1. Yeraltı su yataqlarının təsnifatı


Hidrogeoloji parametrlər,darsi qanunu və Krosnopolski düsturları,sxemlərinin (qrunt və təzyiqli) tərtib edilməsi



Yüklə 1,15 Mb.
səhifə8/20
tarix23.08.2023
ölçüsü1,15 Mb.
#120830
1   ...   4   5   6   7   8   9   10   11   ...   20
yeralti sular mbe

15.Hidrogeoloji parametrlər,darsi qanunu və Krosnopolski düsturları,sxemlərinin (qrunt və təzyiqli) tərtib edilməsi
Yeraltı su axınının əsas hidrodinamik elementləri aşağıdakılardır: sulu horizontun qalınlığı, eni, təzyiqi, hidravlik mailliyi (qardiyenti), süzülmə sürəti, sərfi, axın cərəyanları xətti və bərabər təzyiqlər xətti (hidroizohipslər).
Hidravlik qradiyent (I). Vahid uzunluğa düşən təzyiq azalmasına hidravlik qradiyent deyilir. Yeraltı axının orta hidravlik qradiyenti qida və boşalma mənbələrindəki təzyiqlər fərqinin bu mənbələr arasındakı üfüqi məsafəyə olan nisbətinə bərabərdir:
Süzülmə sürəti (V). Yeraltı axının vahid en kəsiyi sahəsindən vahid zamanda keçən su miqdarı ilə ölçülür.Axının sərfi (Q): onun en kəsik sahəsi (F) ilə süzülmə sürətinin (V) hasilinə bərabərdir.
Q=VF=KİhB; Q=VF=KİmB
Yeraltı suların süxurlarda laminar hərəkəti süzülmənin xətti qanununa tabedir. Bu ilk dəfə 1856-cı ildə fransız alimi A.Darsi tərəfindən kəşf edilmişdir (şək.1.1). Darsi özünün apardığı külli miqdarda təcrübələrə əsaslanaraq aşağıdakı nəticəyə gəlmişdir. Vahid zamanda süzgəcdən keçən suyun miqdarı (Q), süzgəcin en kəsik sahəsi və süzgəcin girəcək və çıxacağındakı su səviyyələri fərqi (∆H) ilə düz mütənasib, süzgəcin uzunluğu (∆l) ilə tərs mütənasibdir.

Burada, Q - vahid zamanda axan suyun miqdarı; k - süzülmə əmsalı; F – süzgəcin en kəsik sahəsi; - süzülmə yolunda su səviyyəsinin dəyişməsini göstərir. Buna təzyiq və ya hidravlik qradiyent deyilir və J ilə işarə edilir.
Çatlı və karstlaşmış süxurlarda turbulent rejim üçün A.A. Krasnopolski aşağıdakı qeyri-xətti qanunu müəyyən etmişdir:
yazmaq olar.


16.Sənaye yodlu-bromlu sular
Sənaye əhəmiyyətli üst suları Abseron yarımadasında mövcud olan bəzi çöllərdə xörək duzunun böyük ehdiyata malik olmasını göstərir. Xüsusən böyük şor çölündən əsrin əvəllərində və son 20 – 25 ilə qədər əhali xörək duzu toplayırdı və burada 4.84 kvadrat kilometr saədə 0.5 milyon ton duz ehtiyyatı hesablanmışdır.Sənaye əhəmiyyətli elementləri yeraltı sularda Azərbaycan Respublikasi ərazisində məqsədyönlü öyrənilməyə başlayaraq onların istismar və pronoz ehtiyatlarını son 10 illiklərdə aşkar olunur. Bu sahədə xüsusi yeri neft və qaz yataqlarının yodlu-bromlu suları tutur.Abşeron yarımadası sənaye əhəmiyyətli yodlu bromlu sənaye sularla daha çox zəngindir və bu suların istismar ehtiyatları Binə-hövsan sahəsinin məhsuldar qat çöküntülərinin sulu horizontları üçün 51.2 min kub metr/gün həcmində hesablanmışdır. O cumlədən Qala sahəsi üçün 24.3,Qaraçuxur Zığ-Hövsan sahəsi üçün 25.6 və Türkan sahəsi üçün isə 13 min kub metr/gün təşkil edir. Bakı yod zavodu isə tərkibində 15.1 mq/l yod olan neft mədənlərinin tullantı sularından ildə 6600 min kub metr istifadə olunur.Neftcala yodlu-bromlu ərazisi—son illər Neftçala yod brom zavodunda yod istehsalı xeyli artıb.Yodlu bromlu su ilə dolu olan quyular Azərbaycanda ancaq neftçala rayonu ərazisində yerləşir.Rayon ərazisində 110 quyu var ki, onlardan 97si istismar olunur. Gün ərzində isə quyulardan təqribən 25000 kubmetr yodlu bromlu su hasil edilir. 800-2500 metr dərinlikdən çıxır.
Akademik Abıx hələ 1849 cu ildə Neftçalanın Babazənən yüksəkliyindən hidrogen sulfidli(H2S) bulaqlarını tədqiq etmişdir. Ərazidə yerləşən sənaye su yataqları uzun illər ərzində edilərək iqtisadiyyatda önəmli rol oynamışdır. Burada 5 yodlu-bromlu su yataqlarının ehtiyatları Dövlət Geologiya və Təbii Ehtiyatlar Komitəsi tərəfindən aparılan dəqiq kəşfiyyat nəticəsində öyrənilmişdir. Bu yataqların lay sularının tərkibində 40 mq/l -ə qədər yod , 60-80 mq/l -ə qədər brom və digər kimyəvi komponentlər vardır. Neftçala zavodunda ildə 800 t yod , 3000 t brom çıxarılır.
Yod (J2) güclü radiasiya məruz qalmış insanları müalicə etmək üçün ən təsirli müalicə növlərindən biridir. Çernobil qəzasında yod nəticəsində bir çoxları şəfa tapmışdır.
(Binə-Hövsan yatağı )- Burada 2007ci ildə Azər-yod MMC rəsmi şəkildə fəaliyyətə başladı

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə