1. Yeraltı su yataqlarının təsnifatı


Su quyularının qazılmasında geoloji kəsilişin dəqiqləşdirilməsi (tam və natamam quyular)



Yüklə 1,15 Mb.
səhifə13/20
tarix23.08.2023
ölçüsü1,15 Mb.
#120830
1   ...   9   10   11   12   13   14   15   16   ...   20
yeralti sular mbe

24.Su quyularının qazılmasında geoloji kəsilişin dəqiqləşdirilməsi (tam və natamam quyular)
Sugötürücülər sulu horizontları açma dərəcəsinə görə tam və natamam olur.
Tam quyu sulu horizontu bütün qalınlığı boyu açmış olur, natamam quyu isə onun bir hissəsini açmış olur. Tam və natamam quyular və onlara yeraltı su axını şəkildə göstərilmişdir.

Qrunt və artezian sularına qazılmış quyuların tipləri: a) - tam; b) – natamam
Natamam quyularda süzgəclər sulu layın müxtəlif hissələrində yerləşə bilər .
Su götürücüdə olan quyuların fasiləsiz işləməsi nəticəsində su səviyyəsi aşağı düşür və qurğunun ətrafında depressiya əyrisi (qıfı) yaranır. Belə halda təzyiqsiz laylarda intensif inkişaf edən depressiya zonasında su balansı pozularsa, layın quru-ması başlayır. Təzyiqli laylarda tavana olan təzyiqdən asılı olaraq su çəkmə zamanı sulu lay bilavasitə qurumayır. Əgər səviyyənin enmə hündürlüyü tavana olan təzyiqdən az olarsa layda quruma getmir, çox olduqda isə layda qismən quruma baş verir. Sugötürücü işlədiyi vaxt əmələ gələn depressiya qıfı simmetrik və asimmetrik ola bilər. Əgər quyunun təsir radiusu zonasında su səviyyəsi sabitdirsə depressiya qıfı simmetrik, kəskin dəyişərsə, onda depressiya qıfı asimmetrik olacaqdır. Depressiya qıfının ölçüləri təsir radiusu (R) ilə səciyyələnir. Sulu laylarda horizontal istiqamətdə suxurların müxtəlif cinsliliy, təsir radiusunun müxtəlif qiymətlərə malik olmasına səbəb olur ki, bu da öz növbəsində hidrogeoloji hesablamaları mürəkkəbləşdirir.
Yeraltı suların sugötürücü quyulara hərəkətinin differensial tənliyi qərarlaşmış axın üçün aşağıdakı kimidir: a(𝜕2T/𝜕x2+𝜕2T/𝜕y2)+w/μ=𝜕H/𝜕t
25.Yeraltı su hövzələrinin istismar ehtiyatlarının kateqariyaları,onların ardıcıllığı və aparılması qaydaları.****
Yeraltı suların istismar ehtiyatı dedikdə, texniki-iqtisadi cəhətdən münasib sugötürücünün bütün istismar müddətində nəzərdə tutulmuş daimi rejimdə sərfi nəzərdə tutulur. Sugötürücünün hesablanmış müddəti üçün (adətən 25-30 il) istismarı zamanı yeraltı suyun keyfiyyətinə və həm də içməli suya olan bütün tələbatın gözlənilməsi əsas şərtdir. Öyrənilmə dərəcəsindən və hidrogeoloji parametrlərin düzgün təyin olunmasından asılı olaraq, istismar ehtiyatı dörd kateqoriyaya ayrılır: A, B, C1 və C2.Dövlət ehtiyat komissiyasının tələbatına əsasən 《A》 və 《B》kateqoriyalarının cəminə (A+B) eyni zamanda 《sənaye kateqoriyası》da deyilir. 《A》kateqoriyası kəşf olunmuş və dəqiq hesablanmış ehtiyatdan ibarətdir. Adətən istismar ehtiyatının 《A》kateqoriyasının miqdarı, yeraltı suların uzun müddət istismar olunan faktiki sərfi qəbul olunur. Bundan başqa 《A》kateqoriyasının tək və qrup quyularından uzun müddətli təcrübi suçəkmədən alınan suyun miqdarına aid etmək olar. İstismar ehtiyatının C kateqoriyası ümumi hidrogeoloji şəraitə və kəşfiyyat quyularından sınaq suçəkmə nəticəsində alınan parametrlərə, ümumi təbii ehtiyat və resurslara əsasən qiymətləndirilir. İstismar ehtiyatının 《C1kateqoriyasının miqdarını hesabladıqda təbii resursun sərfindən, yeraltı suların balansından, layihələndirilmiş və ya fəaliyyətdə olan sugötürücülərin vahid sərfindən istifadə olunur. Qrunt suları üçün ekstropokyasiya həddi sulu layın yarısından çox olmamalıdır. İstismar ehtiyatlarının 《C2》kateqoriyasını hesabladıqda dəqiq hidrogeoloji şəraitdən asılı olaraq yeraltı suların balansına (Б) görə hesablamaq olar yəni Б-(A+B+C1)=C2



Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə