1. Yeraltı su yataqlarının təsnifatı


Yeraltı su hövzələrinin istismar ehtiyatlarının balans üsulu ilə hazırlanması.***



Yüklə 1,15 Mb.
səhifə9/20
tarix23.08.2023
ölçüsü1,15 Mb.
#120830
1   ...   5   6   7   8   9   10   11   12   ...   20
yeralti sular mbe

17.Yeraltı su hövzələrinin istismar ehtiyatlarının balans üsulu ilə hazırlanması.***
Yeraltı suların balansının gəlir hissəsinin elementləri atmosfer çöküntülərindən (A) kondensasiya nəmliyin dən (K),çaylardan və digər yerüstü su hövzələrindən gedən infiltrasiyanın miqdarından (U1) və başqa sahələrdən yeraltı axımla balans hesablanan sahəyə daxil olan (Q1) sulardan ibarətdir.
Balansın çıxar hissəsinin elementləri istismar olunan yeraltı suların miqadarından (Q2) bulaqların sərfindən (Qbu),yeraltı suların buxarlançasından və transpirasiyasından (T) və balans hesablanan sahədən yeraltı axınla dənizə,çaya və ya başqa su hövzələrinə gedən Sulardan (Qçıx) ibarətdir.
Balansın gəlir və çıxar elementlərini ayrı-ayrılıqda hesablamaqçün rayonun fiziki -coğrafi şəraiti və geoloji-hidrogeoloji xüsusiyyətlərini əsas götürmək lazımdır.Balans tənliyi aşağıdakı kimi yazılır ..
=
Atmosfer çöküntülərinin buxarlanmaya sərf olunan miqdarı aşağıdakı düsturla hesablanır:
a)əgər atmosfer çöküntülərindən buxarlanmanın miqdarını həray üçün hesablamaq lazımsa,onda Şrayberin düsturundan istifadə etmək olar
E=Z (1-eE0/z). E0-açıq su səthindən buxarlanmasnın miqdarıdır və İvanovun düsturu ilə hesablanır: Eo=0.0018(T+25)2x(100-r)
b) əgər buxarlanmanın miqdarı bütün il üçün hesablanırsa onda Con Tyurk düsturundan istifadə etməkolar. E=z/0.9(z/E0)2 ,Eo=300+25xT+0.05T2
T-orta aylıq və illik temperatura,Z-atmosfer çöküntülərinin orta aylıq və illik miqdarı,r-orta aylıq nisbi nəmlik,Eo-açıq su səthindən buxarlanmanıb miqdarıdır
Yerüstü axımla sərf olunan atmosfer çöküntülərinin miqdarı yerüstü axım modulu ilə hesablanır. q=MxF. l/san km2.Burada M yerüstü axım modulu. F hesablanan sahə

18.Hidravliki üsulla yeraltı su hövzələrinin istismar ehtiyatlarının qiymətləndirilməsi
Yeraltı suların istismar ehtiyatının hidrodinamiki üsulla qiymətləndirmək üçün sugötürücünün sərfi hesablanır.Hidrodinamiki metod 2yerə ayrılır:a)analitik üsul b)maşın modelləşdirmə üsulu
Yeraltı suların istismar ehtiyatının hidrodinamiki üsulla qiymətləndirilməsi aşağıdakı ardıcıllıqla yerinə yetirilməsi məqsədəuyğundur.
1.Axtarış-kəşfiyyat işlərinin nəticəsində əsasən sahənin geoloji quruluşunun əsas qanunauyğunluğu,sulu horizontların yatma və yayılma şəraiti,zəif su keçirən və sukeçirməyən layların ehtiyatını formalaşdıran mənbələr,hidrogeoloji parametrlər,planda və kəsilişində onların dəyişmə qanunauyğunluğu və yeraltı suların keyfiyyətinin dəyişmə qanunauyğunluğu müəyyənləşir.
2.yuxarıda göstərilən faktorların qiymətləndirilməsi çün hidrogeoloji sxem tərtib olunur.Həmin sxem tərtib olunur.Həmin sxemdə yeraltı axımın süzülmə sahəsi onun sərhədləri,sulu layların və zəif sukeçirici layların süzülmə və həcm parametrlərinin dəyişmə qanunauyğunluqları qiymətləndirilir.
3.təbii hidrogeoloji şəraitin qiymətləndirilməsi nəticəsində sugötürüləcək sahənin hesablama sxem tərtib olunur və burada yeraltı suların istismar ehtiyatını formalaşdıran əsas faktorlar nəzərə alınır.
4.qəbul olunmuş hesablama sxemində əsasən hesablama üsulu və hesablama düsturlarını düzgün seçilməsi zərurudur.
5.sugötürsücünün tələb olunan sərfinə və bir quyunun sərfinə görə sugötürücüdə quyularrın ümumi sayı,onların sistemində yerləşmə və quyular arasındakı məsafə təyin olunur.
6.rayonun müəyyən olunmuş sərhəd şərtlərinə cavab verən düsturla quyuda aşağı salınan səviyyə hesablamır.Səviyyə ən pis qarşılıqlı əıaqədə olan quyuda hesablanır.Alınmış səviyyə,aşağı salınması mümkün olan səviyyə ilə müqayisə olunur.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə