1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə53/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   49   50   51   52   53   54   55   56   ...   181

H Ü M A Y İ - Ə R Ş

    145

Can nəqdi fəda nəşeyi-bəzmi-ürəfaya,

Şah olmadan ol şəhrə çavuş olması xoşdur.

Ənqa var ikən kərkəsə hərkəs niyə varsun,

Zağ olmadan əlbət qaraquş olması xoşdur.

Biz nuş edəlim heç nuş olsun deməsinlər, 

Bu badeyi-eşqin bizə nuş olması xoşdur.

Xoşdur tökülən mey, qırılan şişələr olsun,

Bu meykədənin cuşü-xüruş olması xoşdur.

Bir könlün evin kim, örəməzsən dahi yıxma,

Səndən qamunun xatiri xoş olması xoşdur.

Naxoş gəlir Allaha olan taətə məğrur,

Əbdin yüzü qara, əli boş olması xoşdur

63

.

Sədi quludur daireyi-Piri-Muğanın,

Ol dairədə xalqa beguş olması xoşdur.

Digər


Sufi, bim etmə ki, səndən bir ümid istərlər, 

Ol ümid ilə qiyamətdə nüvid istərlər.

Bu namazı, vəra’ı, ərzi-niyaza dəyşür

Babi-ğufrana şaki varma səid istərlər.

Kufə əhli kimi davayi-imamət qılma, 

Səndən axir günü Qurani-məcid istərlər.

Cəngi-qeyrətdə fədakari-Hüseynim deyənin, 

Dəmi-tiğində bu dəm xunu-Yəzid istərlər.

Süfəha firqəsidir silsileyi-Sufyani, 

Kufədən Şama qədər şumu pəlid istərlər.

Sən cəhənnəm odunun həddi-hududun gəzmə, 

Bir gün ol kürəyi-həddada hədid istərlər.

Tiği-lə’n ilə həlak eylə Yəzid övladın, 

Ondan o yana nə qazi, nə şəhid istərlər.

Etməsən şiddət lan ilə o şəddadilərə

Bu iqabı sana üqbada şədid istərlər.

63

  Sədinin məqamını bəyan edən bir misradır. Belə ki, Mühyiddin ibn Ərəbi “Kitabul- 



Bəyaz vəs-Savad” sahibindən nəql edir ki:  "O, arif haqqında demişdir: Arifin dünyada 

və axirətdə üzü qaradır. Ona ad qoyulacaq olsa, belə deyilməlidir." (Fütuhat, cüz 3, 

səhifə 414.)



146     

H Ü M A Y İ - Ə R Ş



Qəm günü matəmi-əhbabdır eyni-ə’’da, 

İydi də, matəmi də ruzi-vəid istərlər.

Şəm tək getsə də başın qəmini faş etmə, 

Ki bu gəncin dəri-hifzində kilid istərlər.

Keçdi ömrün özünü namə siyah ədd eylə, 

Sanma ol məhkəmədə rişi-səfid istərlər.

Xidməti-mürşidi xətm eylə murad istəmə heç

Bundan artuq nə məhəbbət, nə mürid istərlər.

Qabili-xidməti-pir olmayan irşad olamaz, 

Ki, bu meydani-rəşadətdə rəşid istərlər.

 

Naxuni-həsrət qəmdən məhi-nevtək gögdə,

Sədiya, sinədə bir zəxmi-cədid istərlər. 

Digər


 Ali-əbaya (Əhli-beyt) məhəbbətini

göstərən mənzuməsindən



Ey dil, mədədi-Rəbbi-cəlil istə Əlidən

Fikr eylə haqqı, zikri-cəmil istə Əlidən.

Zahidlərə ver cənnət evin səlsəbil eylə, 

Sən meykədeyi-eşqə səbil istə Əlidən.

Dil dostunu məcmuu-əziz ədd qıl ondan, 

Din düşmanını cümlə zəlil istə Əlidən.

Babı-kərəmi açsa əgər xuldi-bərrinə, 

Sən istədiyin xalqı daxil istə Əlidən.

Dünya sənə gər atəşi-Nəmrud ola yeksər, 

Sən xanəni gülzari-Xəlil istə Əlidən.

Bir illətə var hər nəzərində bin ilacı, 

Sən canını, ey aşiq, əlil istə Əlidən.

Dünya göyünə düşsə əgər həşirdə Xurşid, 

Dut damənini zilli-kəfil istə Əlidən.


H Ü M A Y İ - Ə R Ş

    147

Digər


Damadı-nəbi, yadi-nəbi nadi-nəbidir,

Hər məddi-nəfəsdə dahi imdadi-nəbidir. 

Hər fitnə ilə yerdən o qamət niyə dursun, 

Qopsun dəxi ol gündə qiyamət niyə dursun?!

Bir Kufə ki, kafirdən ibarət ola əksər, 

Müslüm kimi zat onda səlamət niyə dursun?!

Nuru-haqqı kim basdıralar zülməti-zülmə, 

Qaçsın oradan sayeyi-rəhmət niyə dursun?!

Bir şam ki, şum ola gərək indi peşiman, 

Açılsın ona sübhü nədamət niyə dursun?!

Abbas Aləmdarı ki, saldılar aləmdən, 

Lə’n olsun ol ədadan əlamət niyə dursun?!

Ondan ki, düşə təfriqə cəmiyyəti-islama

Ol firqədə imani-imamət niyə dursun?!

Bir yerdə ki sahir deyələr mucizə guya, 

Ol mə’rəkədə kani-kəramət niyə dursun?!

Qalsın səhəri-məhşərə divanı-ədalət,

Bəsdir rəvişi-gərdişi-çərxa bu xəcalət. 

Digər


Biz sinəzəni-taziyeyi-pirayi-Həsəneyniz, 

Biz dilşüdeyi-hüsni-dilarayı-Həsəneyniz.

Zəhriylə sararmış bir yüzü laləyiz əmma, 

Dildaği-cigər-guşeyi-Zəhrayi-Həsəneyniz.

Biz dostuna dost, düşmanına düşmanız onun, 

Ta rast rəvi-rasteyi-rə’yi-Həsəneyniz.   

Bülbül kimi şivənzəni-hüzn olsaq əcəb mi,  

Xeyrani-güli-arizi-həmrayi-Həsəneyniz.

Çövkanız onun kuyi-təvəllasına amma, 

Tir bər ərbabı-təbərrayi-Həsəneyniz.

İstərsə dönə abi-Furat abi-həyata

Bizlər ki, varız təşneyi-səhrayi-Həsəneyniz.

Biz kəlbi-dəriz rütbəmiz əladı fələkdən, 

Dərpərvəri-dərvazeyi-darayi-Həsəneyniz.


Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə