1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə54/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   50   51   52   53   54   55   56   57   ...   256

 

118


Bizim analizlər göstərir ki,faktiki olaraq bütün baxdığımız ölkələrdə parlamen-

tlərə müdafiə büdcəsi ayırmaq və bu büdcəyə düzəliş etmək kimi mühüm səlahiy-

yətlər və imkanlar verilir (istisna Birləşmiş Krallıqdır-orada parlamentin müdafiə 

məsələləri üzərində büdcə nəzarəti səlahiyyəti yoxdur). Bir çox ölkələrdə bu səla-

hiyyət,büdcəyə  nəzarət etmək imkansizlığından,büdcənin proqramlara, layihələrə 

və ya maddə-maddə bölünməsindən dolayı məhduddur. Məsələn, Çex Respublikası 

Parlamentinin hansı proqramların,layihələrin və büdcənin maddə-maddə elementlə-

rinin müdafiə büdcəsinin tərkibində olması ilə bağlı bir nəzarəti yoxdur. Çoxlu öl-

kələrin müdafiə büdcəsi sənədlərinə parlamentlərin çıxışı üçün imkan yaratmasına 

baxmayaraq, onların büdcə üzərində nəzarət dərəcəsi fərqli olur. Çex Respublika-

sından başqa, həm İsveç, həm də İsveçrə və  Birləşmiş Krallıq  hər bir maddənin 

altında nəyin durduğunu nəzarət etməyə imkan verməyərək öz parlamentlərinin nə-

zarət imkanlarının məhdudlaşdırırlar. Bu onu izah edir ki, o ölkələrin parlamentləri 

mövcud müdafiə büdcəsi çərçivəsində bir maddənin büdcəsini digərinə köçürmək 

imkanında deyillər.  Lakin, bu dörd ölkədən üçündə (Birləşmiş Krallıqdan başqa) 

parlament müdafiə büdcəsinin bir necə maddəsini qəbul etməsə, o zaman hərbi 

büdcəni qəbul etməkdən imtina edə bilərlər. Məsələn, əgər onlar nəqliyyat təyyarə-

lərinin alınması ilə bağlı və ya digər hərbi xərclərlə bağlı razılığa gəlməsələr, onda 

onlar bu xərclərin çıxarılmadığı halda parlamnetin hərbi büdcəsini qəbul etməyə-

cəkləri haqda müdafiə nazirini məlumatlandıra bilərlər. Danimarka, Fransa, Polşa, 

Rumıniya,Türkiyə  və ABŞ-ın parlamentləri müdafiə xarakterli büdcənin nəzarəti 

üçün tam səlahiyyətlərə malikdir. 

 

Parlament və Sülhü Dəstəkləyən Əməliyyatlar 

Sülhü Dəstəkləyən  Əməliyyatlara(SDƏ) nəzarət etmək üçün parlamentin üç 

mühüm səlahiyyətini fərqləndirmək mümkündür

105


. Parlament nəzarətinin ilkin gü-

cü  dəqiq və zəruri informasiyaların əldə edilməsidir. SDƏ, BMT səviyyəsində qə-

bul edilən,gizliliyi özündə ehtiva edən beynəlxalq qərardır və məsələnin texniki tə-

rəfi müzakirəyə çıxarılmadan çox vaxt qısa zaman ərzində qəbul edillir

106

. Ona gö-



rə də ölkə parlamentarları tərəfindən SDƏ –na nəzarət etmək çox çətindir və onlar 

çox zaman hökümətdən və qlobal mediadan gələn informasiyalara arxalanırlar. 

SDƏ –ı ilə bağlı bütün uyğun informasiyalar ilə parlamentin təmin edilməsi üçün, 

parlamentin höküməti məcbur edən konstitusiya və qanuni səalhiyyətlərinin olması 

                                                            

105


 Parlament səlahiyyətləri ilə bağlı  ədəbiyyat üçün baxın: Von Beyme, 2002; Norton, 

1998 or Olson, 1994. 

106

 Assembly of the WEU (2001), National Parliamentary Scrutiny of Intervention Abroad 



by Armed Forces Engaged in International Missions: the Current Position in Law, Report 

submitted on behalf of the Committee for Parliamentary and Public Relations by Mrs 

Troncho, Rapporteur Document A/1762, 4 December. 



 

119


və ondan istifadə etməsi vacibdir. Bu səlahiyyətlərə,icra orqanlarının uyğun nüma-

yəndələrini sorğulamaq hüququ, onlara and içərək ifadə verdirmək hüququ, sorğu 

və dinləmələr keçirmək səlahiyyəti, icraya məxsus olan istənilən sənədi əldə etmək 

hüququ və həmçinin, xaricdəki hərbi qüvvələri ziyarət etmək hüququ daxildir. İkin-

ci səlahiyyətlər toplusuna parlamentin əvvəlcədən SDƏ-ni qəbul etmək və ya rədd 

etmək kimi konstitusiya və qanuni səlahiyyətləri aiddir, bu səlahiyyətlər 7-ci Cəd-

və-də göstərilmişdir. Bu cür qanuni maddələr parlamenti çox güclü alətlərlə təhciz 

edir və xaricə göndərilən hərbi qüvvələrin dəqiq və vaxtında fəaliyyətlərə  cəlb 

olunması haqqında parlamenti məlumatlandırmağa təminat verir. Əlavə olaraq, par-

lamentin SDƏ-nın ən mühüm siyasi tərəflərini müzakirə etməyə və qiymətləndir-

məyə hüququ ola bilər, bilavasitə hərbi qüvvələrin mandatı, hərbi qüvvələrin qarşı-

laşacağı risklər, görəcəyi işlərin qaydası, hərbi ierarxiya və  həmçinin,SDƏ-nin 

müddəti ilə bağlı məsələlər daxildir. Baxmayaraq ki, parlamentin,hərbi qüvvələrin 

mandatı, onların qarşılaşacağı risklər,hərbi ierarxiya ilə bağlı qərar vermək imkan-

ları olmaya bilər( geniş mənada bu məsələlərə BMT tərəfindən qərar verilir),amma 

parlamentlər bu elementləri Sülhü Dəstəkləyən Əməliyyatları müzakirə edərkən və 

bu  əməliyyatlara səs verərkən nəzərə ala bilər. Parlamentin üçüncü nəzarət gücu 

Sülhü Dəstəkləyən Əməliyyatların büdcəsinə nəzarət ilə bağlıdır. Yuxarıda deyildi-

yi kimi, pul kisəsinin gücü parlamentin ən qədim və ən qətiyyətli gücü kimi  sayı-

lır. Pul kisəsinin gücü həm illik adi müdafiə büdcəsinə, o cümlədən, SDƏ-na və 

həm də SDƏ-ı üçün əlavə müdafiə büdcəsini qəbul etmək və ya rədd etmək qərar-

larına təsir edir.  Əlavə büdcə qəbulları SDƏ-ı tez-tez,gözlənilmədən baş verdiyin-

dən çox əhəmiyyətlidir. Hətta parlamentin hökümətin xaricə  hərbi qüvvələr gön-

dərmək qərarını qəbul etmək və ya rədd etmək səlahiyyəti olmadığı halda da, o əla-

və büdcə müraciətini rədd edərək hökümətin siyasətinə mane ola bilər. Sülhü Dəs-

təkləyən Əməliyyatların xeyrinə əlavə büdcə ayrılmaları üzrə səsvermə, hökümətin 

xaricdə sülhü dəstəkləyən  əməliyyatlara hərbi qüvvə göndərmək qərarına dolayı 

dəstək sayıla bilər. 

Bizim tədqiqat nəticələrimiz göstərdi ki, ABŞ-da, Almaniyada, Danimarkada və 

Niderlandiyada parlament sülhü dəstəkləyən  əməliyyatların bütün tərəflərinə, o 

cümlədən,qüvvələrin xaricə gondərilməsindən başlamış, onların mandatı, büdcəsi, 

müddəti və əməliyyat məsələlərinə qədər cəlb olunmuşdur. Mümkündür ki, bu öl-

kələrdə, bu məsələlərlə bağlı parlamentin səlahiyyəti daha çox xüsusi təlimatlar 

əsasında deyil, əksinə pul kisəsinin gücündən asılı olaraq müəyyən edilir(Bax Cəd-

vəl6).Məsələn,ABŞ Konqresmeni pul kisəsinin gücündən istifadə edərək,ABŞ qüv-

vələrinin sülh missiyasında iştirakının qarşısını alar, şərt qoyar və ya dayandırar. 

Lakin ABŞ Konqresi ancaq az-az hallarda bu səlahiyyətdən istifadə edir. 1973-cü 

ildə Vyetnam müharibəsi dalğasında(“elan olunmamış” müharibə) ABŞ Konqresi 

Müharibə Səlahiyyətləri Akt-ı qəbul etdi. Bu Akt ABŞ prezidentini müharibə vari-



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə