1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə63/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   59   60   61   62   63   64   65   66   ...   181

172     

H Ü M A Y İ - Ə R Ş



sonra onun qarşısında dağın, daşın haqqı qalırmı?” deyə cavab vermişdir. Sübhani 

təcəllaya məzhər olan ağa həzrətlərinin bu halı mütəsəvviflər sultanı şeyxül-

əkbər (Allah pak sirrini müqəddəs qılsın) əfəndimiz həzrətlərinin “Muhazaratul-

əbrar”da müşahidəsinə əsasən (617-ci səhifədə eynən ibarəsi yazılı hekayədir) qeyd 

edilən vəziyyət haqqında təfsilatla hallarını izah etdiyi Xudavəndigarın aşiqlərinin 

tövrlərinə bənzərdir.

81

 Özü qumral saqqallı, orta boylu imiş. Təvvəllüd tarixi 1237 

[m.1821/22], vəfatı 1296 hicri ilində vaqe olmuşdur. Vəfatını Həzrəti Pirə teleqrafla 

məlumat vermişlər. Cavabı gəlmədiyi üçün Həzrəti Pirin təşrif etməyəcəyi qənaətinə 

gəlmişlər və namazını qılaraq dəfn etmişləraxırda -dəfn olunduğu gün- Həzrəti Pir 

təşrif etmiş və günbədin civarından keçərkən “Feyzi ağanı dəfn etmişlər” deyə dərhal 

arabadan enmiş, doğruca rəşadət bağının şəcərəsi olan mərhumun qəbri üstünə 

gedərək bir qədər müraqibədən sonra Merzifona gəlmiş və bir az yemək yedikdən 

sonra o gün Amasiyaya geri qayıtmışdır. Mübarək qəbri günbəzin qarşısında Hacılar 

meydanının qürbündə öz babası Dərviş Həsən ağanın qəbrinin ayaq ucunda sağ 

tərəfində yerləşir. Öz oğlu İbrahim ağanın qəbri babasının məzarına yaxındır. Feyzi 

ağanın qəbri İbrahim ağanın sağ tərəfindədir. Dərviş Həsən ağanın məzarı bəyaz 

mərmərdən hazırlanmışdır. Başdaşında on iki tərkli ali təriqət tacı vardır. Yazısı 

eynən aşağıda dərc edildiyi kimidir:

Ta əzəldən təqdir böylə yazılmış başıma,

Ərmiş idim bən də yetmiş yaşıma 

Qəbrimi ziyarət edən bir fatihə yad eyləsin

Qətlimə səbəb olana Allah anda icra eyləsin

Əl-Hac Mustafa Ağazadə Dərviş Həsən ağanın ruhuna fatihə. 

1340-cı il 

İndi də həyatda olanlar ən son göstərilmiş bətndəki övladlarıdır. Feyzi 

ağa Merzifonun Hacı Adil məhəlləsi əhalisindəndir. Nüfus qeydinə görə 

Hacı Həsən məhəlləsindədir. 

81

   ﺾﻌﺑ ﻊﻤﺴﻓ ﻕﺍﻮﺳﻻﺍ ﻲﻓ ﻲﺸﻤﻳ ءﺍﺮﻘﻔﻟﺍ ﺾﻌﺑ ﻥﺎﻛ ﻝﺎﻗ ﺔﻴﻓﻮﺼﻟﺍ ﺔﻧﻮﺼﻣ ﺡﺎﻀﻳﺍ ﻲﻓ ﺔﻠﻴﻣﺮﻟﺍ ﻦﺑﺍ ﻩﺮﻛﺫ ﺎﻣ ﻉﺎﻤﺴﻟﺍ ﺏﺎﺑ ﻦﻣ ﻭ 



ﻥﺄﺑ ﻭ ﻯﺮﻳ ﻻ ﻭ ﺲﺤﻳ ﺎﻤﻓ ﻪﺗﺍﺬﺑ ﻞﺟ :ﺖﻠﻗ ؟ﻒﻴﻛ ﻲﺒﻴﺒﺣ :ﻝﺎﻗ ﻕﺎﻓﺍ ﺎﻤﻠﻓ .ﺱﺎﻨﻟﺍ ﻪﻴﻠﻋ ﻊﻤﺘﺟﺎﻓ .ﻪﻴﻠﻋ ﻲﺸﻐﻓ ﻥﺎﺒﻠﺠﻟﺍ ﺢﻴﺼﻳ ﺔﻋﺎﺒﻟﺍ 

ﻕﺎﻓﺍ ﺎﻤﻠﻓ ﻪﻴﻠﻋ ﻲﺸﻐﻓ ﻯﻮﺘﺳﺍ ﻭ ﻞﺘﻔﻧﺍ .ﻱﺩﺎﻨﻳ ﻮﻫ ﻭ ﺯﻮﻣ ﻊﺋﺎﺑ ﻮﻫ ﻭ ﺮﺧﺁ ﻞﺟﺭ ﻊﻤﺳ ﻭ ﻯﺭﻮﻟﺍ ﻦﻣ ءﻲﺷ ﻪﻬﺒﺸﻳ ﻼﻓ ﻪﺗﺎﻗﻮﻠﺨﻣ ﻦﻋ 

ﻦﻣ ﻥﺎﻛ ﻭ ﺫﺎﺘﺳﻻﺍ ﻦﺑﺍ ﷲ ﺪﺒﻋ ﺖﻴﺷ ﺎﻣ ﻭ ﺖﻠﻗ ﷲ ﺔﻋﺎﻁ ﻰﻠﻋ ﻯﻮﺘﺳﺍ ﻭ ﷲ ﻪﺘﻴﺼﻌﻣ ﻦﻋ ﷲ ﻲﻟﻭ ﻞﻔﺘﻧﺍ :  ﺖﻠﻗ ؟ﻒﻴﻛ ﻲﺒﻴﺒﺣ :ﻝﺎﻗ 

ﻦﻣ ﺔﻟﺎﺣ ﻪﺗﺬﺧﺃ ﻭ ﻩﺩﺄﺘﻓ ﺾﻴﺑﺃ ﺐﻁﺭ ﺹﺎﺨﻟﺍ ﻪﻴﻠﻋ ﻱﺩﺎﻨﻳ ﻮﻫ ﻭ ﺔﻓﺎﻌﻟﺍ ﻦﻣ ﺲﺧ ﻊﺋﺎﺑ ﻊﻤﺴﻓ ﺔﻴﻠﺒﺷﺍ ﺏﺎﺑ ﻦﻣ ﺢﺘﻔﻟﺍ ﺏﺎﺑ ﻰﻨﻋ ﺓﺩﺎﺴﻟﺍ 

ﺭﻮﻧ ﻦﻣ ﺾﻴﺑﺍ ﻪﺒﻠﻗﻭ ﷲ ﺮﻛﺫ ﻦﻣ ﺐﻁﺭ ﻪﻧﺎﺴﻟ ﷲ ﺩﺎﺒﻋ ﻦﻣ ﺹﺎﺨﻟﺍ ﻊﺋﺎﺒﻟﺍ ﺍﺬﻫ ﻝﻮﻘﻳ ﺎﻣ ﻊﻤﺴﺗ ﺎﻣﺍ ﻲﺧﺃ ﺎﻳ :ﻲﻟ ﻝﺎﻘﻓ ﺎﻳﻮﻗ ﻥﺎﻛ ﻭ ﻚﻟﺫ 

ﻝﻮﻘﻳ ﻥﺎﻄﻠﺴﻟﺍ ﺭﺍﺩ ﻦﻣ ﺍﻮﺟﺮﺧ ﺩﺎﻨﺟﻻﺍ ﻦﻣ ﺔﻋﺎﻤﺟ ﺍﺫﺎﻓ ﻥﺎﻄﻠﺴﻟﺍ ﺭﺍﺩ ﺚﻴﺣ ﺔﺿﺎﻴﺑ ﺏﺎﺑ ﺪﻨﻋ ﺔﺒﻁﺮﻘﺑ ﺎﻀﻳﺍ ﻢﻬﻀﻌﺑ ﺖﻴﺷ ﺎﻣ ﻭ ﷲ 

ﻞﺳﺮﻟﺍ ﺕءﺎﺟ ﻝﺎﻗ ﺍﻮﻟﺎﻗ ﺎﻣ ﻭ ﺖﻠﻗ ﻥﻮﻟﻮﻘﻳ ﺎﻣ ﻭ ﺭﺎﺒﺧﻷﺍ ءﻻﺆﻬﻟ ﻊﻤﺴﺗ ﺎﻣﺍ ﻲﺧﺃ ﺎﻳ ﻝﺎﻗ ﻭ ﺮﻴﻘﻔﻟﺍ ﺰﺘﻫﺎﻓ ﺡﺎﺑﺭ ﺔﻌﻠﻗ ﻦﻣ ﺾﻌﺒﻟ ﻢﻬﻀﻌﺑ 

.ﻰﻬﺘﻧﺍ ﷲ ﺪﻨﻋ ﺎﻣ ﻭ ﺢﺑﺭ ﻪﺘﻴﺼﻌﻣ ﻦﻋ ﻊﻠﻗﺍ ﺎﻣ ﻥﻮﻟﻮﻘﻳ ﻡﻼﺴﻟﺍ ﻪﻴﻠﻋ

28 ﺹ ،1 ﺝ ﺭﺎﺒﺧﻷﺍ ﺓﺮﻣﺎﺴﻣ ﻭ ﺭﺍﺮﺑﻻﺍ ﺓﺮﺿﺎﺤﻣ



H Ü M A Y İ - Ə R Ş

    173

Feyzi ağanın zamanımızda həyatda olan ailəsinə aid şəcərəsi aşağıdadır:



ﻰﻔﻄﺼﻣ ﺝﺎﺤﻟﺍ 

(Hacı Mustafa)



ﺮﻜﺑ 

(Bəkir)


ﻚﺑ  ﻥﺎﻤﻴﻠﺳ  

(Süleyman bəy)



ﻲﻀﻴﻓ 

(Feyzi) 


ﻥﺎﻤﺜﻋ ﻲﻠﻋ 

(Əli Osman) 



ﻦﻳﺪﻟﺍ ﺏﺎﻬﺷ ﺪﻤﺤﻣ 

(Mehmed 


Şihabüddin) 

ﻢﺜﻠﻛ ﻡﺍ 

(Ümmu Gülsüm) 



ﺪﻤﺤﻣ 

(Mehmed)


ﻢﻴﻫﺍﺮﺑﺍ 

(İbrahim)



ﻰﻔﻄﺼﻣ 

(Mustafa)



ﻱﺮﻜﺷ 

(Şükrü)


ﺕﺩﻮﺟ 

(Cövdət)


ﻝﺎﻤﻛ 

(Kamal)


ﺖﺠﻬﺑ 

(Behcət)


(Müəllim və 

məmurdur)



ﻦﻤﺣﺮﻟﺍ ﺪﺒﻋ  

(Əbdürrəhman)



ﺎﻨﺴﺣ 

(Hasna)


ﺔﺸﺋﺎﻋ 

(Aişə)


ﺎﻏﺍ ﻞﻴﻠﺧ ﺝﺎﺤﻟﺍ

(Hacı Xəlil ağa)



ﷲ ﺪﺒﻋ (Abdullah)

ﺎﻏﺍ ﻦﺴﺣ ﺶﻳﻭﺭﺩ  ﺪﻴﻬﺸﻟﺍ 

(Şəhid Dərviş 

Həsən ağa)

Amasiyanın XX əsrin 

əvvəllərindəki şəkli. 

Görünən qübbəli məscid 

Şirvanlılar məscidi və

Mir Həmzə əfəndinin 

türbəsidir.



174     

H Ü M A Y İ - Ə R Ş

Mor Əli Babanın ziyarəti

Sivasda irşad postnişini (şeyx) olan Mor Əli Baba Amasiyaya gəlmiş, 

nəyə görəsə Həzrəti şeyxlə görüşmək arzusunu bildirmiş, hal-hazırda 

həyatda olan müfti Hafiz Kamil əfəndi xocanı yanına yoldaş alaraq Adilə 

xanımın evində iqamət etməkdə olan Həzrəti Piri ziyarətə getmişlər. Bu 

evin salamlıq dairəsində küçəyə baxan otağın pəncərəsi önündə Həzrəti 

Pir otururmuş. Mor Əli Babanın gəldiyini görüncə pəncərənin önündən 

qalxmış. Yol üstündə ikən bunu görən Mor Əli Baba Kamil əfəndiyə: “Bizi 

gördü, hərəm tərəfinə getdi. Bunu da bizə görə ayağa qalxmayıb, biz 

gedib salamlıq dairəsinə girdikdən sonra gələrək bizi özü gəldikdə ayağa 

qaldırmaq üçün etdi. Odur ki, mən də qalxmayacağam” demiş. Xoca Kamil 

əfəndinin bu mülahizə qarşısında sükutu təbiidir. Xoca ilə Mor Əli Baba 

evə girdiklərində, həqiqətən də onları salamlıq dairəsinə almışlar. Mor Əli 

Baba vüqarla Həzrəti Pirin oturmaqda olduğu yerə oturmuş, sonra üsula 

görə Mor Əli Babanın gəldiyi xəbər verilmiş, içəridən şahənşah ədası ilə 

təşrif buyuran bu din sultanı salamlıq qapısını açaraq görünər-görünməz 

on beş dəqiqə əvvəl uzun-uzadı mülahizə yürüdən Mor Əli Baba, təlaş 

için də yerindən sıçrayaraq otağın qapısına qədər istiqbal edər kimi bir hal 

göstərmiş. Həzrəti Pir yerinə oturmuş və o yer göstərməyincəyədək otu ra 

bilmədiyi kimi Həzrəti Pir onu mübarək lütfünə qərq etmədikcə daxilin-

də meydana gələn həyəcanı yox edə bilməmiş və göstərilən yerdə ədəb 

və əxlaqını qoruyaraq sorulan suallara cavab verməkdən başqa bir şeyə 

müqtədir olmamışdır

82



Qazı və Mustafa əfəndi xocaların danlanması 

İçəri şəhərdə indi Hacı Süleymanzadə Hacı Hafizin mülkiyyətinə 

aid olan evdə ikən möhtərəm xəlifələrdən Qazi əfəndi ilə Taşabadi Xoca 

Mustafa əfəndi həzrətləri arasında baş vermiş bir ixtilafdan əmələ gələn 

söz-söhbət kərəmli mürşidin mübarək qulağına çatmış. 

Xətmi-xacəgandan sonra hər ikisini də çağırtdırmış və “Siz hər biriniz 

mənim qapımın arslanları olmanız lazım gələrkən belə qiymətsiz vasitələrlə 

bir-birinizə qarşı soyuq bir vəziyyət almanız layiqdirmi? Qapımın pişiyi 

belə ola bilməmisiniz”, deyə danlamaqda ikən rind-təbiət ürəfanın sərdarı 

olan xoca Mustafa əfəndi həzrətləri “Allah” deyərək fələyə çatan bir nərə 

çəkərək şadlığını büruzə vermiş və bu iki şəxsə qarşı baş tutan danlaqda 

iftixar və sevincə səbəb olduğunu müşahidə etmiş olan aləm-pənah mürşid 

“Sübhanəllah, əlhəmdülillah” təşəkkür kəlməsini təkrar edə-edə evinə qa-

yıtmışdır. 

Bu danlaq və məzəmmətinfeyzi ilə bəhrələnən irfan aləminin bu iki 

ziyasından, Xoca Mustafa əfəndi həzrətləri özünə sahib çıxa bilməyən 

acgöz çanaq yalayan bir rind kimi ayartmaq

83

 yoluna davam etmiş, Baba 



82

 Məşhur fazil Müfti Kamil əfəndi rəvayətindən. 

83

  ﺖﺴﻣ یﺎﭘ ﯽﺑ ﻭ ﺮﺳ ﯽﺑ ﺪﺷ ﯽﻤﻫ ﻭﺍ



ﺖﺳﺩ ﺯﺍ ﻦﺘﻓﺭ ﺭﺩ ﺖﺧﺎﻨﺸﻧ ﯽﻣ یﺎﭘ 

    [Məst oldu, başını da, ayağını da hiss etmədi; Getmək istədikdə ayağını əlindən seçə bilmədi] (MR).




Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə