2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə50/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   46   47   48   49   50   51   52   53   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

Həsən bəy Məlikov
Zərdabinin
(1842-1907) millət yolundakı tarixi xidmətlərini yüksək qiymətləndirmiş və onu 
“Qafqaz müsəlmanlarının atası”, “Zaqafqaziya müsəlmanlarının milli oyanışının ilk bələdçisi”, 
“Zaqafqaziya müsəlman ziyalılarının müəllimi və mənəvi atası” adlandırmış, “Müsəlmanlar 
arasında Avropa təhsili alan ilk azərbaycanlı” kimi qəbul etmişlər. Zərdabi şüurlu həyatının 40 
ildən çoxunu doğma xalqın maariflənməsinə, onun mədəni xalqlar səviyyəsinə yüksəlməsinə, ana 
dilində dünyəvi təhsil ocaqlarının yaradılmasına, milli ziyalıların yetişdirilməsi işinə həsr etmişdir. 
Böyük maarifçi mütəfəkkirin fikrincə, maarifdən, elmdən məhrum olan xalq işıqdan məhrumdur, 
o inkişaf etmiş millətlər arasında doğma millətinin də imzasını görməyi arzulamış, həyatını 
xalqının elm, maarif, təhsil yolunu işıqlandırılmasına həsr etmişdir. Onun Zərdabi “Torpaq, su və 
hava”, “Barama qurdunun saxlanması” və s. əsərlərində, “Əkinçi”qəzetində və digər mətbu 
orqanlarda təbiətşünaslığa və tibbə dair çap edilmiş məqalələrində ayrı-ayrı elm sahələrinə aid 
materialist dünyagörüşü mövqeyindən təhlil edilən çoxlu və zəngin məlumatlar vardır. Digər 
maarifçi mütəfəkkirlər kimi Zərdabinin də dünyagörüşünün formalaşması və inkişafına Şərq, 
Rusiya və Avropa mədəniyyətini dərindən mənimsəməsi, xüsusilə XIX əsrin mütərəqqi materialist 
təbiətşünaslığı, maarifçilik və inqlabi-demokratizm ənənələrinin böyük təsiri olmuşdur. XIX əsrin 
II yarısı-XX əsrin əvvəllərində Azərbaycan ictimai-siyasi və mədəni fikir tarixinin təkrarolunmaz 
simalarından olan Zərdabinin milli maarifçilik, milli oyanış, milli dirçəliş ideyalarının 
gerçəkləşməsi yolundakı xidmətləri misilsizdir. Mütəfəkkir alimin coxcəhətli fəaliyyətində 
maarifçilik, ana dilində təhsil, qadın təhsili, xalqın maariflənməsi, milli özünütanıma və 
özünüdərketmə ideyaları əsas yer tutur. 
XIX əsrin görkəmli mütəfəkkiri, maarifçi-alimlərindən biri, yaradıcılığı ilə Azərbaycan və 
rus mədəniyyətlərini təmsil edən Qazan və Peterburq universitetlərinin professoru 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə