1. Yeraltı su yataqlarının təsnifatı


Su təchizatı və irriqasiya məqsədləri üçün yeraltı və yerüstü suların keyfiyyətinin qiymətləndirilməsi



Yüklə 1,15 Mb.
səhifə6/20
tarix23.08.2023
ölçüsü1,15 Mb.
#120830
1   2   3   4   5   6   7   8   9   ...   20
yeralti sular mbe

12.Su təchizatı və irriqasiya məqsədləri üçün yeraltı və yerüstü suların keyfiyyətinin qiymətləndirilməsi
Suvarma sularının keyfiyyəti dedikdə onun minerallaşma dərəcəsi tərkibində olan çöküntülərin miqdarı,kimyəvi tərkib və temperaturu başa düşülür.
Adətən gətirmə çöküntülərinin miqdarı ən çox dağ çaylarında,ən az yeraltı sularda olur.Suvarma sularının minerallaşma dərəcəsi 1.5 q\l-dən çox olmamalıdır. Zərərli duzlara aşağıdakılar aiddirlər: 1.Soda (Na2CO3 10H2O)-buraxıla bilən miqdarı < 0,1% .2.Natrium-xlor (NaCl)-buraxıla bilən miqdarı < 0,2%.3.Natrium-sulfat (Na2SO4)- buraxıla bilən miqdarı < 0,5%.Suvarma sularının temperaturu 12-16 °C intervalında olması məsləhət götürülür.Suvarma sularının keyfiyyətini qiymətləndirən zaman natrium faizlə miqdarı (Na%), natrium nisbi potensial adsorbsiyası (SAR), suda xlorun (Cl), maqnezium (Mg) miqdarı hesablanmalıdır. Suvarma sularının buraxıla bilən minerallaşma dərəcəsi (C) İ.A.Antipov-Karatayev və Q.M.Kederinin təklif etdiyi aşağıdakı düsturla hesablanır:

Əgər nisbəti, minerallaşma dərəcəsindən (C) kiçik və ya ona bərabər olarsa, onda suvarma suyu yararlı sayılmaqla torpaqlarda şoranlaşma yaratmır.
Natriumun faizlə miqdarı aşağıdakı düsturla hesablanır: Na% *100%.
Suvarılan torpaqlarda Mg-nın miqdarının artması onun fiziki xassələrinə mənfi təsir göstərir. Mg-un miqdarı aşağıdakı düsturla hesablanır:Mg= *100%
Suvarma sularının tərkibində xlorun miqdarı Cl>20 mq.ekv\litr olduqda həmin sular suvarma üçün yararlı deyildir.
Suvarma sularının yararlılığını qiymətləndirmək üçün irriqasiya (qələvilik) əmsalından (Ka) istifadə olunur ki,onun hesabatı suların hidrogeokimyəvi tiplərindən asılı olaraq aşağıdakı düsturlarla hesablanır:
1-ci tip hidrogeokimyəvi tip sular üçün Ka=2040\Cl
2ci hidrogeokimyəvi tip sular üçün Ka=6620\(Na + 2.6Cl)
3cü hidrogeokimyəvi tip sular üçün Ka= 662\(Na-0.32Cl-0.43SO4)
Ka>18 olduqda suvarma suyunun keyfiyyəti yaxşıdır



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə