1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar



Yüklə 217,73 Kb.
səhifə122/143
tarix20.10.2023
ölçüsü217,73 Kb.
#128536
1   ...   118   119   120   121   122   123   124   125   ...   143
1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar

Anodda: Fe0 - 2e- = Fe+2 Katoda: 2H2O + O2 + 4e- = 4OH-
Mühitdə dəmir ionları OH- ionları ilə birləşir və beləliklə, dəmir korroziyaya uğrayır:
Fe+2 + 2OH- = Fe(OH)2
4Fe(OH)2 + 2H2O + O2 = 4Fe(OH)3
Havanın nisbi rütubəti 65% çox olduqda, dəmirin korroziyası daha sürətlə gedir.
Yayılma xarakterinə görə korroziyanın bir neçə forması məlumdur. Bunlardan ən çox təsadüf olunanları məhəlli, müntəzəm, pittinq, kristallararası və s. formalarıdır.
Məhəlli korroziya metal səthinin ayrı-ayrı hissələrində, müntəzəm korroziya metalın bütün səthi boyu, kristallararası korroziya isə metalı əmələ gətirən kristalların sərhədləri boyu baş verir. Məhəlli korroziya nəticəsində metalda dərin yaralar əmələ gəlir. Kristallararası korroziya zamanı məhsulun metalın daxilində qalması mexaniki xassələrinin dəyişməsinə səbəb olur.

2.MƏHLULLARIN XASSƏLƏRİ. OSMOS TƏZİQİ.VANT-HOFF QANUNU
Həlledici ilə həll olan maddə hissəciklərinin əks istiqamətli hərəkəti nəticəsində bir-birində bərabər paylanmasına diffuziya deyilir. Məsələn, mis 2-sulfat məhlulu üzərinə tədricən su əlavə edilərsə, duzun molekulları tədricən suya, suyun molekulları isə məhlula keçəcəkdir. Müəyyən vaxtdan sonra maddənin və suyun molekulları mayenin bütün həcmində yayılaraq bircinsli məhlul alınacaqdır. Ümumiyyətlə, hər hansı maddənin müxtəlif qatılıqlı iki məhlulu və ya məhlul ilə həlledici bir-birinə toxunduqda ikitərəfli diffuziya baş verir və məhlulların qatılığı bərabərləşənə qədər davam edir.
Temperatur artdıqda diffuziyanın sürəti artır, həll olan maddənin hissəciklərinin ölçüsü və məhlulun qatılığı artdıqca isə azalır. .
Tutaq ki, iki qabın birincisində şəkərin müxtəlif qatılıqlı, ikincisində isə eyni qatılıqlı məhlulları yarımsızdırıcı pərdə ilə ayırmışlar.
Birinci qabda üstdəki məhlul duru olduğundan suyun molekulları yarımsızdırıcı pərdədən aşağı keçəcəkdir. Nəticədə, aşağıdakı məhlulun həcmi artacaq və pərdə yuxarı doğru əyiləcəkdir. Aydındır ki, həmin qabda C2< C1 olarsa, su molekulları əks istiqamətli diffuziyası nəticəsində pərdə aşağıya doğru əyiləcəkdir. Hər iki halda həlledicinin birtərəfli diffuziyası nəticəsində məhlulların qatılığı tədricən dəyişəcək və nəhayət bərabərləşəcəkdir. Həlledici molekullarının yarımsızdırıcı pərdədən hər iki istiqamətdə sürəti eyni olduqda osmos hadisəsi dayanır.
Həlledicinin yarımsızdırıcı pərdə vasitəsilə birtərəfli diffuziyası osmos adlanir. Həlledicinin birtərəfli diffuziyzsı nəticəsində yaranan təzyiqə osmos təzyiqi deyilir.
İkinci qabda məhlulların qatılığı bərabər olduğundan, vahid zamanda yarımsızdırıcı pərdədən hər ik tərəfə keçən su molekullarının sayı bərabər olacaq və osmos müşahidə edilməyəcəkdir. Təcrübədə məhlulun osmos təzyiqini ölçmək üçün osmometr adlanan cihazdan istifadə olunur Osmos təzyiqinin qatılıqdan və temperaturdan asılılığını ilk dəfə 1887-ci ildə alman alimi Pfeffer öyrənərək aşağıdakı qanunauyğunluqları müəyyən etmişdir:
Sabit temperaturda məhlulun osmos təzyiqi onun qatılığı ilə düz mütənasibdir.
T = const; Pos = KC
Sait qatılıqda məhlulun osmos təzyiqi onun temperaturu ilə düz mütənasibdir.
C = const; Pos = KT
Vant – Hoff müəyyən etmişdir ki, qeyri- elektrolitlərin duru məhlullarının osmos təzyiqini Mendeleyev- Klapeyron tənliyinə əsasən hesablamaq olar: PV = nRT; P = (n / V) RT
Həll olan maddənin mol sayının məhlulun həcminə olan nisbəti molyar qatılığı ifadə edir (C = n / V). Bu nisbəti C ilə işarə etsək, aşağıdakı ifadəni alarıq. Pos = CRT
n = m / M ; PV = ( m / M)RT M = mRT / PV


3. ELEKTROLİZ PROSESİ.ELEKTROLİZİN I,II QANUNLARI
Elektroliz prosesində elektrik enerjisi kimyəvi enerjiyə çevrilir. Elektrolitdən (məhlulda və ya əridilmiş halda) sabit elektrik cərəyanı keçdikdə, elektrodlarda baş verən oksidləşmə və reduksiya nəticəsində maddələrin ayrılması ilə gedən proseslərə elektroliz deyilir.
Elektroliz prosesi elektrolizer adlanan qurğuda (elektroliz vannası ) aparılır. Elektrolit olaraq CuCl2 məhlulu doldurulmuş vannaya elektrodlar salınır və onlar sabit cərəyan mənbəyi ilə birləşdirilir.
Elektrolitdən cərəyan keçməmiş ionlar xaotik hərəkətdə olur, cərəyan buraxıldıqda isə onların nizamlanmış hərəkəti başlanır. Müsbət ionlar (kationlar) katoda, mənfi ionlar (anionlar) isə anoda tərəf hərəkət edir və elektrodlar üzərində yüksüzləşirlər. Elektroliz zamanı katod elektronları kationa verdiyi üçün reduksiyaedici, anod isə anionlardan elektron qəbul etdiyi üçün oksidləşdirici olur. Deməli, katod səthində reduksiya, anod səthində oksidləşmə prosesi baş verir. Qalvanik elementlərdən fərqli olaraq elektroliz prosesində mənfi elektrod katod, müsbət elektrod isə anod olur.

Yüklə 217,73 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə