1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə51/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   47   48   49   50   51   52   53   54   ...   181

140     

H Ü M A Y İ - Ə R Ş

“ağıllılar” Sədinin bu sözündən istifadə etmək niyyətinə düşməyəcəklərini 

bilsəydim, bu qədər uzun sözə lüzum qalmazdı. Fəqət Füzulinin şiə olduğu 

haqqındakı iddia məni bu əndişəyə saldı. Və heç şübhəsiz ki, zamanımızda 

yaxından tanıdığımız bir zatı gələcəkdə könüllərə kədər verəcəyi bir 

töhmətlə ittihamına razı olmarıq. Hər necəsə bizim islam ədəbiyyatında çox 

dərin yer tapmış şərab, ney, məhbub bəziləri tərəfindən öz mühakimələrinə 

görə uydurulmuş olduğuna da canlı şahid oldum. Bəlkə, zaman gələcək 

ki, Sirac əfəndinin “Saqinamə”si onun meyxor olduğu qənaətini verəcək. 

Lisanül-qeyb (qeybin ifadəçisi) olan Hafiz Şirazi həzrətlərinə edilən isti-

nad lar kimi. Həm də elə qüvvətli iddia edilir ki, sanki Hafiz Şirazi elə 

ancaq qədəh çarpışdırmışdır. Əslində, Hafizi biz də görmədik. Bu qədəri 

var ki, tarixi məlum olan bu zatın haqqında iyirmi beş il əvvəlinə qədər 

bu iddia varid olmamış. Divanı bundan bir neçə əsr əvvəl təsəvvüf dili ilə 

şərh edilmiş, çoxsaylı haşiyələri, şərhləri varkən, heç kimsə də lisanül-qeyb 

hörmətcil kəlamından başqa bir şey söyləməmiş ikən, indi birdən-birə 

Hafizin əyyaşların öndə gedənlərindən olduğu haradan məlum olmuş? 

Şübhəsiz ki, divanındakı meydən, məhbubdan. Füzulinin şiəliyi Əhli-

beyt xanədanını mədhindən anlaşıldığı kimi. Çox şükr ki, İmam Şafiinin 

ra fiziliklə ittiham edildiyini görmədik. Məhz bu əndişə sözün uzanıb 

getməsinə səbəb oldu. Doğrusu, bu cür iddiaların qiyməti olmasa da nə 

üçün avama öz əlimizlə bir ipucu vermiş olaq?! 

Həmd olsun, qərəz və mənfəətdən azad olaraq bu həqiqəti eynən ya-

zıram. İnsafı olanlar qəbul edərlər, insafsızlara isə deyəcək bir şey yoxdur. 

Gözlərimizi yenə Sədiyə çevirək.

Sədi şeirlərində əksərən sufilərə hücum edər və onlara qarşı alçal dı cı 

sözlər istifadə etməkdən çəkinməz, islamiyyətə son dərəcə sadiq, sün ni-

liyindən artıq dərəcədə məmnun, peyğəmbər xanədanına qarşı da şirkə 

girəcək qədər ifratçasına məhəbbət bəsləyirdi. Bu dediklərimin hamısı 

şeirlərində mövcud olduğundan təmas edən qisimlərdən eynən dərc et-

dim. İmkan tapılıb divanı çap edilərsə lap yaxşı, ediləməzsə mənim bu 

risaləmdən başqa qeyd etdiyim şəxsin adını yad etdirə biləcək zahirdə bir 

əsər yoxdur. 

Bəli, 1328-ci ilin [m.1910/11] axırlarında Tiflisdə aldığım gün içə ri-

sində də itirdiyim “Riyazul-Aşiqin”

60

 adlı kitabda Sədinin adı zikr edilmişsə 



də, bir şeyə yaramayacaq qədər bir məlumatla kifayətlənilmiş olduğunu 

görmüşdüm. Ağlımda qaldığına görə üç, beş sətirdən ibarət idi. “Osmanlı 

müəllifləri”

61

 adlı tərcümeyi-hal kitabına bənzər, daha qısa olduğunu 



güman edirəm. Hətta, doğum yeri və dəfn yeri haqqında da məlumat yox 

idi. Yalnız Sədinin adı və şair olduğuna dair də bir beyti yazılmışdı. Təf-

silatına mən də vaqif deyiləm, yalnız məxsus həyatının mühüm cəhətlərinə 

dair səhih rəvayətlər əlimə keçdi. Bunun sayəsindədir ki, Sədi haqqında 

məlumat verməyə özümdə haqq görürəm. Yoxsa üstündən sükutla 

keçməyim təbii idi. 

60

  Azərbaycan ədəbiyyatında Müştəri təxəllüsü ilə şeirlər yazan şair və təzkirəçi 



Məhəmməd Ağa Müctəhidzadənin (1869-1958) təzkirəsi. (MR)

61

  Bursalı Mehmet Tahir bəy (1861-1925) tərəfindən yazılmış üç cildlik Osmanlı ricalı 



tarixidir. (MR)


H Ü M A Y İ - Ə R Ş

    141

Əldə mövcud şeirlərinin cəm edilməsi haqqında da səhih rəvayətləri 

nəql edərək bir neçə şeirini vəd etdiyimiz şəkildə dərc etməyə ehtiyac 

hasil oldu. Onun üçün bu mövzuda rəvayəti əlavə etməyə məcbur 

qalıram. 

Sədi söylədiyi şeirləri adi kağız parçalarına yazar və ora-bura atarmış. 

İtəcəyindən narahat olmaz, bir laqeydlik göstərərmiş. Bu əldəki divanı 

ondan sonra, sevənləri tərəfindən toplanıb bir araya gətirilmiş və bu 

kitab meydana gəlmişdir. Çox təəssüf ki, bu işi başaran fədakarlar vəfalı 

dost olmaqla bərabər əslini itirmişlər və istinsax zamanı çox xətalara 

yol vermişlər. Qətiyyətlə iddia edə bilərəm ki, mərhumun şeirlərini çox 

zədələmişlər. Sədi kimi bir şairin əsərlərini toplamaqda alicənablıq göstərən 

bu nəcib, ümmətin dilavərləri eynən yazıya almağa müvəffəq olmadıqları 

üçün vəzifəni layiq olduğu şəkildə ifaya müqtədir olmamışlar. “Cənabı-

Haqq səylərini məşkur (təşəkkürə layiq) qılsın” duasını səmimi qəlbdən 

Allahın dərgahına yönəltmək bizim ən böyük vəzifəmizdir. Fəqət Sədinin 

özünün dediyi kimi, ədəbi məharətini eynən görmək istərdik, fəqət nə çarə 

ki, bundan hal-hazırda məhrumuq. Mənim bu xüsusdakı məlumatsızlığım 

nöqsanların aradan qaldırılmasına imkan vermir. Bununla yanaşı, mənə 

düşən vəzifə gördüyüm kimi yazmaq və bildiklərim kimi nəql etməkdir. 

Maraqlananlar istədiyi cəhətdən tədqiq, mülahizə, tənqid etsin. 

Sədinin divanına sahib olan zat, mərhum Qaraqoyunlu Molla 

Həbibullah ilə Hacı Cəlil Dayının oğlu Mustafadır. Ələvi nahiyəsinə tabe 

Ayrançı kəndində yaşayan Hacı Vəli oğlu Məhəmməd və Səməd adlı iki 

qardaşı vardır ki, bunların qohumu idi. Bu zatlar Məhəmməddən kitabı 

mənim üçün aldılar, gətirdilər. Məhəmməd axırda gələrək bu kitabı mənə 

öz adlarından bağışladı. Allah hamısının qəbirlərini nurlandırsın. Doğrusu, 

dünyada bundan artıq məmnun olduğum bir şey yoxdur. Artıq dünyadan 

köçmüş olan bu adamlara əlimdən gələn bir xeyir də yoxdur. Allah müka-

fat larını bol etsin, deyərək müqabiləni özümə vacib hesab edirəm. Cənabı-



Haqq qəbul eləyə. Amin

Sədinin eşqi

Lənbəranlı Yusif Çələbi rəvayətindən:

Sədi ilk vaxtlarında Qönçə xanım adında pakizə bir xanıma aşiq olmuş. 

Və divanında “Pəri” adı ilə yad etdiyi, bu mərifət nurlu dilbər imiş, özü 

dünyadan yalnız köçmüşdür. 

Dünya malına olan münasibəti

Atasının vəfatında qardaşları miras paylarını bölüşdürmək üçün 

Sədini də alaraq malik olduqları əraziyə getmişlər. Sədi yolda öz boyu 

uzun luğunda bir qamış kəsmiş və əlinə almış, tarlanın başında qardaşları 

payların bölüşdürülməsi xüsusunda müşavirəyə başlarkən Sədi əlindəki 

qamışla bir uzununa, bir də eninə ölçərək “Mənim hissəm bu qədərdir. 

Qalanını siz nə edirsiniz edin”, demişdir. Sədinin mali-dünyaya rəğbəti 

bundan ibarətdir. Mənim bu xüsusda toplaya bildiyim məlumat onun 

əx laqını təsvir edən şeirlərindən daha müxtəsər bir ifadəni ehtiva 



Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə