanlarından imiş. Hacı Mustafa əfəndi onun vasitəsilə bu 

işləri etdirir, vəziyyəti təhrif edərək Həzrəti Pirə nəql edir, Həzrəti Pirin 

digər xanımlara olan diqqətini azaldırmış. Həzrəti Pirin Lütfiyə xanımla 

izdivacından sonra bu böyük xanımla əlaqəsi gündən-günə əksildiyi 

həqiqət olduğundan bir nöqtəsində doğruluq vardır. 

Ancaq bu əlaqə azalması içində bu sehr məsələsinin də nəql edilmiş 

olması və bunun da Həzrəti Pirdə ayrıca bir təsir əmələ gətirdiyini 

qəbul etmək çətindir. Bundan məlum olacaq. Dəstəbaşı Bəhriyə adlı 

qadının, həqiqətən, çox fitnəkar olduğunu söyləyənlər bitərəf və etibarlı 

kimsələrdir. Odur ki, istər Həzrəti Pirin böyük xanımlara əvvəlki iltifatı 

göstərməməsi, Bəhriyə adlı qadının Lütfiyə xanıma qohum və fitnəkar 

olması belə heyrətamiz bir hadisədə iştirakını və ya Mustafa əfəndinin 

tərtibi ilə hasil olduğunu qətiyyətlə isbat edə bilməz. Bu halda qaranlıq 

qalan bu nöqtəni bir də şəxsən Həzrəti Pirin fikrini göstərəcək hərəkətlə 

tədqiq etmək lazım gəlir. Qarabağın Qıraxtin qəzasının Çərəkən kəndin-

dən Molla Həsənin rəvayətinə görə, Həzrəti Pir bu bəlanın dəf və 

qaldırılması üçün xəlifələrdən Taşovalı Mustafa əfəndi həzrətlərinin baş-

çılığı altında bir cəmiyyətin təşkil edilməsini və “salatı-münciyə”yə davam 

etmələrini əmr etdiyinin qırxıncı günü Kəmərbaşı Mustafa əfəndinin 

xəbsi-bövldən

78

 vəfat etdiyinə istinadən bu işi edənin Mustafa əfəndi ol-



du ğuna qənaət gətirdiyini dəfələrlə söyləmişdir. Ravi bitərəfdir. İrfan fey-

zindən binəsibdi. Bu kimi xüsusları özündən uydurma qabiliyyətindən 

məhrum idi. 

79

Amasiya üləma və əşrafından qarelər (Quran oxuyanlar) şeyxi 



Hafiz Nuri əfəndinin rəvayətinə görə, Həzrəti Pir, Hafiz Nuri əfəndi ilə 

78

 Prostat xəstəliyi 



79

  Antalya 29 (telefonu ilə) – şəhərimizin hakim islam məhəlləsi Yıldırım və Ulu küçələri 

arasında yerləşən dörd ev beş gündən bəri gecələr saat 22 ilə 01 arasında daşlanmaqda 

və məhəllə sakinlərinə görə bu hadisə bilərək, qəsdən edilir. İşin qəribəliyi hadisə 

Əmniyyətə dövr edildikdən sonra bu ətrafda polis və mühafizlərdən mütəşəkkil bir 

dəstə vəzifəyə başlaması ilə daş yağmurunun daha çox şiddətlənməsidir. Polis ilə 

mühafizlər tərəfindən daşlayan şəxslərin axtarışı davam etməkdədir. 



H Ü M A Y İ - Ə R Ş

    169

hal-hazırda müfti olan alim və nadir fəzilət sahibi Hafiz Kamil əfəndini 

çağırtdırmış və bunlara Ənam surəsini oxumalarını əmr etmişdir, bu 

iki şəxsin Ənam surəsini davamlı oxuması sayəsində bu hallar kəsilmiş

yəni daş yağmamış, pəncərə pərdələri, sandıq içləri yanmamış. Bunlar 

filankəs öldü, filankəs qaldıdan bəhs etmirlər. Dəhnəli Hacı Məhəmməd 

əfəndi və Kəşfi Əfəndizadə Kaşif əfəndilərin rəvayətinə görə: Hacı 

Mustafa əfəndi can verərkən Həzrəti Pirin yanına girdiyini görmüşlər. 

Sürətlə, yavaş-yavaş gedərək Həzrəti Pirin qayınatasına qarşı nə edə cə-

yini öyrənmək iştəmişlər. Həzrəti Pir, bu iki zatın gəldiyindən bixəbər 

can verənin yanında kimsə olmadığından tərəddüd etmədən “... necə 

də can verir ki” demiş. Çevrildikdə bunları görər-görməz sözünü 

dəyişərək “Nə deyirsiniz, bu adamın məhşər günü bir əli mənim, bir 

əli Həzrəti Rəsulullahın əlində olduğu halda gedəcəkdir” demiş. Bu 

iki zat bir-birinə zidd bu iki rəvayəti dərhal yaymışlar. Bu üç rəvayətə 

görə Molla Həsənin rəvayətilə Hacı Məhəmməd və Kəşfi Əfəndizadə 

Kaşif əfəndinin rəvayətlərində bu işdə əlaqədar Hacı Mustafa əfəndi 

olduğunu və Həzrəti Pirin qayınatasından məmnun olmadığını göstərir. 

Həmçinin Molla Həsənin rəvayətilə Hafiz Nuri və müfti Hafiz Kamil 

əfəndilərin rəvayətində də Həzrəti Pirin bu işə sehr nəticəsi olduğuna 

qənaət etdiyini aydınlaşdırır. 

Hacı Mustafa əfəndinin bu hadisənin baş verdiyi sırada vəfatı da qəribə 

təsadüfdür. Bununla bərabər Mustafa əfəndinin vəfatı ilə bu kimi halların 

sonunun kəsilməsi də qəribə bir haldır. Ravilərdən Hafiz Nuri və müfti 

Kamil əfəndilər tam bitərəf və hər biri ayrı-ayrı yerlərdə və zamanlarda 

“Ənam” surəsi məsələsini hər nöqtədə digərinə müvafiq bir surətdə 

rəvayət etmişdilər. 

Dəhnəli Hacı Məhəmməd əfəndi sözünə etibar edilən, abid, zahid, 

təqva sahibi, saleh, səxavətli, qonaqpərvər, həqiqət yolunun yolçusu olan 

mələkxislət zat idi. Kaşif əfəndi, müxlis, mühib, Həzrəti Pirin hikmətamiz 

kəlmələrinə əlavə etməkdən çəkinən, aşiq-məşrəb, vəfakar, dəyanətli, ali 

vəsfləri olan bir zat idi. Bununla bərabər bu iki zatın heç birisi ilə münasibəti 

yox idi. 

Merzifonlu Feyzi ağanın mülahizəsi: 

Hacı Mustafa əfəndinin vəfatı ilə Həzrəti Pirin qardaşıoğlu Seyid 

Sədəddin əfəndinin Sinan hamamı civarındakı dükanına gəlir. “Nə dayan-

mısan qalx, dükanı bağla, bu gün sevinc günüdür” - deyir. 

Bu sözdən nə demək istədiyini anlayan Seyid Sədəddin əfəndi ca-

va bında “Feyzi ağa, nə deyirsən! Bir əli Həzrəti Pirin bir əli Həzrəti 

Rəsulullahın əlində olduğu halda həşr olunacağını eşitmədinmi?” de miş. 

Feyzi ağanın: “İkisinin ortasında zülfiqarı elə çaldım ki, başı ta … 

ortasına getdi sən elə sözlərə baxma”, dediyi məşhurdur. 

Bu o deməkdir ki, əksəriyyət Mustafa əfəndinin əleyhindədir. 

Sirac əfəndinin anası Əminə xanımın söylədiyi rəvayətə görə də: 

Həzrəti Pirə sehr edildiyi anlaşılmaqdadır. Həzrəti Pir, bir gün səhər 

azanından əvvəl Rüşdü paşanın tikdirdiyi malikanənin mətbəxinin 

yanındakı soyuq suyu alıb başına tökdüyünü və “Əfəndim, əmr etsəydin 

də su qızdırsa idik” deməsinə cavabən: “Mənə sehr edirlər, onun üçün 




Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə