1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə55/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   51   52   53   54   55   56   57   58   ...   181

H Ü M A Y İ - Ə R Ş

    151

Gündə sərf ediləcəkmiş on dörd batman

Qalxacaq nə fələyə dudeyi-qəlyan bana nə.

Altı yüz il çəkilən nargilə verdi səməri, 

Getdi Misir və ya Tunis deyə vermə bana dərdü-səri.

Getdi Balkan, yenə yox əksərinin bir xəbəri, 

Fatihin varisi bir kalibi-bi-can bana nə.

Sədi haqqındakı mülahizəyə burada nəhayət vermək lazım gəldi, çünki 

inşallah zaman əl versə imkan tapıb divanını nəşr etdirə bilsək, orada lazım 

gələn təfsilatı qeyd edə bilərik.

Sədinin tövsiyələrindən olan şeiri:

Dünyaya tam eyləmə, ey axirət acı,

Sığmaz dəxi bir təxti-nigaha iki bacı.

 Bu xüsusda şeyxi-əkbər əfəndimiz həzrətlərinin mülahizələri:

“ﺕﻮﻤﻟﺍ ﺪﻌﺑ ﻪﻟﺎﺣ ﻑﺮﻌﻳ ﻥﺍ ﺩﺍﺭﺃ ﻦﻣ ﻝﺎﻗ ۳۷٤ ﺏﺎﺒﻟﺍ ﻦﻣ ﻡﻮﻘﻟﺍ ﻦﻣ ﻡﻮﻨﻟﺍ ﻪﻈﻋﻭ ﻦﻣ ﻚﻟﺫ ﻦﻣ ﻭ 

ﻚﻟﺬﻛ ﻭ ﻼﺜﻣ ﻚﻟﺫ ﺎﻨﻟ ﷲ ﺏﺮﺿ ﺎﻤﻧﺇ ﻭ ﺓﺪﺣﺍﻭ ﺓﺮﻀﺤﻟﺎﻓ ﻡﻮﻨﻟﺍ ﺪﻌﺑ ﻭ ﻮﻫ ﻡﺎﻧﺍ ﺍﺫﺇ ﻪﻟﺎﺣ ﻲﻓ ﺮﻈﻨﻴﻠﻓ 

ﷲ ﻰﻬﻧ ﺪﻗ ﻭ ﻥﺎﺘﺧﺍ ﺓﺮﺧﻵﺍ ﻭ ﺎﻴﻧﺪﻟﺎﻓ ﻝﺎﻗ ﻭ ﻥﻮﻠﻘﻌﻳ ﻡﻮﻘﻟ ﺕﻮﻤﻟﺍ ﻦﻣ ﺚﻌﺒﻟﺎﻛ ﻡﻮﻨﻟﺍ ﻦﻣ ﺔﻈﻘﻴﻟﺍ ﺏﺮﺿ 

ﻥﺎﺴﺣﻹﺍ ﻲﻓ ﻥﺎﻛ ﺎﻤﻟ ﻦﻜﻟ ﻥﺎﺘﺑﺮﺿ ﺎﻤﻫ ﺎﻤﻓ ﻦﻴﺘﺑﺮﻀﻟﺍ ﻦﻴﺑ ﺯﻮﺠﻳ ﻊﻤﺠﻟﺍ ﻭ ﻦﻴﺘﺧﻻﺍ ﻦﻴﺑ ﻊﻤﺠﻟﺍ ﻦﻋ 

ﻪﺒﻨﺘﻓ ﻥﺎﺘﺑﺮﺿ ﺎﻤﻬﻴﻓ ﻞﻴﻗ ﻚﻟﺬﻟ ﻯﺮﺧﻷﺎﺑ ﺭﺍﺮﺿﺇ ﺡﺎﻜﻨﻟﺎﺑ ﻦﻴﺘﺧﻻﺍ ﻯﺪﺣﺇ ﻰﻟﺇ”



[374-cü fəsildə “Qövmün yuxusu haqqında” adlı moizəsində deyir: öldükdən 

sonrakı həyatının necəliyini bilmək istəyənlər özlərinin yuxulu və oyaq hallarına 

baxsınlar. Həzrət təkdir. Allah bizə misal çəkir ki, yuxudan oyanmaq anlayan qövm 

üçün ölümdən ayılmaq kimidir. Həmçinin deyir: Dünya və axirət iki bacı kimidir, 

Allah iki bacını birdən almağı qadağan etmişdir. Bu iki misalı birləşdirmək olar. 

Çünki iki bacıdan birinə daha yaxşı olduqda digəri üçün zərərli olacaq, odur ki, 

burada bu iki misal çəkilmişdir. Fütuhat, c. 4, s. 402. Darül-Kütubil-Ərəbiyyətil-

Kübra mətbəəsi, Misir.]

Buna əsasən, şeir və ədəbiyyata olan mənsubiyyəti ilə zamanında 

şöhrət kəsb edən və özü Şəkinin Qurtqaşın kəndindən olan Məhəmməd 

Səbatəddin əfəndinin də ruhunu şad etmək ümidilə mərhum haqqında 

da bir neçə sətir yazmaqda fayda görürəm, çünki bu zatdan idadi (litsey) 

məktəbində ikən fars dili dərsi oxumuşdum. Təşəhhüd miqdarı da olsa 

məndə ustadlıq haqqı vardır. Bu surətlə əvəzi mümkün olarsa, bəxtəvər 

başıma. Mümkün olmazsa, bəlkə, adını əbədiləşdirməyə vasitə olur. 

Gün gələr, axtarılar. O zaman ona həsr etdiyim bu sətirlər, bəlkə, bir işə 

yarayar. Bu arzu bir neçə səhifəni də onun üçün qaralamağıma səbəb olur. 

Müvəffəqiyyət, inayət Allahdandır. 

Mövlanəzadə Siracəddin əfəndi həzrətlərinə Molla Sədi Qarabağinin 

təxmis eylədiyi qəzəli-bi-bədəlidir

Ləbin rəşkindən oldu şişədə şərməndə gül suyi,

Səbadan ənbəri-gisuyi müənbər qıldı hər suyi.

Çəküb bir şanə əbruyə dağıtdın tarı-gisuyi,



152     

H Ü M A Y İ - Ə R Ş



Abirü itrü mişkü sünbüli, reyhani, şəbbuyi

Təhririnə müstəğrəq etmiş kakülin buyi.

Bəni divanə etmiş ol pərinin çeşmi-cadusi,

Kəməndi-gərdənim olmuş onun zənciri-gisusi.

Nə tənha bir bütəm qanım axıtmış tiği-əbrusi,

Əyərkən səbzeyi-xəttinə başın müşk ahusi,

Gözü səyyadı damı-zülfə sayd eylər ol ahuyi.

Zülal ləblərin aya görən ol çahı-ğabğəbdə,

Ararmı Xızrı dirilik suyu için zülməti-şəbdə,

Gözüm pərvazı-heyrətdə dilim avazı-ya rəbdə,

Görəndə navəki-zülfün halqalanmış kuşəndə,

Sanuram ki, içir şəhmarı-təşnə çeşmədən suyi.

Firaqı-çeşmi-bimarilə yarin eylə bimaram,

Görənlər surətim sanur ki, bir təsviri-divaram.

Xülasə, xəstəyim azarım əsirim zarı-bizaram,

Xilas olmam kəməndi-türreyi-yarə giriftaram

Zəifəm ol qədər kim qüdrətim yoxdur qıram muyi.

Nədür bilməm sənin axir məramın yəni, ey sufi,

Sənəmlər səcdəsiyçün çox da qılma təni, ey sufi,

Fə innəl-eşq fi yəvmil-xəbir istəğni, ey sufi,

Yezidə etsən lənət sanadır ləni, ey sufi,

Edərsən sən də görsən səcdə ol mihrabı-əbruyi. 

Lətafəti-gülşəndə Haqq səni, ey gül, lətif etmiş,

Zərafəti-şəhnişində bilə bir şuxi-zərif etmiş,

Vəlakin həsrətin bin bülbüli-zarı nəhif etmiş,

Gözün dərdi bənim eynəl-yəqin öylə zəif etmiş

Tərazunin gözünə qoysalar əgməz tərazuyi.

Səhər ki, göz görə gözünü əlində ol mülki-münzir,

Eşitmişdi adəmzadən əksi-kəndinə bənzər,

Nə mümkündür lətafətdə lətafət əksini istər,

Dedi güzgüdə əksim görməzəm heç, ol pəri-peykər

Dedim ki, ey gözüm, göstərməz əlbət güzgü güzgüyi.

Pərişandır sorulmaz kimsədən cəmiyyətin hali,

Edüb sevdayi-zülfündən günəştək sayə pamali.

Xəyalim mürgi qafil olmadı bu hilədən xali,

Qurub səyyadı-çeşmi damı-zülfü daneyi-xali,

Necə yahutək etməm naleyi-yahu yahuyi.


H Ü M A Y İ - Ə R Ş

    153

Çəkilmiş surətin xoş nəqşlə nəqqaşı-qüdrətdən,

Dönübdür surətə Sədi, olub heyran o surətdən.

Gönül pərvanəsi yol bulmadı fanusi-heyrətdən,

Siraci, gecələr yandım, yaxıldım şəmi-həsrətdən,

Gətürdükçə xəyalə ol hilali-əbruyi-məhruyi.

* * *


Ey tutiyi-suxən, tutiyi-suxən, ləbləri şəkkər,

Ey ləbləri şəkkər, sözü şəkkər, yüzü əxkər,

Ey yüzləri əxkər, özü zivər, gözü xavər,

Ey gözləri xavər, ləbi əhmər, dişi cövhər,

Cövhər sana derlər, sana derlər dürrü gövhər.

Ol yüzlər ki, gülmü desəm, mülmü desəm yar,

Yarim ruyinə qönçə desəm yoxsa ki, gülzar,

Gülzarı-gülüstanmı, ya şəftalumu, nar,

Nar rüxinə bənzədəməm gözləri xunxar

Xunxar sana derlər, sana derlər güli-gültər.

Müjganına xəncərmi deyim, yoxsa ki, şəmşir,

Şəmşir mojen bağrıma, ya canıma bir tir,

Tiri-mojeni görsə tənim titrəyə tir-tir,

Tirtir titrər muyi-tənim görsə səni bir,

Bərdar sana derlər, sana derlər şəhi-dilbər.

Zülfün siyəhi saldı bənim başıma sevda,

Sevda səri-səhrayı bana göstərər eyva,

Eyva, oluram Qeys-misl sahibi-səhra,

Səhrayı tutub kim, ararım hər gecə Leyla,

Leyla sana derlər, sana derlər məhi-əxtər.

Xumar gözün xabdamı, yoxsa ki, maxmur,

Maxmur gözün xəstəmi bimarmı, rəncur.

Rəncur gözün nərgisi-şəhlamı və ya nur,

Nur ilə münəvvərmi gözü afətin, ey hur,

Huri sana derlər, sana derlər pəriyi-peykər.

Bir yay sənin qaşların, ey yar və ya ya,

Yay mı diyəm, ya ki, hilal yoxsa ki, tuğra,

Tuğrayı və ya tağmı, ya qövsmü ya ya,

Ya gibi bənim bükdü qəddim qaməti-bala,

Bala sana derlər, sana derlər qəddi Ər-ər.


Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə