1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə50/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   46   47   48   49   50   51   52   53   ...   181

138     

H Ü M A Y İ - Ə R Ş

Sədi cavabında:

Buna hər kim desə yağ, yəqin bil kim o mürtəddir-

demiş və Mustafa əfəndi mərhumu utandırmışdır. Rəvayətə görə 

Sədinin dilindən nəzm sanki axırmış. Qəzəliyyatı cəm edilsə imiş, bir 

neçə cildə çatarmış. Bu rəvayət həqiqətə tamamilə müvafiq ol maq la 

bərabər, mövzumuzdan kənar olduğu üçün bunun üzərində da ya nıl-

mayacaqdır. 

Yalnız mərhumun xatirəsini yaşatmaq ümidilə, şeirlərindən bir qismini 

bu risaləyə dərc etməyi müvafiq buldum. Çünki Sədi iftixar ediləcək bir 

şəxsiyyətdir. Özü sözünə uyğun, qaraqaşlı, qara gözlü, qara saqqallı, uzun 

kirpikli, səxavətli, cavanmərd, fəzilətkar, gözəl əxlaqlı, həssas, dəyanətli, 

üsul sahibi bir şairə laqeyd yanaşmaq bir növ insafsızlıqdır. Bununla bə-

rabər eşq və məhəbbətin bir böyük təcəssümü olan Sədi eşqin yeri olan 

Həkəri və Bərgüşaddan su içmişdir. Artıq fəzilətin zirvəsinə yüksəlmək 

zamanı gəldiyini anladığı bir zamanda, mərifət təhsil etmək üçün hicrət 

etməyə məcbur qalmışdı. Fəqət aşiqin mühacirəti aşiqlər Kəbəsini təvaf 

qəs dinə bərabər idi. Onun üçün vicdanından aldığı bu ilhama müvafiq 

surətdə tərəddüd etmədən Amasiyaya gəlmişdi. Bu zat Amasiyada Alçaq 

Köprü başında Alaca Hamamın qarşısında Bəkir paşa mədrəsəsində iqa-

mət etmişdir. 

Sədinin simasındakı məlahət hər kəsin ona bağlanmasına bir vasitə 

idi. Vicdanı, imanı da o qədər məlahətli və möhtəşəm idi. Son dərəcə 

dindar olduğu qədər quru sufilərə qəzəbli, sərt, səxavətli olduğu qədər də 

fəaliyyətini isbatda ifrata meyl edirdi.

Bu şeyda aşiq nüfuzu-nəzərə malik olub hər şeirini əsaslandırır, hər 

sə bəbi mövzu daxilində izah edirdi. Özünəməxsus bir üstün istedada 

nail olub, şeirlərinin hamısı onun yaradıcılıq məhsuludur. Bu xüsusda 

Sədini heç kimsəyə minnətli saymaq mümkün deyildir. [Yəni əsərləri 

özü nün düşüncə məhsuludur, kimsədən təsirlənməmişdir.] Qəzəllərində 

Füzulinin, tərkibbəndlərində Ruhi Bağdadinin üslubu hiss olunsa da, çox 

ehtimal ki, bu zat hər iki əsərdən azadə qalmış və heç birinin ruhunu yam-

sılamamışdır. 

Bu zənni doğuran səbəbə gəlincə: Sədinin bu iki zatın əsərlərinə əlinin çat-

maq ehtimalının olmamasıdır. Çünki ömrünün ilk çağları tələbəliklə keçmişdir, 

Rusiyada [Azərbaycanda] Ruhinin əsəri heç tapılmazdı. Füzuliyə gəlincə, o da 

çox az insanda var idi, Sədinin yaşadığı məhəllərdə isə yox idi. Dərvişlikdən sonra 

kitabı tamamilə qaldırmışdır. Məhz bu hal Sədi üçün bu şeirdən, bu şairdən ilham 

almışdır iddiasını irəli sürməyə imkan vermir. İnşallah bu həqiqəti olduğu kimi 

divanını çap etdirmək imkanı hasil olduqda isbata çalışacağam. Əgər ağızdan 

eşitmə şeirlər təbii zövqündə təlqinedici təsir göstərmişdirsə, buna bir şey deyə 

bilmərəm. Çünki Rusiyada [Qarabağda] tələbə arasında beytləşmə üsulunun 

cərəyanı, Ruhinin şeirlərindən olmasa da, Füzulinin şeirlərini eşitmiş, əzbərləmiş 

olduğuna şübhə buraxmır. Məni qüvvətlə bu iddiaya sövq edən səbəblərdən biri 

də Sədinin ömrü boyunca divanlara baxmadığına dair yayılmış rəvayətdir. Hər 

necə olursa olsun, Sədi – indiki təqdirə görə bir şey deyə bilmərəm – zəmanəsinin 

görkəmli ədiblərindən imiş. 



H Ü M A Y İ - Ə R Ş

    139

Sədinin təsəvvüfi məsləki

Sədi etiqad və məsləkində 

ﺩﻮﺟﻮﻟﺍ ﺔﺤﺋﺍﺭ ﺖﻤﺷ ﺎﻣ ﺔﺘﺑﺎﺜﻟﺍ ﻥﺎﻴﻋﻻﺍ

 [əyanı-sabitə 

(Muhyiddin ibn Ərəbi əşyanın əzəldən Allah qatında, nəzdində olan hə-

qiqətlərinə “əyanı-sabitə” adı vermişdir) əsla varlıq rayihəsi qoxla ma mış-

dır] deyən ifratçı ələmdarlardandır. 

ﺙﺍﺪﺣﻷﺍ ﺔﺒﺤﺻ ﺔﻘﻳﺮﻄﻟﺍ ﻩﺬﻫ ﻲﻓ ﺓﺎﻓﻵﺍ ﺐﻌﺻﺍ ﻦﻣ

 [bu yolda ən çətin bəlalardan 

biri yeniyetmələrlə yoldaşlıq etməkdir] təsəvvüfi ifadəsinə riayət edən 

bu zat Rəhmani cazibənin atəş vurğunu bir pərvanəsi idi. Sədi ömrünü 

vəcd və qələbə halı içərisində xitama yetirmiş, onda bixəbərlik, yəni fəna-

fillah halları müşahidə olunmuşdur. O cümlədən olmaqla olduqca məşhur 

birini nəql edə bilərik. Bir gün Selağzı adlanan mövqedən keçərkən zövq 

hikmətinin verdiyi şadyanalıq və sevincin əsiri ikən, daha doğrusu, vəhdət 

meydanından təcəlli edən, ruhani feyzdən hasil olan həqiqət cəzbəsi 

ilə mürşidin hüzuruna üz tutub gedərkən adı çəkilən yerdə o zamankı 

Amasiya qazisinin olduqca yaraşıqlı, boy-buxunlu oğlunun ulağa minib 

bazar dan keçdiyini görmüş. Bu sırada füyuzat (feyzlər) səbəbilə vicdanında 

həqiqətləri təlatümə gətirən eşq dalğaları coşaraq bədahətən: 

ﺐﮐﺮﻣ ﻪﮑﺷﺎﮐ ﻡﺩﻮﺑ ﻪﮐ ﻡﺩﺮﮐ ﻭﺯﺭﺍ ﻥﺍﺭﺍﺰﻫ /ﺏﺭ ﺎﻳ ﻮﺳﺭﺎﭼ ﺭﺪﻧﺍ ﻡﺪﻳﺩ ﺭﺍﻮﺳ ﺐﮐﺮﻣ ﯽﺘﺑ



[Ya Rəbb, çarşının ortasında mərkəbə (eşşəyə) minmiş gözəli gördüm

Ürəyimdən min arzu keçdi ki, kaş o mərkəb mən olaydım] beytini söyləmişdir. 

Sözü kəsməzdən əvvəl bunu da əlavə etmək lazımdır ki, bu ifratçı təmən-

nalar, bəzi ulaqxislətli kimsələrə istinad olunur və sui-istifadəyə gətirib 

çıxaran çirkin hadisələrin baş verməsinə səbəb olur. Odur ki Sədinin bu 

xüsusdakı duyğularını olduğu kimi yazmağa lüzum vardır. 

Bu ifratçı təmənna sahibi, görəsən, ömründə bir məhbub ilə qarşı-

qarşıya bir yerdə oturmuşdurmu? Əlbəttə, xeyr. O məhbub özünü Sədiyə 

ərz etmiş olsa idi, görəsən, kiçicik bir iltifat nəzərinə nail ola bilərdimi? 

Şübhəsiz ki, ola bilməzdi...

Sədi bunlardan o dərəcə əl götürmüşdü ki, fəzilət ətəyinə bunlardan 

kiçik bir şey belə qoşmaq mümkün olmaz. Bu nə kələm, bu nə turşu”, 

deyiləcək olarsa, ancaq Sədi kimi bir dərviş, elə bir vəcd və məhəbbətə ma-

lik olmaq lazımdır. Bunlar lağlağı avamların rəzalətinə bənzər bir vəziyyət 

ərz etməkdə isə də bunu:

ﺭﻮﻧ ﺭﻮﺼﻨﻣ ﺐﻟ ﺭﺩ ﻖﺤﻟﺍ ﺎﻧﺍ ﺪﺷ

 ﺭﻭﺯ ﻥﻮﻋﺮﻓ ﺐﻟ ﺭﺩ ﻖﺤﻟﺍ ﺎﻧﺍ ﺪﺷ



[Mənsurun dilində nura çevrilən Ənəlhəqq

Fironun dilində yalana çevrildi.]-

mənəvi məsnəvisi ilə ifadə etmək imkanı vardır.

Tırtıl da ipək böcəyi kimi qoza emal etməkdə isə də arasındakı fərqi əhil 

olanlar yaxşı anlayar və birisinin məhvinə, digərinin canlandırılmasına səy 

edərlər. Sədi də əxlaq təmizliyini, incəliyini ülviyyətilə, əsalətilə hifz etmiş 

bir Allah adamı idi. Məqsədim Sədini olduğu kimi göstərmək olduğundan 

bu beytini yazdım. Və məsələnin həqiqətini də bəyan etdim. Sədi ilə maddi-

mənəvi heç bir əlaqəm yoxdur. Gələcəkdə hər şeyi öz ağlına uydurmaq istəyən 




Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə