1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə41/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   37   38   39   40   41   42   43   44   ...   181

110     

H Ü M A Y İ - Ə R Ş

ricanıza xitabən o zatlara başçılıq edən zat 

ﻢﻳِﺮَﻛ ٍﺮْﺟَﺃَﻭ ٍﺓَﺮِﻔْﻐَﻤِﺑ ُﻩْﺮﱢﺸَﺒَﻓ

  [Onu bir 

bağışlanma və gözəl bir mükafatla müjdələ] (Yasin:11) dedi, çünki o röyanı 

eynən müşahidə və aranızda cərəyan edən söhbəti də başdan-ayağa eşit-

dim” demiş. 

Atasının nəql etdiyi bir yuxunu bu tərzdə ifadə etməsi müşarün-ileyh 

həzrətlərinin heyrət və kədərinə səbəb olmuş. Və qəm içində dəhşətlə:

Fikr eylə ki, yetməzmi sənə sureyi-Yusuf,

Səbr eylə, yetər dadına səbr, etmə təəssüf-

deyə bir həzin tövr ilə bu beyti oxumağa başlamışdır. Gözlərindən ixtiyarsız 

yaş axmaqda imiş. O gün axşama qədər həm bu beytləri oxumuş, həm də 

aşağı-yuxarı oturmadan dolaşmışdır. 

Bu hal çox təbii idi, çünki iyirmi iki illik irfan məhsulu anlaşılmadan 

xəzana üz tutur. Hər tərəfdən ümid qapıları qapanmış, nə yerini tuta 

biləcək bir digəri, nə də təsəlliyə səbəb ola biləcək digər bir ümid var. Fələk 

cəfa etmək üçün bütün səbəbləri toplamış gəlmiş, buna müqabil də heç bir 

vasitə təmin edilməmişdir. 

Mübarəkin göz yaşları yanındakıları da ağlamağa sövq edir. İllərdir 

sinəsində yetişdirdiyi gül qönçəsinin solmaqda olduğunu görən anası da 

gözlərindən qanlı yaşlar axıdırdı. Evin içərisini bir fəlakət kabusu bürümüş, 

bir beytül-həzən (qəm evi) halına gəlmişdir. 

Nə faydası var ki. 

Yuxu məsələsindən sonra hər kəs üzərində elə təsir qalmışdı ki, xəstəyə 

əziyyət etməmək üçün özünü tutmağa çalışan kimsə daha çox məclis əhlini 

kədərləndirməyə səbəb olurdu. Bu hal Sirac əfəndini də başqa cür iztirabı 

altına alaraq kədərini üzə vurmağa məcbur etmişdi. Gah sükunət geri 

dönər kimi olur. Lakin birisinin hüznü yenilənir və bir-birini təsəlli etməyə 

çalışanların biri birinə təsəlli vermələri kədərin gücünü artırırdı. Sanki 

zəmin və asimanda təcəlli tapan qüdrət cövhəri hər şeyi qəm-kədərə qərq 

etmiş və bu məclisə saçmışdı. Bu sıralarda Sirac əfəndi dərin bir hərarətdə 

olduğundan anasından su istədi. Anası dərhal suyu verdi. Bir-iki qurtum 

sudan sonra dərin bir yuxuya dalar kimi olmuşdu. Halbuki, davam etmədi. 

Fasilələrlə su istəməyə başladı. Bu hal hər kəsi əndişəyə sövq edir və hər 

cür çarələrə baş vurulurdu, heyhat. Üç gün bu tərzdə davam etdi. 

Bəşəri ehtiyaclar hər kəs üçün unudulmuş, ancaq dini fərizələr ifa 

edilirdi. Və bu zaman da itaətkarcasına Vahidin dərgahından Sirac əfəndiyə 

səhhət və afiyət tələb olunurdu. Üçüncü günü axşamı Sirac əfəndinin 

yenidən zəif dodaqları arasından bir şeylər söyləməkdə olduğu anlaşıldı. 

Biçarə anası dərhal qulaqlarını yavaşca ağzına yaxınlaşdıraraq şəfqətlə 

demək istədiyini soruşduGilas” dediyini eşitdi. Mövsüm etibarilə 

tapılmayan bu meyvə üçün “İndi tapıb gətirərik” kimi sözlər, vədlər verən 

oldusa da mümkünmü? Belə vədlər arasında ikən təkrar bayıldığı görüldü. 

Artıq gözləri açılmır, köksü qabarır, qəlbin döyüntüsü şiddətlənir, siması 

rəngdən-rəngə düşürdü. Bütün bu hallar ümidləri qırırdı. 




H Ü M A Y İ - Ə R Ş

    111

Hansı səbəblərdən olduğu anlaşılmayan bir hal ilə eşidilir bir tərzdə 

atasının ﻩُﺮ

ْﻣَﺃ ﺎَﻤﱠﻧِﺇ (Yasin: 82) deyib davamını oxumağa macal tapmadan Sirac 

əfəndidən bir uğultu zühur etdi. Bu uğultu mələkut bağının bülbü lü-

nün belə həsəd apardığı bu atanın sözünü saxlatdı. Və müdhiş bir təəs-

sür əlamətləri üzündə görünməyə başladı. Bir ara sakitcə sorğu-sual 

yerinə dərin bir sükut hakim oldu. Möhtəşəm otaqda müdhiş bir həyə can 

meydana gəldi. Dodaqlar tərpənmir, gözlər bir nöqtəyə zillənmiş, üzlər 

solmuş, hər kəs məhşər məqamında öz dərdinə çarə axtaran bir vəziy-

yət də, öz halından məyus, şəfaətçisi olmadan, dayaqsız, günahkar bir 

qövmün bir xəbəri gözləməsi kimi qəm içində bir halla Siracın ağzından 

eşidilən uğultudan bir məna axtarırdı. Bəli, bir şeylər fısıldayırdı, fəqət 

anlaşılmırdı. Hər kəsdə bir anlamaq arzusu oyanmışdı. 

Anası baş ucunda yavaş yavaş “Balam, nə istəyirsən?”, deyə soruşan kimi 

olur, gizlədə bilmədiyi göz yaşları övladının alnına düşdükcə yavaşca əlilə silirdi. 

Anlamaq mümkün olmayınca içəridə qaynamaqda olan duyğular, 

həyəcanlar, vəlvələlər, fəryad, fəğanlar birdənbirə sükutu pozdu. Canalıcı 

hisslər arasında atası göz yaşları ilə qarışıq boğuq bir səs ilə 

َﺩﺍَﺭَﺃ ﺍَﺫِﺇ ُﻩُﺮْﻣَﺃ ﺎَﻤﱠﻧِﺇ 

ُﻥﻮُﻜَﻴَﻓ  ْﻦُﻛ ُﻪَﻟ َﻝﻮُﻘَﻳ

 

ْﻥَﺃ ﺎًﺌْﻴَﺷ



 [Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona 

ancaq: “Ol!” deməkdir. O da dərhal olar]

 

(Yasin: 6) müqəddəs ayəsini oxudu. 



Sanki qeybdən biri bu ayələri dilində məcburən axıdırdı. 

Bu ayəni eşitdiyi və idrak etdiyi çox böyük ehtimal olan Sirac əfəndi 

bütün adamlar qarşısında 

َﻥﻮُﻌَﺟ ْﺮُﺗ  ِﻪْﻴَﻟِﺇَﻭ  ٍءْﻲَﺷ  ﱢﻞُﻛ   ُﺕﻮُﻜَﻠَﻣ  ِﻩِﺪَﻴِﺑ  ﻱِﺬﱠﻟﺍ   َﻥﺎَﺤْﺒُﺴَﻓ

  [Hər 

şeyin hökmü (ixtiyarı) əlində olan (Allah) pakdır, müqəddəsdir. Siz də (qiyamət 

günü dirilib) Onun hüzuruna qaytarılacaqsınız!]

 

(Yasin: 83) deyə aydın bir 



surətdə tamamlayaraq “ircii” (dön) əmrinə “ləbbeyk” çəkdi. Siracın dilinin 

sönməsindən qafil olan anası bir müddət sabit və məcnunanə bir nəzərlə 

üzünə baxdı. Cilalı kimi parlaq və donuq alnına əlini yavaşca uzadaraq son 

dəfə oxşadı və səslənərək “balam” deyə xitab etdi. Çünki ayəni oxumaq 

kimi bir qeyri-adiliyi görüncə yenə düşdüyü bayğınlıqdan bir az ayılır 

oldu ğunu zənn etmişdi. Fəqət o hərəkətsiz əbədiyyət yuxusuna çoxdan 

dalmışdı. Fəqət bunu ana qəlbi heç cür qəbul edə bilmir və oğlunun 

önündə öləcəyini zənn edirdi. Həyat əsəri görmədikdə, digərlərinin vavey-

lası artdıqca qənaəti sarsılan bu ana Firdovsinin:

ﺪﻨﮑﻓﺮﺑ ﺮﺳ ﻪﺑ ﻩﺮﻴﺗ کﺎﺧ ﻪﻤﻫ

ﺪﻨﮐ ﺖﺷﻮﮔ ﺩﻮﺧ یﻭﺯﺎﺑ ﺯ ﻥﺍﺪﻧﺩ ﻪﺑ

[Başına qara torpaq saçdı, 

dişlərilə qolunun ətini qopartdı.

 ﺪﻨﮑﻓﺮﺑ ﺮﺳ ﻪﺑ ﺖﺧﻭﺮﻓ ﺮﺑ ﻭ ﺶﺗﺁ 

 ﺖﺧﻮﺴﺑ ﺶﺗﺁ ﻪﺑ ﻦﻴﮑﺸﻣ یﻮﻣ ﻪﻤﻫ

Bir yandan başına atəş töküb o müşk qoxulu qara saçlarını

yandırarkən, digər tərəfdən də:

ﻥﻮﻨﮐ ﺭﺩﺎﻣ ﻥﺎﺟ یﺎﮐ ﺖﻔﮔ ﯽﻤﻫ

ﻥﻮﺧ ﻪﺑ ﻭ کﺎﺧ ﻪﺑ ﻪﺘﺷﺮﺳ ﯽﻳﺎﺠﮐ



Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə