1. Yeraltı su yataqlarının təsnifatı


İçməli suların keyfiyyət və sanitariya vəziyyəti,onların müasir standartları*



Yüklə 1,15 Mb.
səhifə2/20
tarix23.08.2023
ölçüsü1,15 Mb.
#120830
1   2   3   4   5   6   7   8   9   ...   20
yeralti sular mbe

3.İçməli suların keyfiyyət və sanitariya vəziyyəti,onların müasir standartları*
Suyun keyfiyyətini səciyyələrindən əsas amilləri ümumi duztutumu, ion tərkibi , codluq , qələvililik , hidrogen ionlarının konsentrasiyası (pH), həll olunmuş karbon qazı , sərbəst karbon turşusu , kükürd , temperatur , iy , dad, qəng , bulanıqlılıq , mikroorqanizmlərin və digər göstəricilərin olmasıdır.
İçməli suyun keyfiyyətinə olan tələbatlar DUİST 2874-73 "İçməli su" normalarına uyğun olaraq aşağıdakı kimidir :
Temperatur- 7-12
Rəng - platin-kobalt şkalası üzrə 20rəng dərəcəsinə qədər
Bulanıqlıq - 1.5mq/l - ə qədər
Dad - 20 temperaturda 2 bala qədər
İy- 20-60 temperaturda 2 bala qədər
Ümumi minerallaşma dərəcəsi və ya quru qalıq - 1q/l-ə qədər
Ümumi codluq - 7 mq.ekv/l-ə xüsusi hallarda 10-a qədər
8)Aktiv reaksiya (pH)-6.5-8.5
9) Koli-litr 300sm2 -dən az olmayaraq
10)Koli-indeks - 1 litr suda 3 ədəddən çox olmayaraq
11) Bakteriyaların ümumi miqdarı 1 sm3 suda 100 ədəddən çox olmayaraq
Hidrogeoloji tədqiqatlar zamanı və su təchizatı məsələlərinin təşkilində suları epidemioloji cəhətdən qitmətləndirmək lazımdır. Suyun epidemiya təhlükəsizliyi suda olan bakteriyalar və virus infeksiyalarından əmələ gəlir. Həmin infeksiyalar orqanizmdə qarın yatalağı , dizinteriya, brusilyoz , keçici sarılıq və digər xəstəliklərin yaranmasına səbəb olur.Ona görə də təsərüffat - içmək üçün isifadə olunan sularda xəstəlik əmələ gətirən bakteriyalar və viruslar olmamalıdır.


4.Səhralarda şirin su hövzələrinin əmələ gəlmə,onların axtarışı və kəşfiyyatı
Son zamanlar səhralarda şirin su linzalarının aşkara çıxarılmasına və öyrənilməsinə çox böyük fikir verilir.Hazırda belə linzaların əksəriyyətindən Orta Asiyada su təchizatı məqsədləri üçün geniş istifadə olunur. Şirin su linzalarının formalaşma mənşəyi çox müxtəlifdir.1) Atmosfer çöküntülərinin infltrasiyasından əmələ gələn linzalar.2) Çaylardan və digər su anbarlarından süzülən suların nəticəsində əmələ gələn linzalar.3) Dağlıq zonadan gələn şirin yeraltı su axınlarının aran zonalarının yeraltı duzlu sularına qarışması və eləcə də dərin yeraltı şirin suların tektonik çatlara boşalması nəticəsində əmələ gələnlinzalar.4) Qumlarda atmosfer çöküntülərinin süzülməsindən vəsu buxarlarının kondensasiyası zamanı əmələ gələn linzalar.5) Relikt və qeyri müəyyən səbəblər nəticəsində əmələ gələn linzalar.Şirin su linzalarını istismar etmək üçün axtarış-istismar quyularının lahiyələndirilməsi çox çətindir. Çünki hər bir linzanın öz xüsusiyyəti vardır. Buna görə də hər bir xüsusi halda dəqiq kəşfiyyat işləri aparmalı , qazma üsulu dəqiqləşdirilməlidir. Quyuların konstruksiyaları , qazma yeri , iş rejimi elə seçilməlidir ki, şirin sular çıxarılan zaman kənarlardan duzlu suların sorulmasına şərait yaranmasın. Əks halda çıxarılan suların keyfiyyəti korlanır və su təchizatı üçün yararsız olur Ölçülərinə görə linzalar çox mürəkkəb olur. Belə ki , linzaların sahəsi bir neçə km2 - dən başlayaraq 2000 km2 kimi dəyişir.Qaraqum səhrasında yerləşən Yasxan sahəsini göstərmək olar. Burada şirin su linzaları minerallaşma dərəcəsi 40-50 q/l-ə çatan duzlu yeraltı suların üzərində elleps şəklində yerləşir. Şirin su linzaların qalınlığı 70-80 metrə çatır. Yasxan şirin su linzası yatağı planda ellips formasında olmaqla uzunluğu 65-70 km , maksimal eni 30 km , sahəsi isə 2000 km2 yaxındır. Şirin suyun yatma dərinliyi 10-40 m arasında dəyişir. Axtarış və kəşfiyyat işləri hər bir linzanın öz xüsusiyyətləri nəzərə alınmaqla aparılmalıdır.



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə