1. Yeraltı su yataqlarının təsnifatı


Təbiii suların tərkibində olan bəzi kimyəvi elementlərin yol verilən miqdarı



Yüklə 1,15 Mb.
səhifə14/20
tarix23.08.2023
ölçüsü1,15 Mb.
#120830
1   ...   10   11   12   13   14   15   16   17   ...   20
yeralti sular mbe

26.Təbiii suların tərkibində olan bəzi kimyəvi elementlərin yol verilən miqdarı
Xəstəlik əmələ gətirən bakteriyaların formaca çox olması və suyun epidemioloji cəhətdən aydınlaşmasının mürəkkəbliyinə görə, suyun ümumi bakterioloji çirklənməsi və sanitar-göstərici mikroorqanizmləri bir litr suda olan bağırsaq çöplərinə əsasən təyin olunur. Həmin bağırsaq çöpləri 1 litr suda 3-dən çox olmamalıdır ki, bu da《Koliindeksə》uyğun gəlir (3-ə bərabər). Bağırsaq çöplərinin titri (《Kolititr》) 300-dən az olmamalıdır. Bakteriyaların ümumi cəmi 1 ml suda 100-dən çox olmamalıdır. Suyun kimyəvi tərkibinin təhlükəsizliyini, çirklənməsi təbii sularda olan kimyəvi elementlərin miqdarı ilə müəyyənləşir. Çirklənmənin təbii suların tərkibində olan kimyəvi komponentlərin miqdarı aşağıda göstərilən miqdardan (mq/l) çox olmamalıdır. Berilit__0.0002 Dəmir__0.3 Marqans__0.1 Mis__1.0 Molibd__0.5 Mərgümüş_0.005 Nitratlar (azota görə)_10 Qurğuşun_0.1 Selen_0.001 Stransium (sabit)_2.0 Sulfat_500 Flor_0.7-1.5 Xloridlər_350 Sink_5.0 Quru qalıq_1000 Ümumi codluq (mq.ekv./l_7) Suyun çirklənməsinə səbəb olan komponentlərin miqdarı mümkün ola bilən konsentrasiya həddindən çox olmamalıdır. Suda olan zərərli elementlərin konsentirasiyalarının cəmi 1-dən çox olmamalıdır. a/A+b/B+....+n/N < 1.Burada: a,b,c... -suda tapılmış konsentrasiyasının miqdarı.


27.Yeraltı su hövzələrinin sanitariya mühafizə zolaqlarının (SMZ) müəyyən edilməsi qaydaları
İnşaat norma və qaydaları uyğun olaraq yeraltı suların çirklənməsinin qarşısını almaq üçün 2 sanitar-mühafizə zonası ayrılır: 1.Ciddi rejim zonası; 2. Məhdudlaşdırma zonası. Ciddi rejim zonasında su mənbəyi və suqəbuledici qurğu yerləşir. Birinci zonanın quyu ətrafında radiusu 30 m-dən az olmur və ərazisi hamarlaşdırılır, abadlaşdırılır, hasara alınır, yaşıllıqla əhatə olunur və mühafizə olunur. Bu zonanın ətrafında su kəmərinə aid olmayan tikintilərin və kənar şəxslərin olmasına icazə verilmir. Sugötürücünün təzyiqsiz sulu horizontları istismar etdikdə birinci zonanın sərhəddi ən az 50m, təzyiqli sulu horizontu istismar etdikdə isə 30m məsafədə olmalıdır. Məhdudlaşdırma zonası birincinin ətrafını əhatə edir və orada istifadə olunan sahə məhdudlaşır. Bu zonada yerləşən bütün yaşayış məntəqələri abadlaşdırılmalı, çirkabların axıdılma sahələri, zibillərin zərərsizləşdirilmə sahələri, tikinti işləri və s. dövlət sanitariya-mühafizə təşkilatları razılaşdırılmalıdır1-ci zonanın sərhədləri yeraltı suların ehtiyatının süni yolla doldurulması zamanı aşağıdakı məsafələrdə ola bilər: -sugötürücü qurğulardan( kanallardan) ən azı 50m -infiltrasiya qurğularından ən azı 100m .2-ci zonanın sərhədləri üçün elə məsafə qeyd edilməlidir ki, yeraltı sulara düşmüş çirkab sugötürücüyə gəlib çatmasın. Buna uyğun olaraq 2-ci zonanın sərhəddi sugötürücü qurğunun qidalanma zonasının kənar konturları üzrə götürülür. Ümumiyyətlə, ikinci zonanın sərhədləri elə seçilir ki, kimyəvi çirkablar sugötürücü qurğunun istismar müddətində (Tv) ona gəlib çatmasın(Tv=25-50il).

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə