1. Yeraltı su yataqlarının təsnifatı


Yeraltı suların axtarışında geofiiziki üsulların (elektro kəşfiyyat) olan istifadə edilməsi



Yüklə 1,15 Mb.
səhifə20/20
tarix23.08.2023
ölçüsü1,15 Mb.
#120830
1   ...   12   13   14   15   16   17   18   19   20
yeralti sular mbe

39.Yeraltı suların axtarışında geofiiziki üsulların (elektro kəşfiyyat) olan istifadə edilməsi
Hidrogeoloji tədqiqatların səmərəliliyinin təmin edilməsin bir başa geofiziki işlərin aparılması ilə sıx bağlıdır. Geofiziki tədqiqatlar yerinə yetirilən geoloji işlərin optimal həcmini və məqsədə uyğun aparılmasını təmin edir.Məlum olduğu kimi,geofiziki işlərin aparılması əsasən elektrik kəşfiyyat, seysmikkəşfiyyat termokəşfiyyat,radiometrik və nüvə -fiziki kəşfiyyat üsullarına əsaslanır. Bu üsulların tətbiqi, geofiziki anomaliyaların interpretasiyası və aşkarlanmasına imkan verir. Tətbiq olunma şəraitindən asılı olaraq yerüstü geofiziki tədqiqatlar tətbiq olunur. Quyularda geofiziki tədqiqatlar hidrogeoloji tədqiqatların bütün mərhələlərində, quyularda aparılan müxtəlif növ karotaj işlərindən ibarətdir. Hidrogoloji tədqiqatlarda ən çox istifadə edilənaşağıdakı elektrikkəşfiyyat üsullarıdır: şaquli elektrik zondlaması ,elektrik profilləməsi və yaradılmış poyarizasiya daimi cərəyan üsullarıdır. ŞEZ vəEP üsulları süxurların litoloji -petroqarfik tərkibinin, onların nəmliliyinin, yeraltı suların minerallaşma dərəcəsinin,süxurların sululuq -fiziki xassələrinin, çatlılıq dərəcəsinin və s. təyininə imkan verir.
40.Su quyularının qazılmasında geoloji kəsilişin dəqiqləşdirilməsi üçün sınaqların götürülməsi və gilli məhlulun parametrləri üzərində daimi nəzarətin aparılması
Tədqiqat obyektlərinin hidrogeoloji şəraitinin öyrənmək üçün hidrogeoloji planalma işləri ilə yanaşı,lahiyyə smeta sənədlərinə uyğun olaraq müxtəlif dərinlikli quyular qazılır. Quyuların qazılmasında hidrogeoloji parametrlərinin araşdırılması üçün quyuların qazılması zamanı yuyucu gilli məhlulların üzərində nəzarətin qoyulmasına ciddi yanaşılmalıdır. Müxtəlif gillərdən ( xüsusi çəkisi nə qədər yüksək olarsa bu gillər qazma məhlullarının hazırlanması üçün əsas səbəb sayılır) hazırlanmış gilli məhlulların böyük əhəmiyyəti vardır. Dərin quyularda qazılmış quyu hissələrinin (şlamların) qaldırılması üçün bəzən gilli məhlulun sıxlığının yüksəldilməsi üçün barit ,hematit və s. reaqentlər gilli məhlulların hazırlanmasında istifadə edilor. Gilli məhlulların aşağıdakı parametrləri üzərində nəzarətin aparılması böyük əhəmiyyət kəsb edir.Gilli məhlulun özlülüyü.Gilli məhlulun sıxlığı.Gilli məhlulun yapışqanlığı və s.Bu kimi və digər göstəricilər çox böyük əhəmiyyət kəsb edir. Bu göstəricilər üzərində çox zaman hidrogeologi axtarış quyuları qazılarkən hələ qazma müddətində müəyyən etmək olur ki, sulu horizontu . Adətən 500-600 m quyuların sıxlığı 1,4-1,5 qr/sm3 olan məhluldan istifadə edilir. Dərin quyularda isə bundan əlavə quyulara ağır sukeçiricilər süxurlardakı barit və hematitdən istifadə edilir. Qeyd etmək lazımdır ki, Azəebaycanda bentanit gil zavodu fəaliyyət göstərir. Bununla yanaşı Az-da yerləşən Siyəzən-Şabran rayonunda yerləşən gilli süxurlardan istifadə edilir.
Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə