1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə52/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   48   49   50   51   52   53   54   55   ...   181

142     

H Ü M A Y İ - Ə R Ş

etmədiyindən pərakəndə məlumata nəhayət verərək şeirlərini yazmaq 

daha doğru bir hərəkət olacağından ona görə bu mövzuda mülahizələrimi 

burada kəsirəm. 

Sədi dərvişlikdə olan səbatı, mətanəti, rəbbani feyzlərə nail olma sev-

da sı sayəsində irfan feyzindən bəhrələnmiş olduqdan sonra hicri 1295-ci 

ildə [m.1878] Siracəddin əfəndi mərhumun dayısı Əli və Mirməhəmməd 

Ağazadə Taha əfəndilər ilə bərabər Ərzurum yolu ilə Rusiyaya [Azərbaycana] 

getmişdir.

Bu bənzərsiz şair də kamala yetmədən 43-44 yaşlarında həyat dağ da-

ğasını tərk etmişdir. Qəbri Ağdam yaxınlığında Qarapirim adlı kənddədir. 

Bölgə xalqınca məzarı ziyarətgahdır. 

Ərz edilməyə layiq bir məqamdır ki, bir səadət və irfan çırağı olan 

Həzrəti Pirin saçılan nuru ətrafında toplanan bu cür həqiqət pərvanələri 

və mərifət quşları zühur edən ruhani irfan feyzini daima o qüdsi kəmalat 

qəlbindən saçılan qüdsi şüalar və nəfis ilahi nəfəslərə borcludurlar. İnan-

mayanlar və bu mülahizəmin həqiqətəuyğun olub-olmadığında tə rəd düd 

edənlər Həzrəti Pirin həyatda olduğu zamanla vəfatından sonrakı halını 

müqayisə etsinlər. Həqiqət dərhal meydana çıxar. Əl verər ki, təəssübə 

məğlub olunmasın.

Sədinin şeirləri



Biz xəlvətiyiz ta nə zərər məşğələmizdən,

Eşq əncüməni şölələnir məş’ələmizdən.

Aşiq çağırır, ahimiz avazı-cərəs tək,

Zira yol azar qafil olan qafiləmizdən.

Sərbəsti-mətaız çəkəriz bari-əmanət,

Hammalı-qəmiz vaqif olan yox şələmizdən.

62

Pabəsteyi-zənciri-cünunuz biz əzəldən,

Hər əsrdə bir Qeys çıxar silsiləmizdən.

Rahət nə rəva bizlərə, bir-bir dəxi hər kəs,

Rihlət yükünü bağlayalar mərhələmizdən.

Fərz et özünə eşqi, əgər ərz edə hüsnün,

Vacib görünür niyyətimiz nafiləmizdən.

Keç dağdağadan, daği-dərunu urma xəyalə,

Qafil nə çıxar qövl gibi qailəmizdən.

Bir qətrəcə gəlməz iki dünya gözümüzdə,

Dəryayi-mühit istə bəzmi-hövsələmizdən.

Heyranşüdeyi-baisi-icadı-cəhanız,

Əllameyi-əsr aciz olur məsələmizdən.

62

 Çalı-çırpı, qalın-incə odun yükü olub belə yüklənir.




H Ü M A Y İ - Ə R Ş

    143

Sədi, yetürür ahimizi göylərə ol məh,

Hərgiz özü agah deyil zəlzələmizdən.

Digər


Gülzarı-cahan cihan xarını pak etməgə dəyməz, 

Gül gibi giribanını çak etməgə dəyməz.

Tiryak-mizac olma, deyil baqi həyatın,

Bir gün səni zəhrilə həlak etməgə dəyməz. 

Beş gün sağ olub gəzməyi nisyan edib insan,

Axır günü yasdığını xak etməgə dəyməz.

Atəş əsər etməz dili-səngininə çərxin,

Ah ilə dili məş’ələnak etməgə dəyməz.

Sədi, var isə kövkəbi-bəxtində səadət,

Hər nəhs nəfəsdən dəxi bak etməgə dəyməz. 

Digər


Saqi, bana bir cam ver Allah üçün olsun,

Bu məclisə bir nam ver Allah üçün olsun.

Təşrifi bu gün düşdü bizə Molla Şərifin,

Saqi, tut əlim kam ver Allah üçün olsun.

Ol qamətə tök kakilini sübhi-qiyamət,

Xəlqə xəbəri-şam ver Allah üçün olsun.

Ey şanə! Sən o zülfü-dilaramı dağıtma,

Bu könlümə aram ver Allah üçün olsun.

Qoyma düşə rüxsarına ol zülfi-siyəh; ya,

Ol kafirə islam ver Allah üçün olsun.

Səndən ki, sənəm, dost səlam ummaya bari,

Düşmən gibi düşnam ver Allah üçün olsun.

Saqi, nəfəsi-Sədi bir an camsız olmaz,

Bu karə bir əncam ver Allah üçün olsun.

Digər


Dünya kim onun təxtini cülus etməyə dəyməz,

Beş gün bəy olub nəreyi-kös etməyə dəyməz.

Dəyməz səhəri şamə yuxu mürğini gözdən,

Bərdaşteyi-bangi-xorus etməyə dəyməz.

Bir hacətlə müflisi etməzsə qəni gər,

Hatəmsə də izharı-fülus etməyə dəyməz.


144     

H Ü M A Y İ - Ə R Ş



Bir nəfs ki eşq atəşi çıxmaz nəfəsindən,

Dəftərdə onu qeydi-nüfus etməyə dəyməz.

Sədi, sana patəxt ola dünya yenə əl çək,

Bir payə üçün payini bus etməyə dəyməz.

Digər


Dərviş olana dünyada əndişə nə lazım,

Əndişeyi-dünya dəxi dərvişə nə lazım.

Bir ev ki xərab ola bina eyləmək anı,

Ey mərdi kəcəndişi xəta-pişə, nə lazım.

Axır ki əcəl avcısı bir gün səni avlar,

Çəkmək dəxi hər bir avı bər şişə nə lazım.

Asudə ol, alayiş ilə, olma müşəvvəş,

Düşmək dəxi bihudə bu təşvişə nə lazım.

Çün baqi deyil ləzzəti bu şəhdi həyatın,

Dutmaq dəxi barmağını hər nişə nə lazım.

Başdan saramazsan yarasın kimsənin açma,

Səpmək nəməki hər dili-pürrişə nə lazım.

Fərhad-nihad olsa o Şirin ləbə hər kəs,

Bir ah ilə bin dağı dələr, tişə nə lazım.

Zahid daş atar daireyi-işrətə, saqi,

Bir xəlvətə çək mey küpünü, şişə nə lazım.

Sədi, nə işin var sənin eşqdən əlzəm,

Uymaq dəxi bu işrətə, bu eyşə nə lazım.

Digər


Arif olanın badə-füruş olması xoşdur,

Ya guşeyi-üzlətdə xamuş olması xoşdur.

Kim mülkün alıb duşünə köç eylədi bundan,

Dünyayi-dəni aqilə duş olması xoşdur.

Kim gəldi buna xanə-xərab olmadı getdi,

Dərviş olanın xanə-beduş olması xoşdur.

Dolduqca boş et, dəstini dolaba qiyas et, 

Boş olmazsa dolmaz genə boş olması xoşdur.

Mümkünmü yetə qafileyi-Leylaya hər kəs, 

Məcnun kimi həmseyri-vühuş olması xoşdur.

Nəqqaşı-əzəl kim ola dərkində təhəyyür,

Xalqın ginə heyranı-nüquş olması xoşdur.


Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə