1. Yeraltı su yataqlarının təsnifatı


Qrunt və təzyiqli suların hidravliki əlaqələri onların növləri və sxemləri



Yüklə 1,15 Mb.
səhifə16/20
tarix23.08.2023
ölçüsü1,15 Mb.
#120830
1   ...   12   13   14   15   16   17   18   19   20
yeralti sular mbe

30.Qrunt və təzyiqli suların hidravliki əlaqələri onların növləri və sxemləri
İki regional sukeçirməyən lay arasında yerləşən süxurlarda yatan və pyezometrik səviyyəyə malik olan sulara təzyiqli və ya artezian suları deyilir. Artezian suları öz əsasını sineklizlərdə, çökəkliklərdə, muldalarda, monoklinal strukturların əyilmiş kənarlarında və dağətəyi çökəkliklərdə eləcədə tektonik qırılma zonalarında geniş yayılmışdır. Bu sulara əsasən IV dövrə qədərki, nadir hallarda isə IV dövr çöküntülərində rast gəlinir. Hal hazırda artezian suları əvəzinə təzyiqli sular anlayışından geniş istifadə olunur. Artezian sularının başlıca xüsusiyyətlərinə aşağıdakılar aiddir: 1. Təzyiqli sulu horizont adətən qrunt su horizontundan və kompleksindən dərində sukeçirməyən laylar arasında yerləşir. 2. Artezian sularının qidalanma mənbəyi və təzyiq yaranan sahəsi və boşalma mənbələri üstüstə düşmür və bir birindən çox böyük məsafədə yerləşir. 3. Quyu vasitəsilə açılmış artezian sulu horizontunda səviyyə horizontun tavanından yüksəyə qalxır. 4. Artezian sularının rejimi qrunt sularının rejimi ilə müqayisədə nisbətən daha stabildir.Qidalanma mənbəyində sulu horizontlar adətən yüksəklikdə yerləşir və drenləşir. Təzyiq sahəsində su səviyyəsi sulu horizontun tavanından yuxarıda yerləşir. Bu səviyyəyə qədər olan məsafə təzyiq adlanır. Suyun təzyiqli səviyyəsi pyezometrik səviyyə adlanır. Boşalma sahəsində artezian suları qalxan bulaqlar şəklində olur.

Artezian hövzəsində vahid hidrodinamik şəraitin dəqiqləşdirilməsi yeraltı suların resursunu,kimyəvi tərkibini və formalaşma şəraitinin öyrənilməsinə şərait yaradır.Əgər artezian sularının pyezometrik səviyyəsi qrunt suları aynasından yuxarıda yerləşərsə, onda artezian suları qrunt sularını qidalandıra bilər. Əksinə olduqda isə qrunt suları artezian suların qidalandırır.




31.Yeraltı suların rejim və balansının öyrənilməsində məqsəd və məsələləri
Yeraltı suların ehtiyatının onların keyfiyyətinin və tərkibinin zaman və məkan etibarilə dəyişməsi rejim anlayışı ilə ifadə olunur. Rejimin əsas göstəriciləri aşağıdakılardır. 1)hidrodinamik 2)hidrokimyəvi 3)geotermik Yeraltı suların rejimi ona təsir edən amillərin xarakterindən asılı olaraq təbii , pozulmuş və qarışıq tiplərə ayrilir. Yeraltı suların rejiminin formalaşmasıının regional qanunauyğunluqlarını ifadə edən rejim regional, yerli amillərin təsiri altında formalaşmasını ifadə edən rejim lokal adlanır. Yeraltı suların balansı dedikdə müəyyən vaxt ərzində ona daxil və xaric olan suyun miqdarının birbirinə nisbəti nəzərdə tutulur. Yeraltı suların rejim və balansının öyrənilməsi məsələləri çox müxtəlifdir: 1)yeraltı suların formalaşması şəraitinin müəyyən edilməsi 2)yeraltı suların təbii qidalanmasının zaman etibarilə dəyişməsinin qanunauyğunluqlarının öyrənilməsi 3)yeraltı suların su duz balansının formalaşması qanunauyğunluqların müəyyən edilməsi 4)lokal sahələrdə yeraltı suların pozulmuş rejiminin analizi üçün onların təbii rejiminin regional öyrənilməsi 5) sulu horizont və komplekslərin süzülmə xassəsi və sərhəd şərtlərinin qiymətləndirilməsi.Yeraltı suların rejimi üzərində çoxillik müşahidələrin nəticələrinin analizi göstərir ki, rejim əmələgətirən amillərin və təbii şəraitin təsiri altında onların fiziki xassələri tərkibi və miqdarı qanunauyğun şəkildə dəyişir. Yeraltı suların rejiminin öyrənilməsi əsas rejim elementlərinin dəyişməsi üzərində müşahidə məntəqələrindən ibarət xüsusi avadanlıqlaşdırılmış şəbəkə üzrə stasionar hidrogeoloji müşahidələr yolu ilə aparılır.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə