1. Yeraltı su yataqlarının təsnifatı


Geniş çay dərələrinin allüvial çöküntülərinin yeraltı su yataqları



Yüklə 1,15 Mb.
səhifə3/20
tarix23.08.2023
ölçüsü1,15 Mb.
#120830
1   2   3   4   5   6   7   8   9   ...   20
yeralti sular mbe

5.Geniş çay dərələrinin allüvial çöküntülərinin yeraltı su yataqları
Bu tip yeraltı su yataqları adətən qumlu çınqıllı-allüvial çöküntülərdə olur. Belə yataqlar yer səthində aşağıda birinci sulu horizontda geniş yayılır.Yaşayış məntəqələrini və sənaye müəssisələrinin su təchizatı üçün geniş istismar olunur. Birinci tip üçün xarakterik yataq geosinklinal zonallığın kənar əyilmələrində və ya iri dağ depressiyasında olur və geniş yeraltı axını formalaşdırır. bu tip yataqlara ən çox orta Asiyada və Qafqazda rast gəlinir.Allüvial çöküntülərdə yerləşən horizontlar üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir :
1)Sulu süxurlar qırıntılı çöküntülərdən ibarətdir.2) Sulu horizontların uzunluğu eninə nisbətən çox böyükdür.3) Sulu horizontda yealtı suların səviyyəsi sərbəstdir, lakin müstəsna halda layın üstündə su keçirməyən qat olarsa , onda yerli təzyiq ola bilər.4) Yeraltı suların yatma dərinliyi çox deyil.5) Allüvial çöküntülərin qalınlığı çox böyük intervalda dəyişir.Yəni 10 metrdən 100 metrə qədər , adətən bu qalınlıq 20-25 metrdən çox olmur.6)Qrunt sularının rejimi çay sularının rejimi ilə bağlıdır. Yataqda qrunt sularının təbii ehtiyatı əsasən 3 mənbə hesabına formalaşır və çoxalır:a)çay sularının infiltrasiyası.b)ana süxurlarda çat və lay sularının çay dərələrinədərinləşməsi və habelə əsas çayın qollarından əmələ gələn qrunt su axını.c)atmosfer çöküntülərinin infiltrasiyası
Əsas hidrogeoloji amilləri nəzərə almaqla və qidalanma mənbəyinin xarakterlərini əsas götürməklə yatağın ayrı-ayrı sahəsində istismar imkanının qiyməti , ümumi halda aşağıdakı balans bərabərliyi ilə hesablanır :
Qie = Q_de+Q_se/T+∆Q
Qie- ayrı-ayrı sugptürücünün istismar ehtiyyatı
Qde- Yataqda qrunt sularının dinamiki ehtiyatı
Qse- yatağın seçilmiş sahəsində qrunt sularının statik ehtiyatı
T- sugötürücünün işləmə müddəti
(delta)Q - istismar prosesində əlavə cəlb olunan qrunt sularının ehtiyatı.

6.Qədim çay dərələrində yerləşən yeraltı sular
3-cü yarım tip qrunt su yataqları qədim və basdırılmış çay dərələrində rast gəlinir. Belə tip yataqlar ən çox Qazaxıstanda yayılmışdır. Məsələn: Con , Sarısu və başqa qədim çay dərələrini misal çəkmək olar.Con çayının dərəsinin kəsilişinə baxdığımız zaman bu nəticəyə gəlinir ki, bu dərəyə hal - hazırda daimi axımı olan Qurban-Nur çayının suları tökülür. Ancaq çox illikdə çayın maksimal daşqın suları vaxtaşırı qədim dərəni basır. Dərənin eni 20-25 km-ə çatır. Qumlu çınqıllı çöküntülərin qalınlığıının orta qiyməti 12-dən 15 km-ə çatır , bəzi sahələrdə 20-30 metrə çatır.
Qədim çay dərələrinin yeraltı suları həm çay sularının infiltrasiyası hesabına və həm də ana çöküntülərin çatlı karstlı sularının hesabına qidalanır. Qədim çay dərələrinin sulu horizontlarının qalınlığı nisbətən çox olduğundan burada iri sugötürücülərin inşaası əlverişlidir. Dnepr , Volqa , Peçero , Don və digər çayların qədim çay dərələrində sulu horizontların qalınlığı 20-30 bəzən 60 km-ə çatır.Qədim çay dərələrinin eni 20-25 km bəzən 30 km-ə çatır , bu tip yataqların hidrogeoloji şəraitinin öyrənilməsində geofiziki üsulların istifadə edilməsinin böyük əhəmiyyəti vardır.



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə