1. Yeraltı su yataqlarının təsnifatı


Yeraltı suların axtarış və kəşfiyyatında aparılan geoloji və geotoloji müşahidələr**



Yüklə 1,15 Mb.
səhifə5/20
tarix23.08.2023
ölçüsü1,15 Mb.
#120830
1   2   3   4   5   6   7   8   9   ...   20
yeralti sular mbe

9.Yeraltı suların axtarış və kəşfiyyatında aparılan geoloji və geotoloji müşahidələr**
Qrunt və təzyiqli suların axtarış və kəşfiyyatında qazılan axtarış və kəşfiyyat quyuları qazılarkən Kern materiallarının və Şlamp sınaqlarının götürülməsi çox vacib məsələ kimi qəbul edilmişdir. Sütüncuqlu qazmalarda Kern çıxarılması ümumi qaydalara görə 50 %dən az olmamalıdır.Rotor (fırlanma) üsulu ilə qazılan quyularda isə hər 5 mdən bir qazılmış Kern materialları ayrı-ayrı torbalarda yığılır(50-100 qr çəkisində) Və hər bir sınağın üzərində quyunun etiketi yazılır. Bütünlükdə axtarış və kəşfiyyat quyularının nə məqsədlə qazıldığını (yeraltı su,bərk faydalı qazıntı və neft qaz quyuları) asılı olaraq müəssisənin baş geoloqu tərəfindən quyuda işlər başlamamışdan əvvəl xüsusi normativ qaydalar və təlimatlar tətbiq edilərək qazma kollektivinə verilir. Quyuların qazılmasında yuyucu gilli məhlulların keyfiyyətləri üzərində nəzarətin aparılması çox vacib məsələ sayılır. Belə ki,gilli məhlulun sıxlığı özlülüyü və digər göstəriciləri üzərində nəzarət aparılır. Bunların vasitəsilə quyuya daxil olan lay sularının və quyuya vurulan məhlulların laylar tərəfindən udulması barəsində məlumat əldə edilir.Ümumiyyətlə quyuların qazıldığı ərazilərin müəyyən edilməsi zamanı geoloji xüsusiyyətlərlə yanaşı ətraf mühitin ekoloji cəhətdən qorunmasına xüsusi nəzarət olunmalıdır.
10.Qrunt sularının istismar ehtiyatlarının hesablanması (xətt boyunca qazılan quyulardan ibarət sugötürücülər üçün) istifadə edilən düsturlar.
Xətt boyu yerləşmiş quyular sistemini hesablamaq üçün birləşmiş sistem quyu cərgəsinə bərabər ekvivalent sərfi cəminə bərabər qalareya ilə əvəz olunur. Səviyyə enimini təyin etmək üçün aşağıdakı bərabərlikdən istifadə olunur:
Sdx= H-√H2- f(l)
Sdx- qalareyanin təsirindən əmələgələn səviyyə enimi;f(l) qalareyanın təsirindən yaranan ölçü vahidi olmayan müqavimətdir.
Ən çox səviyyə enimi mərkəzi quyuda,ən az qiyməti isə kənar hissədə olacaq.
11.Yeraltı su yataqlarının axtarış və kəşfiyyatının aparılması üçün layiyə smeta sənədlərinin hazırlanması
Layihə- smeta sənədləri ümumi hissədən və xüsusi hissədən ibarətdir. tədqiqat rayonunun ilkin geoloji kəsiliji ,su horizontlarının sayini,onların gözlənilən qalınlıqları və yerləşmə dərinlikləri gözlənilən ümumi səhvləri və xüsusi səhvləri haqqında toplanan məlumatlaröz əksini tapmışdır. Nəzərdə tutulan kəşfiyyat quyularının konstruksiyası əsaslandırılır. Suçəkmə işlərinin aparılmasında bunun üçün istifadə olunan avadanlıqlar əsaslandırılır. Çöl işlərinin aparılmasında ilkin sənədləndirmə işlərinin təlimatı hazırlanır. Qazma işlərində götürülən sınaqların dərinlikləri və intervalları hesablanır. Qazma növündən asılı olaraq (fırlanma Rotor üsuluvurma – kanat üsulu və sutuncaqlı-qazma) geoloji və hidrogeoloji sənədləndirmə üsulu əsaslandırılır. Hər hansı bir ərazinin hidrogeoloji şəraitinin öyrənilməsi ilk növbədə tələb olunan suyun miqdarı ilə bilavasitə bağlıdır. Geoloji tapşırığa əsasən xüsusi layihə-smeta sənədlər tərtib edilir.layihələrin hazırlanması prosesində texniki-iqtisadi cəhətdən əsaslandırılmış hesablamalar aparılır,xəritələr sxemlər və qrafiklər hazırlanır. Böyük şəhərin su təchizatının layihə-smeta sənədlərinin hazırlanması ilə adətən xüsusi layihə institutları məşğul olur. Iri layihələr əlaqədar nazirlik və komitələrin elmi texniki şurası tərəfindən baxıldıqdan sonra ümumi qaydada təsdiq edilir. Hər şeydən əvvəl rayon haqqında fond və arxiv materialları toplanır,qazılaraq axtarış və kəşfiyyat quyularının yeri seçilir.Geoloji hidrogeoloji fəsillər tərtib edilməsindən sonra aparılacaq işlərin smeta sənədləri tərtib edilir.qeyd: qazma jurnallarında bütün iş rejimi göstərilməklə süxurların geoloji-litoloji təsviri aşağıdakı qaydada aparılır:
Suxurun adı (qum caqil cingil ehengdasi qumdasi)
Onlarin petroqrafik təsviri
Hissəciklərin ölçüləri
Rəngləri (qonur boz yaşıl)
Onların sıxlığı,çatlılıq xüsusiyyətləri
Nəmlik və sululuğu



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə