1. İdarəetmə strukturunda təsdiqlənmiş mehmanxana işinin təşkilinin əsas modelləri



Yüklə 47,98 Kb.
səhifə24/46
tarix11.05.2022
ölçüsü47,98 Kb.
#86618
1   ...   20   21   22   23   24   25   26   27   ...   46
aydın mlm.imtahan

41. Beynəlxalq mehmanxana qaydaları. “Beynəlxalq mehmanxana qaydalarına” görə, müştəri mehmanxanaya təyin olunmuş vaxtdan gec gələrsə, bronun və bir günün pulu alınır. Brona görə, müştəri bir gündən artıq mehmanxanaya gecikərsə, bron ləğv olunur. Bronu ödəməkdən imtina edən, müştəri mehmanxanaya ümumi qaydada qəbul olunur. “Beynəlxalq mehmanxana qaydaları”nda bronun məbləği göstərilmir. Bronun məbləğini və faizini mehmanxananın müdiriyyəti təyin edir.Bronlaşdırma bölməsi öz funksiyasını bir sıra sənədlərlə yerinə yetirir:sifarişləri qəbul edir və hazırlayır;zəruri sənədləri gündəlik gələn qonaqların qrafikini, nömrə fondunun gəliş-gediş kartını tərtib edir;müxtəlif müddətlərə qəbul olunmuş sifarişlər öz əksini, bronlaşdırma cədvəlində tapır və menecer sənədə nəzər yetirdikdə, bronlaşdırılmış və boş nömrələrin siyahısını aydın və tez görür.Mehmanxanada yerin və nömrənin bronlaşdırılmasının bir neçə üsulu var. Bunlar, məktub, sifahi, kompüter və s. üsullardır. Müştəri və ya təşkilat məktub-sifarişi faksla və ya poçt ilə mehmanxanaya göndərir.Bronlaşdırmaya və ya ləğv olunmasına verilən hər bir məktub-sifariş qeydiyyatdan keçməlidir.Telefon vasitəsi ilə bron sifarişi qəbul edən menecer müştərini diqqətlə dinləməli və nəzakətli olmalıdır. Bu dialoq nəticəsində müştəridə, mehmanxana, onun xidmətləri və personalı haqqında təsəvvür yaranır.Telefon vasitəsi ilə olunan bron, yazılı şəkildə təsdiq edilməlidir.Menecer qəbul olunan sifarişi qeyd edir və sifarişçiyə təsdiqnamə, göndərir. Kompüter şəbəkəsi vasitəsi ilə telefonla mehmanxanada yer bronlaşdırılır. Kompüter şəbəkəsinin dispeçeri otel ilə əlaqə yaradır, mehmanxananın imkanlarını öyrənir. Bu üsul o qədər münasib deyil, çünki, mehmanxananın bronlaşmasının şərtlərini öyrənmək üçün çox vaxt tələb edir. 


Yüklə 47,98 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə