1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar



Yüklə 217,73 Kb.
səhifə118/143
tarix20.10.2023
ölçüsü217,73 Kb.
#128536
1   ...   114   115   116   117   118   119   120   121   ...   143
1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar

Mn + 2H2O → Mn(OH)2 + H2
Mn + 2HCl → MnCl2 + H2
Mn + H2SO4 → MnSO4 + H2
Qatı nitrat və sulfat turşuları soyuq halda manqanı passivləşdirir.Bu turşuların isti məhlullarında manqan həll olur.
Mn + 2H2SO4 (qatı) → MnSO4 + SO2 + 2H2O
Mn + 4HNO3(qatı) → Mn(NO3)2 + 2NO2 + 2H2O
3Mn+8HNO3(duru) → 3Mn(NO3)2+2N2O+4H2O
Tətbiqi. İstehsal edilən manqanın əsas hissəsi (90%) metallurgiyada müxtəlif növ poladların alınmasında istifadə olunur. Manqan qara metallurgiyada çuqun və poladdan kükürdü ayırmaq üçün ferromanqan ərintisi şəklində tətbiq edilir. Manqan poladın bərkliyini, korroziyaya qarşı davamlılığını artırır. Onun ərintisindən dəmir yol xətləri, tank üçün zireh, ekskavator və buldozerlərin işçi hissələri hazırlanır.

4.KİMYƏVİ REAKSİYANIN SÜRƏTİ VƏ TEMPERATURUN DƏYİŞMƏSİN REAKSİYA SÜRƏTİNƏ TƏSİRİ.
Reaksiyaların sürətindən və mexanizmindən bəhs edən təlimə kimyəvi kinetika deyilir. Reaksiyaya daxil olan yaxud reaksiya nəticəsində alınan maddə miqdarının vahid zamanda dəyişməsinə reaksiyanın sürəti deyilir. Kimyəvi reaksiyalar sistemin faza müxtəlifliyinə görə homogen və heterogen sistemlərdə aparılır. Sistemin müəyyən səthlə ayrılan fiziki bircinsli hissəsinə faza deyilir. Bir fazadan ibarət olan sistemə homogen, müxtəlif fazalardan ibarət olan sistemlərə isə heterogen sistem deyilir. Kimyəvi kinetika homogen və heterogen sistemlərdə öyrənilir. Homogen reaksiyalar sistemin bütün həcmində, heterogen reaksiyalar isə görünə bilən fazalar sərhəddində gedir. Odur ki, onların sürətinin təyin edilməsi də müxtəlifdir.

Yüklə 217,73 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə