1. İdarəetmə strukturunda təsdiqlənmiş mehmanxana işinin təşkilinin əsas modelləri


Mehmanxanada nömrə və ya yerin bronlaşdırılması qaydaları



Yüklə 47,98 Kb.
səhifə23/46
tarix11.05.2022
ölçüsü47,98 Kb.
#86618
1   ...   19   20   21   22   23   24   25   26   ...   46
aydın mlm.imtahan

40. Mehmanxanada nömrə və ya yerin bronlaşdırılması qaydaları.Mehmanxanada nömrə və ya yerin sifariş olunması bronlaşdırma vasitəsi ilə həyata keçirilir.Mehmanxanada nömrənin və ya digər xidmətlərin bronlaşdırılması, qonaqla mehmanxana arasında müqavilə münasibətləri yaradır. Müqavilə münasibəti qonağın mehmanxanada nömrənin sifariş etməsindən və onun tərk etməsinə qədər davam edir. Əvvəlcədən bronlaşdırmanı qəbul edən mehmanxana, hüquqi və biznes məsuliyyəti daşıyır. Bronlaşdırma vasitəsi və ya sistemi mehmanxanaya əlavə gəlir gətirir.Bronlaşdırma bölməsi, təkcə sifariş qəbul etmir, həm də mehmanxana yerlərinə olan tələbatı öyrənir. Bronlaşdırmanın bir sıra növləri mövcuddur: 1.İkiqat bronlaşdırma. Bu növ bronlaşdırma, kütləvi tədbirlər zamanı və turist mövsümünün pik vaxtı istifadə olunur. Mehmanxananın eyni yeri iki qonağa təsdiqlənir və satılırsa bu ikiqat bronlaşdırmadır. 2.Zəmanətli bronlaşdırma müştərinin sifarişi əsasında, mehmanxananın göndərdiyi xüsusi təsdiqnamə, müştəriyə nömrənin bronlaşmasına zəmanət verir. 3.Qrup bronlaşması fərdi bronlaşmadan fərqlənir. Bu zaman bronlaşma bölməsinin meneceri, qrup üçün bronlaşma sifariş edən şəxslə görüşür, danışıqlar aparır və qrupa xidmət göstərmək üçün müqavilə bağlanır.Mehmanxana şəbəkələrinin inkişafı ilə əlaqədar mərkəzi bronlaşma sistemi yaradılmışdır.Mərkəzi bronlaşma sisteminin üstünlüyü ondadır ki, mehmanxananın nömrə fondunu doldurmağa imkan yaradır, səmərəli işləyir. Mehmanxana, xidmətlərin təqdim etmə qaydalarına uyğun iki tərəfli müqavilə bağlaya bilər. Bu müqaviləyə əsasən, birbaşa sifarişləri qəbul edir.Beynəlxalq mehmanxana konvensiyası, turizm agentlikləri və mehmanxana sahibləri arasında imzalanan və əməl olunan müqavilələri tənzimləyir. müqavilə bağlayan tərəflər konvensiyanın müddəalarına riayət edəcəklərini öhdələrinə götürürlər.Müqavilədə, sifarişin verilmə vaxtı, hesablaşma qaydaları və s. öz əksini tapır. Təşkilat və ya turizm agentliyi, mehmanxanada bir neçə nömrə və hətta mərtəbə sifariş edə bilər.


Yüklə 47,98 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə