1. İdarəetmə strukturunda təsdiqlənmiş mehmanxana işinin təşkilinin əsas modelləri


PR - mehmanxana biznesində fəaliyyəti



Yüklə 47,98 Kb.
səhifə28/46
tarix11.05.2022
ölçüsü47,98 Kb.
#86618
1   ...   24   25   26   27   28   29   30   31   ...   46
aydın mlm.imtahan

45. PR - mehmanxana biznesində fəaliyyəti.PR– (ictimaiyyətlə əlaqələr) anlayışının bir çox təyinatı var. Aparıcı mütəxəssislər tərəfindən bu anlayışın iki oxşar təyinatı verilmişdir. Bunlar, aşağıdakılardır: 1.Müəssisənin nüfuzunu qaldırmaq və uğurla işləməsi üçün ictimai rəy yaratmaq və formalaşdırmaq. Bu müxtəlif yollarla, ilk növbədə KİV vasitəsi ilə həyata keçirilir;2.Bəzi layihələr daxilində qarşılıqlı münasibətlərin harmonizasiyasına, həmçinin verilən layihənin onun xarici mühit və layihə iştirakçıları arasında uğurlu həyata keçməsi məqsədinə yönəldilmiş, informasiya-analitik və prosedur-texnoloji fəaliyyət sistemidir.Deməli, PR – təşkilat və ictimaiyyət arasında qarşılıqlı xoş münasibətin yaranması və qorunmasına yönəlmiş, üzun müddətə planlaşdırılan fəaliyyətdir.PR – fəaliyyətinin mehmanxana biznesində həyata keçirilməsi, göstərilən xidmətlərin xüsusiyyəti, səviyyəsi və spesifikliyindən asılıdır.PR-ın məqsədi, müştəri və mehmanxana arasındakı qarşılıqlı anlaşmaya, müsbət münasibətə nail olmaq və mehmanxananın perspektivinin uzun müddətli olacağına müştəridə inam yaratmaqdır. Bu, ictimaiyyətin gözündə mehmanxana haqqında müsbət imicin, etibar və hörmətin formalaşmasına səbəb olur.PR – fəaliyyətinin məqsədi bir tərəfdən müştərinin müəssisənin təkliflərinə olan marağını artırmaq, o biri tərəfdən müştəri ilə olan qarşılıqlı əlaqəyə əsasən, tələbata müvafiq olaraq xidmət təkliflərini göstərməkdir. PR – fəaliyəti təkcə çap məhsullarının tərtibatı, müəssisənin imicinin irəliləyişi üçün yeni üsulların hazırlanması ilə deyil, həm də, onun kommunikasiya- əlaqə vasitələrinin seçimi ilə də sıx bağlıdır.


Yüklə 47,98 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə