1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə43/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   39   40   41   42   43   44   45   46   ...   181

H Ü M A Y İ - Ə R Ş

    115

SİRACİNİN ŞEİRLƏRİNDƏN SEÇMƏLƏR

Saqinamə

Meyxaneyi-bəladə zarəm ziyadə, saqi, 

Hər kimsədən ziyadə ver bana badə, saqi.

Həmdəm olub hümayə, pərvaz edib havayə,

Sordum səni Səbayə, səmti-Səbadə, saqi.

İşrətgahi-səfadə, nuş eylədikcə badə,

Sal aşinanı yadə, meyl etmə yadə, saqi.

Gül gəldi, güldü bülbül, açıldı bağda sünbül,

Gəl içəlim meyü mül, bu xoş havadə, saqi.

Zülfündən aldı bir bu, durmaz edər təqapu,

Beyhudə dönməz ahu, mülki-Xətadə, saqi.

Vir bana cami-cari, ta kim bulam qərari,

Virməm bu ruzigari, beyhudə badə, saqi.

Ur mütriba Əraqi, dil eyləsin məzaqi,

Qalsın bu nəşə baqi, ərsin muradə, saqi.

İstər könül nigari, həm eylər ahu zari,

Neylər tən nizari, yetməzsə dadə, saqi. 

Atəşlərə Siraci, yandı nədir ilaci,

Gəl ol sən ona naci, sübhü məsadə, saqi.

Qarabaği Sədi əfəndi ilə müştərək qəzəliyyat



Siraci: Xalın görəməm zülfü-siyəh fam arasından,

Sədi: Quş müşkül alır danəsini dam arasından.

Siraci: Gördüm qaşını gözlərin üstündə dedim bəs,

Sədi: Bir şaxdır əyilmiş iki badam arasından.

Siraci: Qurbanın olub Kəbeyi-kuyində qalaydım,

Sədi: Ol gün ki çıxar hacılar ihram arasından.


116     

H Ü M A Y İ - Ə R Ş



Siraci: Dünyayı dutar şaşaa bərqi-şəfəq asa,

Sədi:: Düşmən kimi ləb dişləsə düşnam arasından.

Siraci: Zülfün aranı kəsdi, yüzün görməyə qoymaz, 

Sədi: Çıxmazmı o kafər beçə islam arasından.

Siraci: Sandım ki, düşüb daneyi-ənquri şəraba,

Sədi: Xali-rüxün əksin görəli cam arasından.

Siraci: Bir şanə çək ey şux dilaram, dağıtma,

Sədi: Bəlkə, gələ öz könlümə aram arasından.

Siraci: Əlbəttə, çıxar dəftərin axtarsa Siraci,

Sədi: Sədi kimi bin aşiqi-bədnam arasından.

Qaralama halında olan dağınıq vərəqlərdən



Növcəvanəm hər tərəf rüxsarinə kim, mu gəlur,

Yıxmaya əmlaki-hasəni ləşkəri-hindu gəlur.

Cövri-dövri-dəhrdən qəmgin olan biçarəyəm,

Neyləyim kim, hər nəyə baxsam bana qayğu gəlur.

Sinəmə tiri-mojendən ləhzədə bin danə ox,

Durmayub, əylənməyub heç, ey kaman, əbru gəlur.

Ey şəb, firqət çırağını gizlə, şölən bu gecə,

Məşəli-vüslət yaxıb, dəstində ol məhru gəlur.

Zülfü-müşkin qazalin, qaliba ənbər saçar,

Kim dəmindən ey nəsimi-sübh, bir xoşbu gəlur.

Öldüyümdə çeşmi-bimarından ayrıldım deyu,

Nuru-aynım, gözlərimdən qətrə-qətrə su gəlur.

Ey Siraci, sağlığında kim isə həmdəm sana,

Ey Siraci, öldüyündə sanmagil o, bu gəlur.

Atəşi-rüxsaridə sər-avər olduqda didəm,

Yaxmaya canı cahanı, yıxmaya cadu gəlur.

Gülşənim dəşt olduğundan məskənim viranə həm,

Etməyə qəbrim ziyarət bumla bu bu gəlur

47

.

47

 Görüm ki, qəbrim həman bir bum bir bu bu gəlur




H Ü M A Y İ - Ə R Ş     117

Mir Həmzə Nigari və oğlu Siracəddin əfəndininin (solda) sənduqələri 

Siracinin şeirlərinin əlyazmasından bir səhifə


118     

H Ü M A Y İ - Ə R Ş



Ey Siraci, sağlığında həmdəmindir gəlüb qəbrin üzrə zar edən

Ey Siraci, öldigində sanma kim o, bu gəlur.

Kağız qaralamadır. Kağızın üzərində digər bir yazı ilə – min iki yüz 

doxsan ilində bəyan – deyə bir yazı vardır. 

Bu tarixin şeirin söyləndiyi zamana aid olması çox böyük ehtimal 

daxilindədir. Bu kağızda tarixi yazan kimsənin yazısına oxşar:

Ya Rəbb, mədəd, dərdimə dərmanım yetişdir sən Xızır İlyası,

Ya Rəbb, bizi qoyma küffar əlində, biz də bu yerlərdə fəqir qalası-

deyə guya mənzum bir söz vardır. 

Bu tarixə görə, Sirac əfəndiyə korluq hasil olduğu günlərin ərəfəsində 

yuxarıdakı qəzəlini qaralamışdır. Ondan sonra bu kağız (fəqir qalası)

nın əlinə keçmiş o da elə bir şeylər söyləmişdir. Yenə eyni kağızda Sirac 

əfəndinin əl yazısı olan bu:



Çəkmə dərdi ey könül, meyxanədə, peymanə çək, 

Çəkdiyin peymanəni pünhan deyil, rindanə çək.

Qıldı lanə mürgi-dil, zülfündə ey sərvi səhi 

... Sal həll eyləmə, zülfünə bir şanə çək.

Yanma nari-firqətə qərq olma bəhri-möhnətə,

Gir bu dərya içrə sən də yanə bir dürdanə çək. 

Və bu:


Ol zaman kim, qıydı Əzrail gözüm bir canana,

Kimsə gəlməz, uğramaz canan da olsa yanına-

beytləri vardır.

Bu qəzəllərindən xəstəliyinin əvvəlində həyatından naümid olmağa 

başladığı anlaşılır. Başqa birisinin əlyazısı ilə bir dəftərdə olan nüsxədən 

köçürülməsi. 

Cananımı vir, ya mənim canımı al, ya Rəb,

Öldür məni, ya lütf eylə, dərmanımı, ya Rəb.

Qoyma bu zilləti-xidmətdə kərəm qıl,

Azad eylə, vir dəstimə fərmanımı, ya Rəb.

Sabit-qədəm et kuyi-təcəllada rəvanım,

Hifz eylə Xurşidi, təhqiq eylə imanımı, ya Rəb

48

.

48

 Bu misrada artıq-əksiklik hiss edilir. 




Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə