2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə51/86
tarix31.08.2023
ölçüsü1,66 Mb.
#121164
1   ...   47   48   49   50   51   52   53   54   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (5)

Mirzə Kazım 
bəy
bir çox Avropa dillərini bilmiş, rus şərqşünaslığının banilərindən olmuş, XIX əsr Asiya və 
Avropanın elmi dairələrində şöhrət qazanmışdır. Onun mədəniyyət fəlsəfəsinə, Şərqin ictimai-
siyasi və fəlsəfi cərəyanlarına, o cümlədən İslam tarixinə və Quranın təfsirinə, mənəviyyat və 
qnoseologiya problemlərinə, dilin inkişaf qanunauyğunluqlarına dair əsərləri elmi dəyəri, geniş 


62 
əhatəliyi və orijinallığı ilə fərqlənmişdir. Xürafatın əleyhinə çıxan, maarifə və elmi yüksək qiymət 
verən Mirzə Kazım bəy “Bab və babilər” əsərində təbiətin bir-birindən fərqli, öz qanunlarına tabe 
üç-maddi, mənəvi və ruhi-aləmdən ibarət olmasını qeyd etmiş, təfəkkürün mənşəyinin gizli qüvvə, 
insan mənəviyyatının isə azad iradə ilə bağlılığını göstərmişdir. Mirzə Kazım bəyin “Firdövsiyə 
görə mifologiya”əsərində müxtəlif bölgə mifləri haqqında maraqlı təhlilləri, “Şamil və 
müridizm”,“Bab və babilər” kitablarında isə sosial zülmə və xarici istibdada qarşı olan Şamil 
hərəkatı və babiliyin İslam bölgəsi təriqətləri ilə bağlı fəlsəfi, sosial, dini və etik baxışlarının elmi 
şərhi verilmişdir. 
XIX əsrin I yarısında A.A.Bakıxanov və Mirzə Kazım bəylə yanaşı milli özünüdərk 
prosesinə müəyyən töhfələr vermiş mütəfəkkirlərdən biri olmuş 
İsmayıl bəy
Qutqaşınlının
gördüyü ən mühüm milli əməllərdən biri də, 1835-ci ildə fransız dilində qələmə alaraq Varşavada 
nəşr etdirdiyi “Rəşid bəy və Səadət xanım” əsəri məzmununa görə, özündən əvvəlki 
ədəbiyyatlardan xeyli dərəcədə fərqlənmiş, XIX əsrdə millətin gerçək, real həyatını əks 
etdirmişdir.
Gələcək nəslin taleyində müəyyən iz buraxmış, müasiri olduğu cəmiyyətin problemlərinə 
reallıqdan baxan maarifçi-filosofu
Mirzə Şəfi Vazehin
ən çox diqqət yetirdiyi məsələ 
cəmiyyətin dinə münasibəti problemi olmuşdur. Vazeh təəssüflə qeyd etmişdir ki, din alimləri 
islamla bağlı əsil həqiqəti həmişə millətdən gizlətmişlər. Apardığı müşahidələrə əsaslanaraq belə 
qənaətə gəlmişdir ki, ruhanilərin anlaşılmayan duaları və moizələri xalqın əzabını daha da artırır-
mütəfəkkir dini təbliğ edən şairlərə də qulaq asmağın mənasız olduğunu açıq şəkildə bildirməkdən 
çəkinməmişdir. Vazeh xalqın ruhanilərə, müctəhidlərə deyil, vətənpərvər, millətsevər insanlara 
ehtiyacı olduğunu bildirir. Bəlkə də buna görə Gəncə məscidlərinin birində M.F.Axundova dini 
elmləri öyrədərkən Vazeh onu ruhani olmaq fikrindən daşındıra bilmişdir. Maarifçi-filosofun 
Tiflisdə 
təşkil
etdiyi
“Divani 
hikmət” 
ədəbi 
məclisi,
maarifçiliyin
inkişafı

cəhalətin tənqidi
baxımından
yazdığı 
satiraları özünəməxsusluğu ilə seçilir. XIX əsrin birinci yarısında ədəbi fəaliyyətlə məşğul olan 
görkəmli şair, qeyri-adi taleyi olan pedaqoq Vazehin şəxsiyyəti və yaradıcılığı, Şərq və Qərb 
sivilizasiyalarının müdrikliyini özündə üzvi şəkildə birləşdirən poetik irsi onu Şərq poeziyası 
klassikləri pleyadasının parlaq nümayəndələrindən biri hesab etməyə əsas verir.
Azərbaycan türkcəsində şeirlər yazan, türk dilinin saflığının qorunması uğurunda mübarizə 
aparan, cəmiyyətdəki nöqsanları, geriliyi tənqid edən 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə