1. İdarəetmə strukturunda təsdiqlənmiş mehmanxana işinin təşkilinin əsas modelləri


Lüks orta , ekanom dərəcəli və apartament tipli mehmanxanalar.Lüks



Yüklə 47,98 Kb.
səhifə11/46
tarix11.05.2022
ölçüsü47,98 Kb.
#86618
1   ...   7   8   9   10   11   12   13   14   ...   46
aydın mlm.imtahan

28. Lüks orta , ekanom dərəcəli və apartament tipli mehmanxanalar.Lüks otel-öz nömrələrinin sayına görə bu tip mehmanxanalar orta müəssisələrə aid edilir. Əsasən şəhərin mərkəzində yerləşir. Mehmanxana personalı yüksək peşəkarlığa malikdir.Bu tip mehmanxananın yaraşıqlı interyeri olur, gözəllik salonu, idman zalı, üzgüçülük hovuzu, konfrans zalı var.Belə mehmanxanaya Nyu-Yorkda yeni inşa edilmiş dəbdəbəli “St. Regis Hotel”i nümunə göstərmək olar. Bu cür mehmanxanalara Azərbaycanda “Plaza”, “Grand Hotel Europe”ni aid etmək olar.Orta dərəcə – bu tip mehmanxanalarda qiymətlər orta səviyyədədir. Şəhərin mərkəzində və ya mərkəzdən bir az kənarda yerləşə bilər. Burada geniş çeşiddə xidmətlər təklif olunur.Belə mehmanxana Nyu-Yorkda «Ramada Hotel»dir. Bakıda «Abşeron» mehmanxanası bu tip otellərdəndir.Apartament-mehmanxana- orta müəssisəyə aiddir. Bu tip mehmanxanalar adətən iri şəhərlərdə yerləşir. Nömrələri mənzil tipli otaqlardır. Bu nömrələrdə özünəxidmətə üstünlük verilir. Qiymətlər qonaqların nə qədər müddətə qalmasından asılı olaraq dəyişir.Apart-otellərdə otaqlar mətbəx avadanlığı, qab-qacaq dəsti, məişət texnikası ilə təmin olunub.Nyu-Yorkdakı «Embassy Suits»,Bakıda «Caspian» bu tip mehmanxanalardandır.Ekonom dərəcəli mehmanxana tipi kiçik və orta tutumlu nömrələrdən ibarətdir. Bu mehmanxanalar adətən yol ayrıcında, magistral yol boyunca yerləşir. Qonaqlara göstərilən xidmətin çeşidi məhduddur.Müştərilər ancaq istifadə etdikləri konkret xidmətin hesabını verirlər. Bu tip mehmanxanalarda xidmətə görə az faiz alınır. Qiymətlər yüksək deyil. Belə mehmanxana Azərbaycan ərazisində hələ inşa edilməyib. Nyu-Yorkdakı «Days İnn» bu tipli mehmanxanalardandır.


Yüklə 47,98 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə