1. Yeraltı su yataqlarının təsnifatı


Platforma tipli artezian hövzələrində yeraltı sular,süxurların məsaməliyi



Yüklə 1,15 Mb.
səhifə15/20
tarix23.08.2023
ölçüsü1,15 Mb.
#120830
1   ...   12   13   14   15   16   17   18   19   20
yeralti sular mbe

28.Platforma tipli artezian hövzələrində yeraltı sular,süxurların məsaməliyi
Platformalar yer qabığının nisbətən sakit sahələridir. Platformaların bünövrəsi bəzən yer səthinə çıxa bilər bu qalxan adlanır.Platforma tipli əyalətlər üçün nəhəng artezian hövzələrinin olması xarakterikdir. Belə hövzələr adətən böyük sahələrdə yayılır. hidrogeoloji cəhətdən mürəkkəb sistem olmaqla təzyiqli sulu horizontların mərtəbələrdə yerləşməsindən ibarətdir.adətən şaquli kəsilişlərdə artezian hövzələrində iki struktur mərtəbə müşahidə olunur. Platforma tipli artezian hövzələri aşağıdakı hidrogeoloji xüsusiyyətlərlə xarakterikdir: 1. Sulu horizontların yayılma sahəsinin genişliyi; 2. Kəsilişdə bir neçə mərtəbədə yerləşmiş layların formalaşması; 3. Böyük təbii resurslu təzyiqli suların formalaşması; 4. Yüksək sərfli mərkəzləşmişsugötürücülərin təşkil və istismarı.Artezian hövzəsi 2 mərtəbədən ibarətdir. Üst mərtəbə metomorfizləşmiş çökmə və vulkanogen süxurlardan ibarətdir. Bunun altında artezian fundamenti yatır. 4,5 km dərinliyinə qədər 3 çatlı su kompleksi açılmışdır. Lakin bütünlükdə yeraltı sular 9 km dərinliyə qədər izlənilir. Üst qatın çatlı süxurlarında (0-800 m) yeraltı suların kimyəvi tərkibi karbonatlı-kalsium tipli, minerallaşma dərəcəsi 0,5 q/l təşkil edir.Orta qat (800-4500 m) çatlı-damar sularının kimyəvi tərkibi xlorlu-kalsiumlu-natrium tipinə aiddir, minerallaşma dərəcəsi 50-150 q/l arasındadır.
29.Yeraltı su hövzələrinin hidrodinamiki yolla istismar ehtiyatlarının qiymətləndirilməsi
Yer altı suların istismar ehtiyatının hidrodinamiki üsulla qiymətləndirmək üçün sugötürücünün sərfi hesablanır.Bunun üçün sahədə sulu horizontun başlanğıc,sərhəd şərtləri və parametrləri əsas rol oynamalıdır. Hidrodinamiki metod iki yerə ayırır: a) analitik üsul və b) maşın modelləşdirmə və s. üsulu. Yeraltı suların istismar ehtiyatının hidrodinamiki üsulla qiymətləndirilməsi aşağdakı ardıcıllıqla yerinə yetirilməsi məqsədəuyğundur. 1. Axtarış-kəşfiyyyat işlərinin nəticəsinə əsasən sahənin geoloji quruluşunun əsas qanunauyğunluğu,sulu horizontların yatma və yayılma şəraiti,zəif su keçirən və sukeçirməyən layların ehtiyatını formalaşdıran mənbələr,onların dəyişmə qanunauyğunluğu müəyyənləşir. 2. Yuxarıda göstərilən faktorların qiymətləndirilməsi üçün hidrogeoloji sxem tərtib olunur. 3. Təbii hidrogeoloji şəraitin qiymətləndirilməsi nəticəsində sugötürüləcək sahənin hesablama sxemi tərtib olunur və burada yeraltı suların istismar ehtiyatını formalaşdıran əsas faktorlar nəzərə alınır.4. Qəbul olunmuş hesablama sxemində əsasən hesablama üsulu (analitik və maşınla ) və hesablama düsturlarını düzgün (əsaslandırılmış) seçilməsi zəruridir. 5. Sugötürücünün tələb olunan sərfinə və bir quyunun sərfinə görə sugötürücüdə quyuların ümumi sayı və quyular arasında məsafə təyin olunur. 6. Rayonun müəyyən olunmuş sərhəd şərtlərinə cavab verən düsturla quyuda aşağı salınan səviyyə hesablanır. Alınmış səviyyə aşağı salınması mümkün olan səviyyə ilə müaqyisə olunur. Yeraltı suaların istisar ehtiyatını hidrodinamik üsulla qiymətləndirmək üçün hidrogeoloji şərait sxemləşdirilir. Yeraltı suların istismar ehtuyatını hesabamaq üçün hidrogeoloji şərait sxemləşdirildikdə sugötürücülərin süzülməsinə nisbətən yerləşməsi nəzərə alınmalıdır.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə