1. İdarəetmə strukturunda təsdiqlənmiş mehmanxana işinin təşkilinin əsas modelləri


Kurort , aeroport , turist mehmanxanaları və turist bazaları.Kurort



Yüklə 47,98 Kb.
səhifə12/46
tarix11.05.2022
ölçüsü47,98 Kb.
#86618
1   ...   8   9   10   11   12   13   14   15   ...   46
aydın mlm.imtahan

29. Kurort , aeroport , turist mehmanxanaları və turist bazaları.Kurort-mehmanxana – bu tip müəssisəsi yatmaq, yemək, əlavə xidmətlər, xüsusilə müştərilərin səhhəti ilə əlaqədar müalicə-profilaktika tədbirləri və istirahəti üçün nəzərdə tutulub.Bu tip mehmanxanalar okean, dəniz, göl, çay sahillərində, dağ yamaclarında, meşə zonalarında yerləşir. Burada müştərilərə peşəkar tibb işçiləri xidmət göstərir. Mehmanxanalar tibb və idman avadanlığı ilə təchiz olunur, üzgüçülük hovuzu və müalicə duşları qonaqların sərəncamındadır.Belə mehmanxana müəssisələrindən Azərbaycanda Dəvəçidə «Qalaaltı», Naftalanda «Naftalan» və s. obyektləri göstərmək olar. Kurort-mehmanxanaların öz problemləri var. Mövsüm problemi işi çətinləşdirir.Mehmanxananın digər problemi kadr-mütəxəssis məsələsidir. Peşəkar kadrlar mövsümdə işləyir, mövsüm olmayanda isə məvacib almadıqlarına və ya az aldıqlarına görə mehmanxanaları tərk edir, başqa yerlərdə işə düzəlirlər.Turist mehmanxanaları əsasən turist marşrutlarında tikilir.Putyovka və ya vauçer turistin marşrutunu, müddətini, qiymətini göstərir. Turist mehmanxanasında ekskursiya və ya səyahət bürosu fəaliyyət göstərir. Turist mehmanxanaları beynəlxalq turizmin və marşrutların təşkilində mühüm əhəmiyyət kəsb edir.Turist bazası -  turistlərin qəbulu, yerləşdirmə bölməsi, restoranı, yeməkxanası, fəal istirahəti üçün xidmətlər şöbəsindən ibarət turist kompleksidir. Adətən turbazalar fəal hərəkət edən turistləri qəbul edir.Turbazalar əsasən meşələrdə və təbiətin mənzərəli yerlərində yerləşir.Aeropot-mehmanxana  - rentabelli, gəlirlə işləmək üçün əlverişli yerdə tikilir.Mehmanxana sutkada 24 saat işləyir. Sərnişinlərə tam servis xidməti göstərilir.


Yüklə 47,98 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə