№18 (961) 4-10 may 2017-ci il



Yüklə 489,25 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix16.11.2017
ölçüsü489,25 Kb.
#10562
1   2   3   4   5   6   7   8

5

4-10 may 2017-ci il



Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 

tərəfindən maliyyələşdirilən “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” layihəsi çərçivəsində çap olunub.

2016-cı il kənd təsərrüfatında dö-

nüş  ili  kimi  tarixə  düşdü.  Azər-

baycanda  ənənəvi  sahələr  olan 

pambıqçılıq,  baramaçılıq,  tütün-

çülük,  çayçılıq,  fındıqçılıq  və  di-

gər  sahələr  bərpa  və  dirçəliş  yo-

luna çıxarıldı. Yaxın illərdə həmin 

sahələrin  sıçrayışlı  inkişafı  təmin 

olunacaq,  istehsal  edilən  məhsu-

lun  keyfiyyəti  yüksək  standartlar 

səviyyəsinə  qaldırılacaq,  bütün 

əsas  istiqamətlər  üzrə  artan  di-

namika  özünü  göstərəcək.  Res-

publikamızın  aqrar  sektorunda 

reallaşdırılan  islahatlar,  azad  sa-

hibkarlığın təsdiq edilməsi, cənab 

Prezident İlham Əliyev tərəfindən 

imzalanan fərman və sərəncamlar 

öz real bəhrəsini verməkdədir.

Azərbaycanın  qeyri-neft  sektoru-

nun strukturunda strateji sahələr-

dən biri olan pambıqçılığın inkişaf 

etdirilməsi  ilə  bağlı  dövlət  başçı-

sının qəbul etdiyi qərarlar, həmin 

qərar və göstərişlərin yerinə yeti-

rilməsi istiqamətində görülən təd-

birlər  bu  gün  sözügedən  sahənin 

sürətli  inkişafı  üçün  əlverişli  zə-

min yaratmışdır.

Ölkə  iqtisadiyyatının  diversifika-

siyasını  təmin  etmək  məqsədilə 

son üç ildə cənab prezidentin rəh-

bərliyi  ilə  qəbul  edilən  regional 

inkişaf  proqramlarının  gerçəkləş-

dirilməsi  nəticəsində  bölgələrdə 

geniş  infrastruktur  quruculuğu 

aparılmış,  yerli  istehsalın  inkişafı 

üçün münbit şərait yaradılmışdır. 

Hazırda  qarşıda  duran  əsas  və-

zifə  əlavə  valyuta  tələbi  yaradan, 

idxalı əvəz edən və ölkəyə valyu-

ta axınını təmin edən məhsulların 

istehsalını genişləndirmək, həmin 

sahələrə  yönəldilən  investisiya-

ların  həcmini  artırmaq,  onlardan 

səmərəli  istifadəni  təmin  etmək 

və  yerli  istehsalla  bağlı  bütün  in-

frastruktur  layihələrini  vaxtında 

reallaşdırmaqdan  ibarətdir.  Bu 

işlərin həyata keçirilməsi sonucda 

məşğulluğun  təmin  olunmasına, 

əhalinin  gəlirlərinin  artmasına, 

maddi və sosial təminatının yaxşı-

laşmasına gətirib çıxaracaq. Ölkə-

mizdə pambıqçılığın inkişafı əldə 

olunan xammaldan müxtəlif çeşid 

və  növlərdə  məhsul  istehsalına 

başlanmasını  zəruri  vəzifə  kimi 

qarşıya qoyur. 

Pambıqçılıq  ölkə  iqtisadiyyatına 

böyük  mənfəət  gətirəcək,  valyu-

ta  axınını  təmin  edəcək  fəaliyyət 

növüdür.  Pambıq  elə  məhsuldur 

ki,  dünya  birjalarında  satılır,  ona 

tələbat  ildən-ilə  artır.  Pambığın 

və  mahlıcın  satışı  üçün  bazarlar 

aramağa ehtiyac yoxdur. Bu pam-

bıqçılığı  üstün  mövqeyə  gətirib 

çıxaran  ən  mühüm  amildir.  Eyni 

zamanda,  pambıqçılıq  əməktu-

tumlu  kənd  təsərrüfatı  sahəsidir. 

Sovetlər  dönəmində  Azərbaycan-

da pambıqçılıq yüksək inkişaf zir-

vəsinə  gəlib  çıxmışdı.  Ötən  əsrin 

70-ci illərindən başlanan bu dalğa 

sovetlər  birliyi  çökənədək  davam 

etdi.  Məhz  həmin  illərdə  əhali-

nin  güzəranı  yaxşılaşdı,  insanlar 

özlərinə  ev  tikdilər,  minik  avto-

mobili  aldılar,  kəndlər,  qəsəbələr 

simasını büsbütün dəyişdi. Əmək 

qəhrəmanlarının  səsi-ünü  aləmə 

yayıldı, onlara yüksək dövlət mü-

kafatları  verildi,  şəninə  mahnı-

lar qoşuldu. Pambıq hər bir kənd 

adamının  sevimli  məşğuliyyətinə 

çevrildi,  necə  deyərlər,  həyat  tər-

zinə  daxil  oldu.  Keçən  il  pambıq 

əkilməsi  başlanan  kimi  on  min-

lərlə əmək adamı çağırış, göstəriş 

gözləmədən sahələrə axışdı. 

2017-ci ildə pambıqçılığa daha bö-

yük önəm verilib. Hazırda dünya 

bazarında  pambıq  ehtiyatlarının 

azalması, tələbin təklifi üstələmə-

si  və  bunun  fonunda  qiymətlərin 

yüksəlməsi  qədim  ənənələrə  ma-

lik  Azərbaycanda  pambıq  isteh-

salının  genişləndirilməsini  zəruri 

vəzifə  kimi  ortaya  qoyub.  Bu  il 

22  rayonda  136  min  hektar  sahə-

də  pambıq  əkini  həyata  keçirilib. 

Keçən il bu rəqəm 51 min hektar 

təşkil etmişdir. Bu il Ağcabədi ra-

yonunda  3  min  hektar,  Bərdədə 

8900  hektar,  Biləsuvarda  11  min 

hektar,  Cəlilabadda  500  hektar, 

Füzulidə  2  min  hektar,  Goran-

boyda  5  min  hektar,  Hacıqabul-

da  1200  hektar,  İmişlidə  18  min 

hektar, Kürdəmirdə 4 min hektar, 

Neftçalada  10  min  hektar,  Saatlı-

da  17100  hektar,  Sabirabadda  15 

min  hektar,  Salyanda  7  min  hek-

tar,  Samuxda  30  hektar,  Tərtərdə 

3 min hektar, Ucarda 2500 hektar, 

Ağsuda  2500  hektar,  Yevlaxda  2 

min hektar, Zərdabda 3100 hektar 

sahədə pambıq əkini həyata keçi-

rilib. Pambıqçılığa böyük həcmdə 

sərmayə  yönəldilib,  bütün  digər 

zəruri tədbirlər görülüb.

Keçən  il  və  bu  il  ölkəyə  minlərlə 

texnika  və  digər  avadanlıqlar  gə-

tirilib. Belə ki, 2016-cı ildə respub-

likamıza 100 ədədə yaxın pambıq-

yığan kombayn gətirilmişdisə, cari 

ildə  200  yeni  kombaynın  gətiril-

məsi  nəzərdə  tutulur.  Bölgələrdə 

suvarma  sistemlərinin  yaxşılaşdı-

rılması  üçün  meliorasiya  tədbir-

ləri  genişləndirilir  və  dövriyyəyə 

yeni əkin sahələri daxil edilir. 

«Azərbaycan  Meliorasiya  və  Su 

Təsərrüfatı»  ASC-nin  torpaq  işi 

görə bilən 1642 ədəd texnikası böl-

gələrə  suvarma  və  kollektor-dre-

naj  şəbəkələri  üzərinə  köçürülüb. 

Şəbəkənin  lildən  təmizlənməsi 

üzrə nəzərdə tutulan işlərin hamı-

sı icra olunub. Suvarmaya hazırlıq 

məqsədilə  pambıqçılıq  rayonla-

rında  4561  kilometr  suvarma  ka-

nalları, 460 kilometr kollektor-dre-

naj  şəbəkəsi  lildən  təmizlənib. 

Suvarma  kanalları  üzərində  500-

dən artıq hidrotexniki qurğu təmir 

edilib.  Pambıqçılıq  rayonlarında 

126  subartezian  quyusu  qazılıb, 

11 quyuda işlər tamamlanma mər-

hələsindədir.

Əkin  sahələrinin  su  təminatı-

nın  yaxşılaşdırılması  məqsədilə 

pambıqçılıq  rayonlarının  istismar 

idarələrinə 16 ədəd yeni torpaqqa-

zan texnika, 25 ədəd müxtəlif nəq-

liyyat vasitəsi, 492 subartezian na-

sosu,  21  səyyar  nasos  stansiyası, 

140  nasos,  171  elektrik  mühərriki 

və digər avadanlıqlar ayrılıb. Eyni 

zamanda,  «Gilan  Holding»in  Gi-

lan kənd təsərrüfat qrupu tərəfin-

dən bu il pambıq əkini üçün hədəf 

olaraq 70 min hektar əkinin aparıl-

ması nəzərdə tutulub. Bu məqsəd-

lə 10800 pambıqçı-fermerlə müqa-

vilələr  bağlanıb,  60  min  hektar 

sahədə şum aparılıb, 30 min hek-

tar  sahə  arata  qoyulub,  fermer-

lərə 2 milyon manat avans verilib. 

Rayonlar üzrə əməliyyat planı və 

aqrotexniki  xəritələr  hazırlanıb, 

yüksək  reproduksiyalı  pambıq 

toxumu  tədarük  edilib  və  bunun 

hesabına toxuma olan tələbat tam 

şəkildə ödənilib. Bundan başqa, 16 

min  ton  ammonium-nitrat,  1499 

ton AFK,  536  ton  amofos  gübrəsi 

tədarük  edilib,  əlavə  olaraq  7500 

ton  ammonium-nitrat  və  670  ton 

bitki  mühafizəsi  vasitələri  sifariş 

olunub və bu proses davam etdiri-

lir. «MKT İstehsalat Kommersiya» 

MMC hazırda 2995 ədəd texnika, 

o  cümlədən  108  ədəd  kombayn, 

387  ədəd  trak¬tor,  2500  ədəd 

müxtəlif təyinatlı qoşqu vasitəsilə 

fermerlərə xidmət gös¬tərir. Bun-

dan  əlavə,  sözügedən  cəmiyyət 

tərəfindən  «Aqrolizinq»  ASC-yə 

2770 ədəd texnika sifariş edilib.

Xam pambığın 15 qəbul məntəqə-

sində  tədarükü,  12  pambıqtəmiz-

ləmə  zavodunda  emal  edilməsi 

planlaşdırılır.  2017-ci  ildə  «MKT 

İstehsalat  Kommersiya»  MMC 

tərəfindən 140 min ton xam pam-

bığın toplanması nəzərdə tutulur. 

Tədarük  edilən  xam  pambığın 

emalından  53200  ton  mahlıc,  70 

min  ton  çiyid,  2100  ton  köməkçi 

məhsullar,  çiyidin  emalından  isə 

8 min ton rafinə edilmiş yağ və 48 

min  ton  jımıx  alınması  proqnoz-

laşdırılır.

Görülən  sistemli  və  ardıcıl  təd-

birlər ölkəmizdə aqrar sahənin, o 

cümlədən  pambıqçılığın  inkişa-

fına  güclü  təkan  verəcək  və  qısa 

zaman  kəsiyində  Azərbaycanın 

«ağ  qızıl»  ölkəsi  kimi  şan-şöhrə-

ti  geri  qayıdacaq.  Bu  yaxınlarda 

Saatlı  rayonunda  pambıqçılığın 

inkişafı  ilə  bağlı  keçirilən  geniş 

müşavirədə  Azərbaycan  Respub-

likasının  Prezidenti  cənab  İlham 

Əliyev  bu  il  pambıqçılıqda  yük-

sək  nəticələrin  əldə  ediləcəyinə 

əminliyini ifadə etmiş, növbəti üç-

dörd  ayda  çox  fəal  iş  aparmağın 

önəmini  dilə  gətirərək  demişdir: 

«Yerli  icra  orqanlarının  üzərinə 

böyük vəzifələr düşür. Keçən ildə 

də onlar qısa müddət ərzində yax-

şı  işlədilər.  Onlar  bu  il  də  bütün 

işləri  yüksək  səviyyədə  təşkil  et-

məlidirlər».  Əmək  resurslarından 

səmərəli istifadə olunmasını, təda-

rükçü şirkətlərin yerli icra orqan-

ları  ilə  sıx  əməkdaşlıq  etməsinin 

önəmini qeyd edən dövlət başçısı 

vurğulayıb ki, İqtisadiyyat Nazir-

liyi,  Kənd  Təsərrüfatı  Nazirliyi, 

«Azərbaycan  Meliorasiya  və  Su 

Təsərrüfatı» ASC yerli icra orqan-

ları ilə birlikdə çalışmalıdırlar. Cə-

nab  prezident  qeyd  etmişdir  ki, 

bütün bu işlər ümumi rəhbərlik və 

koordinasiya məsələləri Prezident 

Administrasiyası tərəfindən həya-

ta  keçiriləcəkdir.  Ölkənin  bütün 

müvafiq qurumlarının bu nəcib və 

şərəfli işə səfərbər olunması, təsər-

rüfat adamlarının gərgin zəhməti 

və  əzmkar  işi  uğurlu  nəticələrin 

qazanılacağından  soraq  verir.  Bu 

gün tarlalarda böyük coşqu yaşa-

nır, hər kəs sübh tezdən toran qo-

vuşanacan iş başındadır. Bol məh-

sulun əsası indidən qoyulur. Axı, 

torpaq da insan kimidir, sevgi və 

nəvaziş  tələb  edir.  Gərək  torpağa 

elə  qulluq  göstərəsən  ki,  ondan 

istədiyini  ala  biləsən.  Məhsul  bol 

olanda insan kimi torpağın da üzü 

gülür, çöhrəsi açılır.

Zülfü İLYASOV,

bölgə müxbiri

AĞ QIZILIN ƏVVƏLKİ ŞÖHRƏTİ ÖZÜNƏ QAYIDIR

“Rabitəbank” ASC  2017-ci  ilin  1-ci  rü-

bünü  450  min  manat  mənfəətlə  başa 

vurub.


Azərbaycanın bank sektorunda aparıcı 

mövqelərdən birini tutan “Rabitəbank” 

ASC 2017-ci ilin 1-ci rübünü mənfəətlə 

başa vurub.

Bankdan  daxil  olmuş  məlumata  görə, 

bankın  aktivləri  31  mart  2017-ci  il  ta-

rixinə  ilin  əvvəli  ilə  müqayisədə  17% 

artaraq 499,5 mln. manat, müştərilərin 

depozit  həcmi  24%  artaraq  352,6  mln. 

manat  təşkil  etmişdir.  Bankın  məcmu 

kapitalı 61,9 mln. manat təşkil etmişdir.

Cari  ilin  birinci  rübü  ərzində  bankın 

xalis faiz gəlirləri 2,4 mln. manat, xalis 

qeyri-faiz  gəlirləri  isə  2,7  min  manat 

təşkil etmişdir.

  Bank  2017-ci  ilin  1-ci  rübü  ərzində 

plastik kart infrastrukturunu möhkəm-

ləndirərək,  aktiv  plastik  kart  hesab  is-

tifadəçilərinin  sayını  42780-ə, ATM  şə-

bəkəsini isə 58 ədədə çatdırmışdır.

 Bank həmçinin cari ilin 1-ci rübü ərzin-

də 49 min ədəd olmaqla 30 mln. manat 

həcmində sürətli pul köçürməsini və 65 

min ədəd olmaqla 2,8 mln. manat həc-

mində  kommunal  odənişi  müştəriləri 

üçün həyata keçirmişdi.

  Hazırda  Rabitəbank-da  146  min-dən 

çox  hüquqi  şəxs  və  fiziki  şəxslərdən 

ibarət müştəriyə xidmət olunur, həmçi-

nin bankda 597 nəfər təcrübəli və ixti-

saslı peşəkar heyət çalışmaqdadı.

Azərbaycan  Mərkəzi  Bankının  (AMB) 

valyuta ehtiyatları bu il mayın 1-nə 4 619,3 

mln. ABŞ dolları təşkil edib. Bu, aprelin 1-i 

ilə müqayisədə 186,6 mln. dollar və yaxud 

4,2% çoxdur.

İlin  əvvəlinə  nisbətən  qurumun  valyu-

ta ehtiyatları 644,9 mln. dollar və yaxud 

16,2%, son 1 ildə isə 498,7 mln. dollar və 

yaxud 12,1% artıb. 

  Pul  bazası  dedikdə,  pul  kütləsinin 

Mərkəzi  Bank  tərəfindən  qısa  müddət 

ərzində  dəyişdirilə  bilən  hissəsi  nəzər-

də tutulur. Pul bazasının tərkibinə döv-

riyyədə olan nağd pul və bank ehtiyat-

ları  (kommersiya  banklarının  Mərkəzi 

Bankdakı müxbir hesablarının qalıqları) 

daxildir.  Pul  kütləsi  dövriyyədə  olan 

nağd və qeyri-nağd ödəniş vasitələrinin 

məcmusudur. 

"AtaBank"  ASC-nin  “Nağdsız  ödə, 

nağd  qazan"  adlı  ani  stimullaşdırıcı 

lotereya  kampaniyası  yenidən  baş-

layır.  Kampaniya  01  may  2017-ci 

il  tarixindən  başlayıb  və  31  dekabr 

2017-ci  il  tarixinədək  davam  edə-

cəkdir.  Lotereyada  "AtaBank"  ASC 

tərəfindən ticarət, ictimai-iaşə və ya 

xidmət  obyektlərində  quraşdırılmış 

POS-terminallar  vasitəsilə  Azərbay-

canda  fəaliyyət  göstərən  istənilən 

bank tərəfindən emissiya edilən ödə-

niş  kartları  ilə  nağdsız  əməliyyatlar 

aparan  rezident  şəxslər  iştirak  edə 

bilərlər.  Keçən  il  olduğu  kimi  “Ata-

Bank” ASC  kartları  ilə  ödəniş  edən 

və  çekləri  təqdim  edən  kart  sahib-

lərinə  hər  10  manatlıq  çek  üçün  bir 

kupon  təqdim  edilir.  Digər  bankla-

rın kartları ilə ödəniş edənlər isə 20 

manatlıq  alış-veriş  çekinə  görə  bir 

kupon əldə edəcəklər! 

Ani stimullaşdırıcı lotereya kuponları-

nın əldə edilməsi üçün kart istifadəçisi 

təqvim ayı ərzində "AtaBank" ASC-nin 

POS-terminallar  şəbəkəsində  nağdsız 

aparılmış  əməliyyatlar  üzrə  çekləri 

toplayaraq bankın istənilən filial və ya 

şöbəsinə müraciət etməlidir. 

Qeyd edək ki, kampaniyada minlərlə 

uduşlar vardır. Əlavə edək ki, kam-

paniyanın  keçirilməsində  məqsəd 

ölkədə  nağdsız  ödənişlərin  stimul-

laşdırılması  sahəsində  aparılan  təd-

birləri sürətləndirməkdir. 

”AtaBank”ın  100  faiz  yerli  kapitallı, 

yüksək texnologiyalı universal Azər-

baycan bankıdır. 

Mayın 3-də start götürəcək 

“Tour d’Azerbaidjan-2017” 

beynəlxalq  velosiped  turu 

əvvəlki illərdə olduğu kimi 

dəstək  olaraq  “AtaBank” 

ASC  iştirakçılarını  səyyar 

bankomatı olan “AtaMatik” 

ilə müşayiət edəcəkdir. 

Ümummilli  Lider  Heydər 

Əliyevin  anadan  olması-

nın 94-cü ildönümünə həsr 

olunan  5  günlük  yarışda 

əvvəlki illərdə olduğu kimi 

velosipedçiləri  ölkəmizin 

Bakı,  Sumqayıt,  Qəbələ, 

Oğuz,  Şəki,  Şamaxı,  İsma-

yillı, Pirqulu və digər böl-

gələrində müşayiət edəcək 

“AtaMatik” 

iştirakçılara, 

azarkeş  və  nümayəndələrə 

müxtəlif  növ  bankçılıq 

əməliyyatlarından  istifadə 

imkanı  yaradacaq.  “Ata-

Bank” ASC-nin səyyar ban-

komatı  olan  “AtaMatik” 

vasitəsilə hər kəs nağd pul 

çıxara, habelə nağdsız ödə-

nişlər və digər bank əməliy-

yatları apara biləcək.

Qeyd  etmək  istərdik  ki, 

“AtaBank” ASC olaraq ölkə-

mizdə  keçirilən  nüfuzlu 

və  mötəbər  idman  yarışla-

rında  əhaliyə,  idmançılara 

və  ölkəmizin  qonaqlarına 

dəfələrlə “AtaMatik” səyyar 

bankomat xidmət edib. 

Bütün  idman  sevərləri  ve-

loturda iştirak edəcək Azər-

baycanın  “Synergy  Baku” 

komandasına  dəstək  olma-

ğa çağırırıq. 

“AtaMatik” yenidən “Tour d’Azerbaidjan”-da



Yüklə 489,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə