1. Yeraltı su yataqlarının təsnifatı


Sukeçiricilik və təzyiq keçiriciliyi əmsalları



Yüklə 1,15 Mb.
səhifə11/20
tarix23.08.2023
ölçüsü1,15 Mb.
#120830
1   ...   7   8   9   10   11   12   13   14   ...   20
yeralti sular mbe

20.Sukeçiricilik və təzyiq keçiriciliyi əmsalları
Sukeçiricilik əmsalı (T). Bir çox hidrogeoloji məsələlərin həllində süzülmə əmsalı ilə yanaşı sukeçiricilik əmsalından da istifadə edilir. Bu əmsal süzülmə əmsalının sulu horizontun qalınlığına hasili ilə ifadə edilir T=kh. və ya T=km Burada,“h” və “m” uyğun olaraq təzyiqsiz və təzyiqli sulu horizontların qalınlıqlarıdır. Bu əmsala hidrogeoloji ədəbiyyatda səviyyə keçiriciliyi və pyezokeçiricilik əmsalı adı ilə də rast gəlinir. T-nin ölçü vahidi sm2/san, m2/saat, m2/sutka ... . Sukeçiricilik əmsalı vahid təzyiq qradiyentində qalınlığı h və ya m, eni vahidə bərabər olan sulu horizontun vahid zamanda su süzmə qabiliyyətidir.Keçiricilik əmsalı (Kn).Keçiricilik dedikdə, məsaməli mühitin təzyiqlər fərqi mövcud olduqda özündən maye və qaz buraxma qabiliyyəti nəzərdə tutulur. Keçiricilik əmsalı nəzəri olaraq maye və qazın fiziki xassəsindən asılı deyil. O yalnız məsaməli mühitdən, çatların və məsamələrin ölçüsü və xarakterindən asılıdır. Kn\µ=K\ℽ Burada.V=Q\F=K. , olduğunu bilərək v=K/ ℽ = yazmaq olar. K -nin yerinə, onun ifadəsindəki qiymətini qoysaq
v=k\ µ alarıq. Buradan,Kn=Q µ\F yazmaq olar.
Buradan Kh= =sm2 .Deməli keçiricllik əmsalının vahidi sahə ölçüsüdür.

21.Sulu kompleks qalınlığının istismar ehtiyatlarının hesablanmasında rolu qərarlaşmış və qərarlaşmamış sulu horizontlar


a)Təzyiqli-təzyiqsiz axın şəraitində yeraltı suların quyuya hərəkəti. Bu hal sulu layın tavanından yuxarıda yerləşən təzyiqin işləməsi nəticəsində və ya aşağı salınan səviyyənin ölçüsü çox olanda baş verir. Əsas hesablama düsturları aşağıdakılardan ibarətdir: 𝑄=1,366𝐾𝐾(2𝐻𝑒−𝑚)𝑚− hq2/lgR-lgrq
Sərbəst səthə malik hissədə depressiya əyrisini qurmaq üçün ordinatları aşağıdakı düsturlarla hüsablamaq olar: hx= Təzyiqsiz səthçün .
Qrunt və artezian quyularına yeraltı suların qərarlaşmamış hərəkəti
Yuxarıda deyildiyi kimi, təzyiqsiz laylarda yeraltı suların qərarlaşmamış hərəkəti sulu layların su götürülən hissəsində tədriclə quruması nəticəsində olur.
Təzyiqli laylarda qərarlaşmamış hərəkət, həmin laylarda fəaliyyətdə olan quyuların təzyiqin azaltması nəticəsində layın və layda olan mayenin kövrəklik xüsusiyyətlərinin təzahürü ilə səciyyələnir. Belə halda fəaliyyətdə olan quyuların təsir zonasında vaxtdan asılı olaraq səviyyənin, hərəkət sürətinin və sərfin dəyişməsi baş verir.
Qərarlaşmamış hərəkət şəraitində, təzyiqin yayılma sürəti və sulu laylardan suyun verilmə dinamikası, sukeçiricilik (KM) və təzyiq (səviyyə) keçiriciliyinin (a) qiymətindən asılıdır.Sugötürücülərin işlədiyi vaxt laylara əlavə qidalanma baş verdiyi üçün qərarlaşmamış süzülmə qərarlaşmış süzülməyə keçə bilər. Ona görə də əlavə qidalanmanın miqdarı hidrogeoloji hesablama zamanı mütləq nəzə alınmalıdır.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə