1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə47/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   43   44   45   46   47   48   49   50   ...   181

H Ü M A Y İ - Ə R Ş

    129

Adananın harasında vəfat etdiyini bilmirəm. Mühacirətinin ikinci ilin-

də Allahın rəhmətinə qovuşmuşdur. Görülən nöqsanlar dildəki təh riflər-

dən irəli gəlməkdədir. Mən eşitdiyimi eynən yazıram. Bu yolla iki zatın 

hə yatlarını əlaqələndirmək istəyərəm. Allah qəbirlərini nura qərq etsin. 

Ey tazə gülü-gülşəni-Heydər, bala qardaş, 

Növrəstə civan nəsli-peyambər, bala qardaş.

Qardaş, nə zaman dəydi sana, bu nicə oxdur,

Peykani-əcəldir olamı yarəsi çoxdur,

Ölmə səni Tanrı, anamın qardaşı yoxdur.

Sən nəsli-rəsul, sibti-bətül Əlisən,

Sən Mir Ağabali

56

 bağının tazə gülüsən,

Mir Heydər ağanın

57

 yadigari-bi bədəlisən. 

Sənsiz gecə, gündüz edər əfqan bacıların,

Sərgəştə, zəlil, hali pərişan bacıların, 

Getdik ginə gəl, boyuna qurban bacıların.

Sən bircəsin ölmə, ağamın qəddini əymə,

Bimunisü-bikəsdar anam könlünə dəymə

Sən gəl bu kəfən köynəyini əyninə geymə.

Bilim nə tədarükdü, ginə hara səfərdir,

İqbalə deyil bu səfər,  idbarə səfərdir,

Sən gəl bu yola getmə, bu yol qarə səfərdir.

Bir tazə civansın bu cihan içrə ki, mərğub,

Alayişi-alam ilə gəl olma pür aşub,

Qurban sana həmşirələrin Mənzərü Məhbub

58

.

Sənsiz bu cihanda dəxi gəzməz bacıların,

Sən üzsən əlin səndən əl üzməz bacıların,

Vallahil-əzim hicrinə dözməz bacıların.

olub, indi İstanbulda dəxi alimlərdən Xoca Abdullah əfəndi bu zatın, yəni Hacı 

Əbdülməcid əfəndi həzrətlərinin Qarabağ Şəkisindən olmayıb Qarabağ Vəğadisindən 

olduğunu yazmışdır. Bu rəvayət doğrudur. Hacı Əbdülməcid əfəndi cənnətməkan 

bən zərsiz əllamə Qarabağ Şəkisindən Qazı Mahmud əfəndi mərhumla qarşılıqlı şeir  ləş-

mələri varmış. Bir çay ziyafətində Qazı Mahmud əfəndi: “Dudu-ahımdır çıxan başdan 

səmavər dudutək” demiş. Hacı Əbdülməcid əfəndi də cavabında: “Qaynadır didəmdə 

su bağrım səmavər dudutək” diyə bədahətən qarşılıq vermişdir. (Nigarizadə Mahmud 



əfəndi rəvayətindən) [Vaxtilə Qafan, Sisyan əyalətləri Qarabağ xanlığı ərazilərinə daxil 

idi; Söhbət Sisyandakı məşhur Şəki qəsəbəsindən gedir. MR]

56

 Vəfat edənin 11-ci bətndəki babasıdır.



57

 Vəfat edənin 6-cı bətndəki babasıdır.

58

  Vəfat edənin bacılarıdır. Bu mərsiyə bacılarının dilindən söyləndiyi üçün onların 



ifadələri keçir.


130     

H Ü M A Y İ - Ə R Ş



Gök geymiş anan başına sənsiz qara bağlar,

Ah eyləyibən bacıların bağrını dağlar,

Gözlər yolunu gəlməsən Əbdülməcid ağlar.

Hacı Məcid əfəndi cənnətməkanın bu dəyərli mərsiyəsi Xaləddinin 

adını illərcə yaşatmağa səbəb olmuşdur. 

Nə isə, əsl məqsədə qayıdaq. Sirac əfəndi mərhumun vəfatında Sədi, 

Səbati və o zamanın digər ədibləri mərsiyələr söyləmişlər. Hamısını yazmaq 

mümkün olmadı. Odur ki, mərhum haqqında deyiləcək bir şey qalmadı. 

Burası var ki, Sirac kimi bir oğul, Həzrəti Pir kimi bir ata; Həzrəti Pir kimi 

bir ata da ancaq Sirac kimi bir oğul sahibi olar. Bu, fitri əmr və qanunların 

zərurətidir. Nə fayda ki, bir neçə dəfə təkrar etdiyimiz kimi ömrü vəfa 

edib bu xilqət möcüzəsi inkişaf etməmiş və edə bilməmişdir. Bununla 

belə, fələk Mustafaya yar olmamış, Mühyiddinin müvazinət qanunu bunu 

gərəkdirmiş. Nə deyək. Heç bir zaman hidayəti hidayət izləməmişdir. Belə 

olsa müvazinətin hasil olacağı təbiidir. Bunun üçün hidayəti, zəlalətin təqib 

etməsi zəruri idi. Elə də oldu. Fələyin işləri belə görülmüş və belə də gedir. 

Buna çarə tapmaq ehtimalı namümkün olduğundan mərhuma aid söhbəti 

burada kəsərək, yenə o gözəl Qarabağımızın müşk nəfəsli ricalullahından 

rind-məşrəb, labüali məzhəb, qələndər fitrət, sadə tinət, əsilli, əliaçıq, nəcib 

Sədi əfəndi mərhumun əhvalından bəhs edək. 

Möhtərəm fazil Əhməd Əmri əfəndi notlarından iqtibas

Sirac əfəndinin qəzəlindən



Cihan içrə məlazü məlcə meyxanədir derlər,

Dəvayi-dərdi-bi-dərman dili-peymanədir derlər.

Girüb meyxanəyə pəymanə çəksəm dəfi-qəm qılsam,

Urub səngi-məlamət başıma divanə derlər.

Diyarı-hicrdə ah eylədikcə hər gecə, ey mah,

Fələyində göz açub səyyarələr əyanədir derlər.

Nola gənci-qəmin gənci-dilimdə eyləsə təmkin,

Xəzinə məskəni məşhur kim viranədir derlər.

Çəküb şəmşiri-əbruyi gəlür ol çeşmi-cəlladım,

Aman, ey can, qərar et, qəsdi anın canədir.

Ləbi-xalın təmənnasında dil sərgəştədir zira,

Sərasimə qılan insanı abu-danədir derlər. 

Nigarım, başın için başına dönsün Siraci qoy,

Nə derlər, o da bir şəmi-ruxa pərvanədir derlər.

* * *


Çiləyi-çərx bən, ey zülfi-çəlipa, çəkəməm,

Çəkərim sağərü səhba qəmi-dünya çəkəməm.

Ta ki ləli-ləbindən nuşi-şərab eyləmişəm,

Ol zamandan bərü hiç sağərü səhba çəkəməm.


H Ü M A Y İ - Ə R Ş

    131

Ol ki, söylərim ənam əsilzadə diyəməm,

Kim deyər kuhi-qəm dilbəri əsla çəkəməm.

Pənçeyi-qədər nə layiq deyərəm, ey behzad,

Doğrusu, bən sıfati-qaməti-bala çəkəməm.

Dalarım bəhri-həva içrə vəlakin o gibi,

Bu bəhrdən gövhərü lülüü la la çəkəməm.

Ram qılsun bana ol yar ki, aramım olsun,

Saqiyi-meykədəmiz,yoxsa ki, əsma çəkəməm.

Ey Siraci, gözümə xaki-dəri-dust yetər,

Sürmeyi çeşmimə, ey dideyi-bina, çəkəməm.

* * *


Kağıdı-ruyində xəttin mur şəklin göstərər,

Ya ki ol bir mushafi-məstur şəklin göstərər.

Gərdənim bərdarı-zülfün, sirri-eşqin dildədir,

Ey sənəm, bu surətim mənsur şəklin göstərər.

Lalə rüxlər atəşilə sinə pür bağrım kəbab,

Seyr edin ki, bu tənim tənnur şəklin göstərər.

Gəh o nişi-cəfa gəh verir şəhdabı-ləb,

Tövrü-məhbubum həman zənbur şəklin göstərər.

Cövri-tiği-mix sinə təxtə rəg təldir ana,

Sineyi-aşiq yəqin səntur şəklin göstərər.

Rəngi-aşiq dərddən ya zərdir və ya simdir,

Aşiq olmayan kişi manqur şəklin göstərər.

Sufiyi-salusi gör kim guşeyi-mehrabda,

Ey Siraci, qədd əgüb qənbur şəklin göstərər.

ﺖﺳﺎﺠﮐ ﻡﺮﺒﻟﺩ ﺩﻭﺭ ﺖﺳﺩ ﺯ ﻢﻟﺩ

ﺖﺳﺎﺠﮐ ﻡﺮﻈﻧ ﺯﺍ ﺩﺰﻳﺮﺑ ﺎﻬﻧﻮﺧ

ﺖﺴﻫ ﺯﻭﺭ ﺪﻨﭼ ﻦﻣ ﻩﺪﻳﺩ ﺯ ﺩﻮﺷ ﺭﻮﺘﺴﻣ

ﺖﺳﺎﺠﮐ ﻡﺮﮑﻴﺑ یﺮﭘ ﻪﮐ ﺍﺮﻣ ﻦﮐ ﻡﻮﻠﻌﻣ

ﺭﻮﺟ ﮓﻧﺪﺧ ﺪﻳﺁ ﻡﺍ ﻪﻨﻴﺴﺑ ﻢﻏ کﺎﺧ ﺭﺩ

ﺖﺳﺎﺠﮐ ﻡﺮﺘﺧﺍ ﺐﺠﻋ ﻖﺸﻋ ﻥﺎﻤﺳﺁ ﺮﺑ

ﺖﺳﺍﻮﺧﺯﺎﺑﺯﻭﺭ ﻢﻧﺯ ﻩﺮﻌﻧ ﯽﻗﺎﺳ ﻒﻄﻟ ﺎﺑ

ﺖﺳﺎﺠﮐ ﻡﺮﻗ ﺯ ﻕﺭﻭ ﻢﻳﻮﺷﺪﺑ ﺭﺎﮐ

ﻥﺍﺮﭘ ﻦﻳﺮﻴﺷ ﺐﻟ ﻥﺁ ﺪﺷﻮﻨﺑ ﻢﻧﻮﺧ

ﺖﺳﺎﺠﮐ ﻡﺭﺩﺎﻣ ﻭ ﺭﺪﭘ ﻩﺭﺎﭼ ﻩﺪﻧﺯﺎﺳ

ﻥﺍﺮﮐ ﯽﺑ یﺎﻫﺎﻔﺟ ﺪﻨﮐ ﻑﺮﻁ ﺮﻫ ﺯﺍ

ﺖﺳﺎﺠﮐ ﻡﺭﻭﺍﺩ ﺍﺪﺧ ﺮﺼﻋ ﻥﺎﻤﻟﺎﻅ ﻦﻳﺍ

ﺵﺎﺑ ﺪﻳﻮﮔ ﯽﻣ ﻭ ﻪﻨﺸﺗ ﯽﺟﺍﺮﺳ ﺩﺯﻮﺳ

ﺖﺳﺎﺠﮐ ﻡﺮﺛﻮﮐ ﺐﻟ ﺭﺎﮕﻧ ﺵﻭﺭﻮﺣ ﻥﺁ

[Qəlbim əldən getdi, dilbərim hardadır?

Gözlərimdən qanlar axdı, hardadır?

Bir neçə gün gözümdən uzaq qaldı,



Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə