1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar



Yüklə 217,73 Kb.
səhifə121/143
tarix20.10.2023
ölçüsü217,73 Kb.
#128536
1   ...   117   118   119   120   121   122   123   124   ...   143
1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar

CuCl2 = Cu2+ + 2Cl-
Katodda: Cu2+ + 2e = Cu0 ; anodda: 2Cl- - 2e = Cl20
Duzların sulu məhlullarının elektrolizi əsasən ionların standart elektrod potensiallarının qiymətindən, onların gərginlik sırasındakı vəziyyətindən asılıdır. Bu baxımdan duzların elektrolizi üç qrupa bölünür:
1.Standart elektrod potensiallarının (E0) qiyməti kiçik olan metal kationları (Li+Al3+) sulu məhlulda katod üzərində reduksiyaya uğramır. Onların əvəzində su molekulları reduksiya olunur. Neytral mühitdə elektrod potensialları suyun potensialından (- 0,41) çox kiçik olan metal ionları katod üzərində ayrılmır.
Məhlulda
(-)K NaCl + H2OA(+)
/ \
Na+ Cl-
H2O H2O
2H2O + 2e = H2 + 2OH - 2Cl - - 2e = Cl2
2Na+ + 2OH - = 2NaOH
2NaCl + 2H2O H2 + 2NaOH + Cl2
Anion oksigenli olduqda, K2SO4 məhlulu misalında elektroliz prosesi aşağıdakı sxem üzrə gedir:
(-) K K2SO4 + H2O A (+)
/ \
K+ SO42-
H2O H2O
2H2O + 2e = H2 + 2OH- 2H2O -4e = 4H+ + O2
2K + 2OH- = 2NaOH 2H++ SO42- = H2SO4
K2SO4 + 2H2O = 2H2 + O2 + K2SO4

BİLET-24


1.MAQNEZİUMUN METALLARIN KORROZİYASINA QARŞI TƏTBİQİ. ELEKTROKİMYƏVİ ÜSULU
Metalların əksəriyyəti və onların müxtəlif ərintiləri təmasda olduqları mühitdə tədricən dağılır və yararsız hala düşür. Bunun səbəbi metalların mühitdə olan maddələrlə kimyəvi və elektrokimyəvi qarşılıqlı təsirdə olmasıdır.Xarici mühitin kimyəvi təsiri ilə metalların tədricən dağlanmasına korroziya deyilir.
Korroziya fazalar sərhəddində baş verən heterogen oksidləşmə-reduksiya prosesidir və metalların atom halından ion halına keçməsinə səbəb olur. Həmin proses elektrolit məhlulunda, üzvi həlledicilərdə, qaz, su və hava mühitlərində gedə bilər. Əmələ gəlmə mexanizminə görə korroziya prosesi iki növə ayrılır: 1. Kimyəvi korroziya. 2. Elektrokimyəvi korroziya.
Kimyəvi korroziya
Elektrik cərəyanı keçirməyən mühitdə metalların oksidləşərək dağılması kimyəvi korroziya adlanır. Kimyəvi korroziya quru qazların (O2, H2S, CO SO2) və s. və qeyri elektrolitlərin (neft, kerosin, sürtkü yağı, benzin və s.) təsiri nəticəsində baş verir.
3Mg + 3O2 = MgO; Mg+ 3Cl2 = MgCL; Mg + S = MgS
Yüksək temperaturda işləyən metal sobaların divarları, daxili yanma mühərrikləri qaz korroziyasına uğrayır. Yanma prosesində yanacağın tərkibində olan kükürd və kükürdlü birləşmələr yüksək temperaturda SO2 və SO3 kimi turşu oksidlərinə çevrilir ki, bunlar da dağıdıcı təsir göstərir.
Elektrokimyəvi korroziya
Metalların dağılmasının başlıca səbəbi elektrokimyəvi korroziyadır. Kimyəvi korroziyadan fərqli olaraq, elektrokimyəvi korroziya elektrik keçiriciliyi olan mühitdə baş verir. Metallar rütubətli torpaqda və elektrik keçiriciliyi olan başqa mühitlərdə elektrokimyəvi korroziyaya məruz qalırlar. Elektrolit mühitdə metal və ya ərintilərin korroziyasına elektrokimyəvi korroziya deyilir.
Saf metallar demək olar ki, elektrokimyəvi korroziyaya uğramır. Lakin texnikada işlədilən metallarda həmişə başqa metal və ya qeyri-metal qarışıqlar olur ki, bu da onların korroziyasını sürətləndirir.
Standart elektrod potensialları müxtəlif olan iki metal rütubətli havada təmasda olduqda qalvanik element yaranır. Fəal metal (elektrod potensialı kiçik olan), az fəal metala (elektrod potensialı böyük olan) elektronlar keçir. Bu halda birincilər anod, ikincilər isə katod rolunu oynayır. Dəmir özündən az fəal metal olan qalay və ya mislə toxunduqda rütubətli havada korroziyaya uğrayır.Dəmir fəal metal olduğundan elektronlar dəmirdən qalaya keçir və dəmir anod, qalay isə katod rolunu oynayır. Anod (dəmir) elektron itirərək oksidləşir və ion halına keçir. Katod (qalay) səthində su və onda həll olmuş oksigen elektron alaraq reduksiya olunur.

Yüklə 217,73 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə