1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə49/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   45   46   47   48   49   50   51   52   ...   181

H Ü M A Y İ - Ə R Ş

    135

Nail olduğu ilahi feyz varidatının qəlbindən dilinə sürətlə cari olması 

onu müstəsna bir mövqeyə nail etdirmişdir. 

Bu zatın bütün əsərlərini cəm etmək (bəşəriyyət canavarı olan bolşeviklik 

bəlası səbəbilə) mümkün olmamışdır. Bu fironların, bir gün o həqiqət 

Misrindən möcüzəyə qadir Musa əli ilə əsfəli-safilinə [ən aşağı mərtəbələrə] 

qərq olduğunu gördüyümüzdə adlarını yad etmək, xatırlatmaq və ucaltmaq 

üçün hələlik yaddaşımda qalan beytləri təsbit edildi. Allah onu cənnətinə sakin 



etsin. Amin, günahkarların şəfaətçisinin hörmətinə.

Bu zatın zamanında Salahlı (Salihli) kəndində bir Məhəmməd bəy var 

imiş ki, onunla daim şeirləşərmiş. Bu zatın da bədahətən şeir söyləməkdə 

tayı-bərabəri yox imiş. Bir gün ikisi bir arada otururmuşlar. Sədi əfəndi:

ﻩﺎﻴﺳ ﮓﻧﺭ ﻪﮐ ﻩﻮﻬﻗ ﻥﺎﺠﻨﻓ ﻭﺩ

[İki fincan qəhvə ki rəngi siyah]

demiş. Məhəmməd bəy də bədahətən:

ﻩﺎﺒﺗ ﻝﺩ ﺩﻮﺑ ﺪﺷﺎﺒﻧ ﻡﺩ ﻦﻳﺭﺩ

[Bu dəm olmadı qəlbi təbah (xarab)]

deyə cavab vermişdir. 

Yenə bir gün Sədi əfəndi:

 

59



ﻪﺘﻔﮑﺷ ﺐﺠﻋ ﺎﻬﻠﮔ ﻥﺎﺘﺴﻣﺯ ﻁﺎﺳﻭﺍ ﺭﺩ

[Qış ortasında nə əcəb güllər açılmış]

demiş. Məhəmməd bəy də:

ﻪﺘﻔﺴﺑ ﺵﻭ ﻝﺎﺑﺮﻏ ﺶﻧﺍﺮﻅﺎﻧ یﺎﻬﻟﺩ

[Baxanların qəlbləri xəlbir tək dəlik-deşik olmuş]

deyə cavab vermişdir. 

Çox təəssüf ki, bildiklərim hələlik bu beytlərlə məhdudlaşmışdır. 

Sirac əfəndinin vəfatı tarixini göstərən arifanə beytləri aşağıda yazılıdır. 

ﺍﻭﺄﻣ ﺱﻭﺩﺮﻓ ﻩﺩﺍﺯ یﺭﺎﮕﻧ

ﻼﺠﺗ یﺎﻨﻴﺳ ﻞﺨﻧ کﺭﺎﺒﻣ

ﺕﺮﻴﺼﺑ ﺏﺎﺑﺭﺍ ﻢﺸﭼ ﻍﻭﺮﻓ

ﺎﻔﺼﻣ یﺎﻬﻟﺩ ﺭﺪﺻ ﺭﻭﺮﺳ

ﺰﻴﺧ ﻮﻧ ﻩﺰﺒﺳ ﺖﻳﻻﻭ ﻥﺎﺘﺴﺒﺑ

ﯽﻧﺩﺍﻭﺍ ﻍﺎﺑ ﻞﮔ ﻮﻧ ﻪﺘﻔﮑﺷ

ﺕﻮﺒﻧ ﺝﺭﺩ ﺮﻫﻮﮔ ﻥﺍﺯﻭﺮﻓ

ﺍﺮﻫﺯ ﻞﺴﻧ ﺝﺮﺑ ﺮﻬﻣ ﻥﺎﺸﺧﺭﺩ

ﺦﻳﺭﺎﺗ ﺖﺸﮐ ﺪﺷ ﻥﻮﭼ ﺪﻠﺧ یﻮﺴﺑ

”ﻼﻋﺍ ﺪﻠﺧ ﺝﺍﺮﺳ ﻦﻳﺪﻟﺍ ﺝﺍﺮﺳ“

ﺪﺷ ﻥﻮﮕﻠﻴﻧ ﻭﺍ ﻢﺗﺎﻣ ﺭﺩ ﮏﻠﻓ

ﺎﭘﺍﺮﺳ ﺎﻬﻟﺩ ﻭ ﺯﺍ ﺪﻨﻧﻮﺧ ﺮﮕﺟ

ﯽﻳﺎﻫﺭ یﺪﻌﺳ ﺶﻤﻏ ﺯﺍ ﺪﺑﺎﻴﻧ

ﺍﺮﻌﻣ ﺩﺩﺮﮐ ﻦﺗ ﺯ ﺶﻧﺎﺟ ﺮﮕﻣ



Nigarizadə Firdövsi-Mə’va, 

59

  Sədi əfəndi bu misranı qışda yapılan bir toy əsnasında gəlin gətirmək üçün gedən 



gözəl-gözəl geyinmiş xanımların vəziyyətlərinə xitabən söyləmişdir. Məhəmməd bəy 

Əli Kazak oğlu məşhur Hacı Sədi əfəndinin tələbəsi imiş. 




136     

H Ü M A Y İ - Ə R Ş



Sinayi-təcəllanın mübarək xurma ağacı.

Bəsirət əhlinin gözünün nuru,

Pak qəlblilərin könül sərvəri,

Vəlayət bostanının tər səbzəsi,

"Əv ədna" bağının tazə gülü.

Nübüvvət mücrüsünün parlaq incisi,

Zəhra nəslinin bürcündə parlaq ayı

Əbədiyyətə qovuşduqda tarix oldu

"Siracəddin parlaq əbədiyyət çırağı"

Fələk onun matəmində qara rəngə büründü

Ondan cigərlər və qəlblər qan oldu,

Sədi onun dərdindən rahatlıq tapa bilmədi

Sanki canı bədənindən uzaq düşdü.

Siracəddin=358

Sirac=264

Xuld=634


Əla=35

1291


Hacı Sədi əfəndi həzrətlərinin kainatın ruhu Peyğəmbər (ən gözəl salam-

dualar onun üzərinə olsun) əfəndimiz həzrətlərinin haqqı-rəsalətpənahiləri 

haqqında nəzmə düzdüyü gözəl mənzuməsi: 



Sənəma, sənin camalın kəşəfəd-düca deyilmi?!

Həbiba, sənin kamalın bələğal-ula deyilmi?!

İki qaşların arası şəbi-qüdrət qabə qövseyn,

Biri Taha və Yasin, biri həl-Əta deyilmi?

İki gözlərin nurundan nazil oldu cümlə aləm,

Biri Nun vəl-Qələmdir, biri vəd-Duha deyilmi ?!

İki ləblərin dibindən axar abi-hövzü-Kövsər,

Biri nabatı-şəkkər, birisi şəfa deyilmi?!

İki bərgüzidə ismin sənin, ey həbibi-Rəhman,

Biri Əhməd və Məhəmməd, biri Mustafa deyilmi?!

Sən onun yolunda, Sədi, sərü canu dil fəda qıl,

Nə əcəb səfası vardır, nə əcəb ziya deyilmi?! 

Kim tərəfindən söylənildiyi məlum olmayan və fəqət Siracəddin əfən-

dinin bir “Saqinamə”sinə nəzirə olduğu anlaşılan və sonradan ələ keçiril-

miş bir kağızdan istinsax edilən “Saqinamə” nəzirəsi.



1 mart 1947 cümə ertəsi 

16 şubat (fevral) 1362 cümə ertəsi; 8 rəbiül-axir 1266 

Sun bir meyi-məsta camı, dur et məraqı, saqi,

Hiss etməyim bən əsla dərdi-firaqı, saqi.

Məhcur isə cəmalı çeşmimdədir xəyali,

Bildirdi Zül-Cəlali eşqin məzaqı, saqi.

Müstəğrəqəm fəğanə, gəldim sana əmanə,

Təsiri qıldı canə bu iftiraqı, saqi.

Dildadəyəm Xudaya, amadəyəm bəlayə,


H Ü M A Y İ - Ə R Ş

    137

Meyl eyləməm fənaya, ey saqi, saqi, saqi.

Bən aləmi unutdum, rahi-bəqayı tutdum,

Zəhri-həyatı yutdum, ver bana raqi, saqi.

Mülkü-fənaya rəğbət eylərmi əhli-hikmət,

Viran olur nəhayət kövnin bu tağı, saqi.

Zövqün sonu kədərdir, həp aldanan bəşərdir,

Bilmək böyük hünərdir, bu nə rəvaqı, saqi.

Olsun bana nümayan didarı-hissi-Rəhman,

Yaxmaqda qəlbim əlan vəslı-iştiyaqı, saqi.

Siracəddin əfəndinin “Saqinamə”sinə nəzirə olaraq Kaşif bəy tərəfin-

dən söylənilən qəzəl: 

Meyxaneyi-vəfadə düşdüm cəfayə, saqi, 

Qoyma bəni bəlayə, yetir səfayə, saqi.

Can mürgi etdi pərvaz həmçun hüma və şahbaz, 

Et könlümü sərəfraz sal qəlbə sayə, saqi.

Ey kani-cudü cövdət kar etdi canə firqət, 

Əğyarə qılma rəğbət bax aşinayə, saqi.

Ya alimən bi-hali qad hanə vəqti-xali, 

Sun badeyi-zülali qıl cana mayə, saqi.

Doldur həman piyalə, meyl etmə qilü-qalə, 

Ver busədən nəvalə bən bi-nəvayə, saqi.

Ver badeyi-həyatı, rəf eyləsin məmatı, 

Verməm bu buyi-zatı badi-həvayə, saqi

Al dəsti-eşqə nayi, mutrib, bezən səbayi, 

Mehr ilə huyi-hayi seyr et səmayə, saqi.

Tut daməni-nigarı, kuyində qıl qərarı, 

Tərk eylə aru varı baxma sivayə, saqi.

Ruhu-Siraca rəhmət olsun bila nihayət,

Kaşif oxu təhiyyət, aç əl duaya, saqi.

SƏDİ 


S

ədi, o fəzilət saçan diyarın bir fəsahətli tutisi, bir atəş dilli bül-

bü lüdür. Bərdə və Ağdam qəsəbələrinə yaxın Cinli adlı kənddə 

doğulmuşdur. Bir dərdsiz aşiq, bir məhəbbət əhli idi. İnsan gözəli 

olan bu mələk xislətli zat, ilk təhsilini Cicimli kəndi ilə Bərgüşad çayı 

yaxınlığındakı Dondar kəndində almışdır. 12 yaşında ikən nə çiçək olduğu 

anlaşılmaqda imiş. Bir gün dərs şəriklərindən və özündən yeddi-səkkiz 

yaş böyük olan Dondarlı Hacı Mustafa əfəndi Sədini evinə dəvət etmiş, 

yeməkdə plov gətirmiş. Orada indi söyləndiyi şəkildə Hacı Mustafa əfəndi 

ya bədahətən və yaxud əvvəlcə hazırlamış olduğu 



Bu yağın tamı, ey Sədi, sirəti-əğyaridən bəddir-

misrasını oxumuş və dayanmadan bunun ikinci misrasını Sədiyə təklif 

etmiş. 



Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə