1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə48/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   44   45   46   47   48   49   50   51   ...   181

132     

H Ü M A Y İ - Ə R Ş



Mənə xəbər ver bu kərəmsiz pəri hardadır?

Qəm torpağında sinəmə cövr oxu dəydi,

Eşq asimanında görəsən ulduzum hardadır?

Qiyamət günü saqinin lütfü ilə nərə çəkərəm,

İşim fənadır, sevdiyimdən bir məktub haradadır?

O şirinləbli mənim qanımı içdi,

Dərdimə dərman ata-anam haradadır?

Hər tərəfdən saysız cəfalar etdilər,

Bu əsrin zülmkarları, Allahım, hökmüm hardadır?

Siraci alışıb yandı, söyləsin, 

O cəfakar nigar, kövsər dodaqlıq haradadır?] 

* * *


Mojən, qəmzən dəlüb bağrım töküb qanım gülüstanə,

Qızıl gəlir yəqin andan boyanıbdır qızıl qanə.

Ləbin bir atəş olmuş əhli-dərdə, ey nuru-gülzar,

Gözəl bir gözdür ağladır bəni suzanə suzanə.

Pərişan eylədi əqlim, pərişan oldu əhvalım,

Nigarım zülfünü qıldıqca ruyi-əfşanə, əfşanə.

Görüb ol nərgisi-xumar ki bu aşiqi-şeyda,

Əcəb sevdalərə düşmüş gəzər divanə, divanə.

Yetür meyxori-meyxanə ki, cəm olmuş, ey saqi,

Kərəm qıl camı-sərşarı gətür məstanə, məstanə.

Miyanın gördüm, ey xubəm, qılur kim sərzəniş muyə,

Qəddin gördüm gülərdi dəmbədəm sərvı-xuramanə.

Siraca, tərki-dünya qıl nəzər kəs cümlə əşyadan,

Yəqin bin şükr ilə tapışur bu ədna canı cananə.

* * *


Rəhm qıl, ey haziqim, zərdi-rüxi-bimarə bax,

Əl urub nəbzimə mərizi-eşqə, bu azarə bax.

Saqiyi-növsaləyə baxma hubabı-abı-çeşm,

Xakə dön öpgil ayağın sərdarə bax.

Gah zövq, gah şövq etmək dilər bir şuxla,

Başımız yastıqdadır xatirdəki əfkarə bax.

Ey dili-şeyda, çəküb maxmur olub rindanla,

Meyli-meyxanə edüb ol dideyi-xumarə bax.


H Ü M A Y İ - Ə R Ş

    133

Sineyi-suzanıma yüz bin cəfa zərbin urub,

Xahiş eylər ki, yinə ursun əcəb qəddara bax,

Qəsdi-cənnət eyləmə, ey dil, nə var bunda var,

Ah, ah söyləyüb bir göz açub didarə bax.

Ey Siraci, leyleyi-deycur həmdəm qəm yemə,

Gəlsə gər rübah, alami-Heydəri-Kərrara bax.

* * *


Qeys tək rüsvayi-dövran olduğum yetməzmi yar?!

Cövrdən çaki-giriban olduğum yetməzmi, yar?!

Bu bəla bəzmində bi-can olduğum yetməzmi, yar?!

Bülbül-asa zarü giryan olduğum yetməzmi, yar?!

Gülşəni-həsrətdə nalan olduğum yetməzmi, yar?!

Ey gözəl, kuyimdən keçdikdə bəni mənzur qıl,

Buseyi-ləli-ləbinlə aşiqi məcbur qıl,

İftiraqından xarab olmuş dilim məmur qıl,

Vüslətin cəmiyyətilə xatirim mənzur qıl,

Dəşti-firqətdə pərişan olduğum yetməzmi, yar?!

Aşinayi-möhnətəm bəndən götür əl, ey təbib,

Qəm deyil vəslindən olsam ta ölüncə bi-nəsib,

Söyləyim bir söz həkimanə gər olmazmı əcib,

İydi-ədhada olur əqrəb sana Əqrəb rəqib,

Bən qərib olmam ki, qurban olduğum yetməzmi, yar?!

Sormadın bir gün bəni hər gündə əfqanım görüb, 

Sunmadın bir kasə su bağrımda ətşanım görüb,

Salmadın bir sayə baş üzrə yanar canım görüb,

Qılmadın bir dəm tərəhhüm çeşmi-giryanım görüb,

Atəşi-eşqinlə suzan olduğum yetməzmi, yar?!

Qılmayım bir gün şikayət hicriylə azarkən,

Etmədim minnət təbibi-eşqə mən bimarkən,

Vüslətin bəzminə şayanı-intizarkən,

Aşiqə səbrü təhəmmül müşkülü düşvarkən,

Bunca yıllar sərgərdan olduğum yetməzmi yar?!

Sevdi, ey dilbər, səni bin şövqlə can-fikar,

Hüsnü-dilarayı-gülgünü, anı qıldım şikar,

Eyləyim zarı-dərunəm iştə qövrü aşikar,

İftiraqın narinə yandım Siraci tək Nigar,

Bilsə bir şəmi-şəbistan olduğum yetməzmi, yar?!


134     

H Ü M A Y İ - Ə R Ş

Siracəddin əfəndiyə məxsus maaşın sənədinin surəti

Tuğra


Maliyyə xəzinəsinin təqaüdçülər və möhtacların maaşı və 

yardımlarına məxsus sənədidir. 

Miqdarı-müxəssəsi (ayrılmış məbləğ): 100 axça

Məhəlli-itası (Verildiyi yer): Amasiya sancağı

Tarixi-təxsisi (Verildiyi tarix): İki yüz səksən doqquz sənəsi 

mayısının iyirmi altıncı günüdür. [1289]

Əsas və şərti-müəyyəni: Ba qeydi-həyat Maliyyə xəzinəsindən 

muxas sasdır (Həyatda olduğu müddətcə Maliyyə xəzinəsindən 

təxsis və təyin edilmişdir).

Numara:391

Sancaq məhəlli-iskanı qəza:

İsim və şöhrəti: Siracəddin əfəndi

Mülahaza: Həyatda olduqca mah be-mah (aybaay) veriləcəkdir. 

Təqaüdə layiq və qayğıya ehtiyacı olanlara təxsis edilən və bağışlanan 

maaş və yardımlardan yuxarıda təfsilatı ilə göstərilən şərtlər üzrə 

Siracəddin əfəndinin ayı yüz quruş maaşa nail olduğu təsdiq edilərək bu 

rəsmi sənəd əlavə edildi. 

6 cəmaziyəl-ulə, 1290-cı il və 18 haziran 89-cu il (30 iyun 1873). 

Xüsusi fəsildə deyildiyi şəkildə Siracəddin əfəndi həzrətlərinin gənc 

yaşlarında – Əyyubi bir bəla ilə – cənnətə yol alması hər kəsin qəlbini ya-

ra lamışdı. Bunun üçündür ki, Allah adamları bu xüsusda əlaqələrini daha 

artıq göstərmişlər.

O cümlədən birisi, həqiqət alimlərinin ən sonuncusu, fazillərin ən 

fəzilətlisi, Ləbid və Həssanın həmpayəsi, Sədi Şirazinin adaşı, eşq və niyaz 

Sinasının yolçusu, həqiqət sözcüsü olan Poylu Sədi əfəndidir. 

Özünə öz aşiqanə ifadəsi ilə şahidlik etmək üçün Sirac əfəndinin vəfatı 

tarixi haqqında yazdığı ölməz arifanə vəsiqəsi olan, qəlboxşayan şeiri 

əbədiyyət səhifəsinə həkk olundu. 

Bununla belə, hər şeydən əvvəl onu xələflərə tanıtmaq məqsədyönlü 

olduğundan ona aid məlumat təqdim edildi. 

Hacı Sədi əfəndi – Rusiyanın [Azərbaycanın] Gəncə vilayətinə tabe 

Ağstafa qəzasına bitişik Tiflis ilə bu qəza arasında Kür (Kor) çayının ətrafında 

qatar stansiyası olan Poylu kəndində dünyaya gəlmiş və doğulduğu yerdə 

İlliyyin cənnətinin yolçusu olmuş uca ərşin bir tutisi idi. 

Alim, fazil, əliaçıq, səxavətli, təqva sahibi, təvazökar, hər cür fəzilətləri 

özündə birləşdirən, türk və fars dillərində bəlağətli şeirlər söyləməyə 

müqtədir, bənzərsiz bir zat idi. Maddi və mənəvi kəmalatını əsasən Həzrəti 

Pirə borclu bir xilqət xariqəsidir. 

Müşkülgüşa [müşkül açan], əsrarbina [sirlərə vaqif] hakim bir arif və 

bilikli zat imiş. Əzəli fitrəti həqiqət dilinin tərcümanı olmaq bəxtiyarlığını 

ona bəxş etdiyindən şeirləri daima bədahətən meydana gəlmişdir.



Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə