1. Yeraltı su yataqlarının təsnifatı


Ensiz çay dərələrinin allüvial çöküntülərinin yeraltı su yataqları



Yüklə 1,15 Mb.
səhifə4/20
tarix23.08.2023
ölçüsü1,15 Mb.
#120830
1   2   3   4   5   6   7   8   9   ...   20
yeralti sular mbe

7.Ensiz çay dərələrinin allüvial çöküntülərinin yeraltı su yataqları
Qrunt sularının ikinci yarımtipli yatağa nisbətən dar çay dərələrində rast gəlinir. Burda planda təbii axımın eni 1-2 km məsafədə məhdudlaşır. Kəsfiyyat tərcrübəsi və ikinci tip yataqların istismarı göstərirki , dərələrdə daimi fəaliyyətdə olan axına malikdir.
İkinci yarımtipdə olan sulu alluvial çöküntülər əsasən qumlu-çınqıllı əmələgəlmələrdən təşkil olunur.
Onların qalınlığı adətən 12-25 m bəzən 40-60 m-ə çatır.Dərələr allüvial çöküntülərdə qrunt suları ilə sıx əlaqədə olur.
Ensiz çay dərələrindəki yataqlar əsasən 3 mənbədən qidalanır.(çaylar ,atmosfer yığıntıları ,çay qollarının məcrasından gələn sular )
İstismar ehtiyyatının qiymətləndirilməsində əsas qida mənbəyi çay sularının infiltrasiya sayıldığına görə , çayların çoxillik rejimi dəqiq araşdırılaraq xarakterizə olunmalıdır.
Ensiz çay dərələrində qrunt su yataqları ən çox Qafqazda yayılmışdır və onlar hidrogeoloji cəhətdən yaxşı öyrənilibdir. Bu tip yataqlar Qafqaz tipli yataq adlanır.


8.Çayların gətirmə konuslarının yeraltı suları
Veberə görə çayların gətirmə konusları və ya "quru deltalar" dağətəyi boyu uzun məsafədə izlənilir və Qafqazda həmçinin digər rayonlarda geniş yayılıb. Onlar çayların axımının dağlıq hissəsindən düzənliyə və ya dağarası çökəkliyə çıxdıqları ərazilərdə çöküntülərin toplanmasında təşkil olunur.
Geoloji struktur vəziyyətdən asılı olaraq gətirmə konusları öz ölçülərinə görə geoloji . morfoloji və hidrogeoloji xüsusiyyətlərinə əsasən aparılır. Dağətəyi çöküntülərin müxtəlif sahələrində iridənəli çöküntülərinin müxtəlif qalınlıqlı gətirmə konusları formalaşır. Strukturun çox əyildiyi yerlərdə qalınlığı 3000 m-ə çatan gətirmə konusları əmələ gəlir.
Gətirmə konuslarının başlanğıc hissəsində yüksək sukeçiriciliyə malik olan zonada yeraltı suların toplanması dağ yamacından axan çay dərələrindən suyun infiltrasiyası, irriqrasiyası sistemlərindən çaqıl-çınqılların üzərinə tökülən atmosfer çöküntülərindən olan infltrasiya və daö yamaclarında ana süxurlarından gələn sular hesabına olur. Amma gətirmə konuslarının başlanğıcında yeraltı suların qidalanmasında səth sularının intensiv udulması və atmosfer çöküntülərinin infiltrasiyası əsas rol oynayır.
Gətirmə konuslarının başlanğıc sahəsində çaqıl çınqıllarda qrunt su səviyyəsi olduqca dərində 80-120m-də yerləşir. Düzənliyə doğru getdikcə çaqıl çınqılların qumlar , qumcalar və gillərlə növbələşməsi nəticəsində yeraltı su axımının vertikal kəsilişdə böyüməsi baş verir və bir neçə sulu horizont əmələ gəlir. Çaqıl çınqıllardan təşkil olunmuş sulu horizont tədricən qumlara keçərək gilcələrdə və gillərdə pazlaşaraq təzyiqli olurlar.
Gətirmə konuslarının kənarlarında inkişaf tapmış örtük çöküntülərdə qrunt suları mövcuddur və onların səth gətirmə konusunun başlanğıcında olan yeraltı axımının davamıdır. Örtük çöküntülərində olan qrunt sularının əlavə qidalanması aşağıda yatan çaqıl çınqıllarda olan təzyiqli suların hesabına olur. Bu qidalanma o vaxta kimi davam edir ki, təzyiqli suların pyezometrik səviyyəsi qrunt suları səviyyəsindən yüksək olur.
Gətirmə konuslarının başlanğıcında qrunt sularının intensiv qidalanmasına və yeraltı axımının kənarlara süzülməsi zəif olduğu üçün yeraltı suların təbii boşalması baş verir. Bu suların müəyyən miqdarı bulaqlarla yer səthinə çıxır.



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə