2017-Cİ İLİn döVLƏt büDCƏSİ İLƏ bağli alternativ hesabat



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix14.09.2018
ölçüsü1,56 Mb.
#68295
1   2   3   4   5   6   7   8

7

Öz növbəsində sosial müdafiə  üzrə 2698.7 mln. manat, təhsil üzrə 1830.2 mln. manat, 

səhiyyə üzrə 830.8 mln. manat proqnozlaşdırılırdı. 2017-ci ildə isə həmin 3 istiqamət 

üzrə dövlət büdcəsindən proqnozlaşdırılan məbləğ 4734.3 mln. manat müəyyən edilib 

ki, bu da əvvəlki ilə nisbətən 624.4 mln. manat və ya 11.6% azdır. 

İnvestisiya xərcləri əhəmiyyətli dərəcədə ixtisar olunub. 2017-ci ilin dövlət büdcəsində 

investisiya xərləri üçün 2521.2 mln. manat müəyyən edilib ki, bu əvvəlki ilə nisbətən 

503.4 mln. manat və ya 16.6%  azdır. 

Kənd təsərrüfatı üzrə xərclər kəskin ixtisar edilib. Belə ki, 2017-ci ilin təsdiqlənən 

büdcəsində bu sektor üzrə 51714 mln. manat proqnozlaşdırılır ki, bu əvvəlki ilə 

nisbətən 167.1 mln. manat və ya 24.4% azdır.

Dövlət  idarəetmə  aparatının  saxlanması  xərclərinin  tərkibində  ali  hakimiyyət 

orqanlarının  saxlanması  xərcləri  isə  artıb,  mərkəzi  və  yerli  icra  hakimiyyəti 

orqanlarının maliyyələşdirilməsi ixtisar edilib. Əvvəlki ilə nisbətən 2017-ci ildə büdcə 

təsnifatına əsasən “ali hakimiyyət” orqanları hesab edilən 3 təsisatın – Prezident 

Administrasiyası,  Parlament  və  Nazirlər  Kabinetinin  saxlanması  üçün  nəzərdə 

tutulann xərclər 6.7 mln. manat və ya 6.5% artırılaraq 110.2 mln. manata çatdırılıb.

Ən yüksək artım müdafiə xərclərində baş verib. 2017-ci ildə müdafiə xərcləri 2642.1 

mln. manat təşkil edəcək. Bu, əvvəlki ilə nisbətən 413.8 mln. manat və ya 18.6% 

çoxdur. Müdafiə xərcləri həm də 2017-ci il dövlət büdcəsinin xüsusi çəki etibarı 

ilə ikinci böyük xərc maddəsidir. Belə ki, bu funksional bölmənin ümumi büdcə 

məxaricində payı 15.6% təşkil edəcək, əvvəlki ildə isə həmin göstərici 12% olmuşdu.

Hüquq-mühafizə  orqanlarının  saxlanması  xərclərində  də  yüksək  artım  baş  verib. 

Büdcə məlumatlarının analizi göstərir ki, əvvəlki ilə nisbətən 2017-ci ildə hüquq-

mühafizə orqanlarının saxlanmasından 927.4 mln. manat xərclənəcək ki, bu əvvəlki 

ilə nisbətən 7.5% və ya 64.6 mln. manat çoxdur. Cari ildə ölkənin hüquq-mühafizə 

sisteminin  maliyyələşdirilməsi  üçün  vəsaitlər  ümumi  büdcə  məxaricinin  5.5%-i 

səviyyəsində olacaq.  

2017-ci  ilin  dövlət  büdcəsindən  borca  xidmət  xərcləri  kimi  1641.8  mln.  manat 

müəyyən edilib. Ümumilikdə borca xidmət xərclərinin büdcə məxaricində payı 9.7% 

səviyyəsində proqnozlaşdırılır ki, bu son 15 ilin ən yüksək göstəricidir. Təqdim edilən 

məlumatlardan4 aydın olur ki, cari ildə borca xidmət xərclərinin 96.3%-i və ya 1580.6 

mln. manatı xarici, 3.7%-i və ya 61.2 mln. manatı isə daxili borclaırn qarşılanması-

na yönəldiləcək. Xarici borca xidmət xərcinin yüksək olmasının əsas səbəblərindən 

4

  

Azərbaycan hökumətinin Parlamentə təqdim etdiyi “Büdcə zərfi” Toplusu, V cild




8

biri dövlət mülkiyyətində olan səhmdar cəmiyyətlərin (məsələn, “Azəralüminium” 

ASC, “Azərenerji” ASC, “Azərbaycan Hava Yolları” QSC) üzrə verilmiş hökumət 

zəmanətli kreditlərn qaytarılması ilə bağlıdır.

Həm xarici, həm də daxili dövlət borclarının sürətlə artması yaxın perspektivdə dövlət 

büdcəsinin borca xidmət xərclərinin sürətlə artması riskini yaradır və 2017-ci ildə 

ümumi büdcə məxaricində bu xərclərin xüsusi çəkisinin həddən artıq yüksəlməsi də 

bu yanaşmanı təsdiq edir. 2016-cı il ərzində xarici dövlət borcu 15%-dək artaraq 8 

mlrd. dolları, daxili dövlət borcları isə 60%-dək artmaqla 7.3 mlrd. manata çatmışdı. 

Xüsusilə də Beynəxalq Bankın problemli aktivlərininin sağlamlaşdırılması ilə bağlı 

daxili borclanma bilavasitə dövlət büdcəsinin öhdəliyi kimi müəyyən edilib.

2017-ci ilin dövlət büdcəsi layihəsinin hazırlanması, parlament müzakirələri və təs-

diqi prosesində bir sıra prosedur pozuntuları ilə müşayiət olunub. Qanun layihəsi və 

ona əlavə edilən sənədlər toplusu Milli Məclisə qanunvericilikdə müəyyən edilmiş 

müddətdən bir ay gec təqdim edildi. Büdcə sistemi haqqında qanununa əsasən 2017-ci 

il dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilən digər sənədlərlə birlikdə 

2016-cı il oktyabr ayının 15-dən gec olmayaraq Milli Məclisə təqdim edilməli olduğu 

halda, bu bir ay gecikmə ilə, yəni noyabrın 15-də baş verdi. Eyni zamanda layihə Milli 

Məclisə təqdim edildikdən sonra parlamentlə razılaşdırılmadan hökumət tərəfindən 

dəyişikliklərə məruz qalıb. 2016-cı ilin noyabrında Milli Məclisə təqdim edilən və 

mətbuatda dərc edilən dövlət büdcəsi haqqında qanun layihəsində hökumət tərəfindən 

dəyişiklik edilib: büdcənin həm gəlirləri, həm də xərcləri 300.0 mln manat artırılıb.

 Dövlət büdcəsi layihəsinin parlament müzakirələri, yenə də əvvəlki illərdə olduğu 

kimi, formal xarakter daşıyıb. 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsi 

Milli Məclisdə çox qısa müddətdə - yalnız  3 gün plenar iclaslarda müzakirə edilib. 

Qanun layihəsi isə bir oxunuşdan keçib və 2-ci oxunuşa çıxarılan kimi Milli Məclis 

tərəfindən müzakirəsiz təsdiq edilib. 



9

1. Giriş

“Azərbaycan Respublikasının 2017-cı il dövlət büdcəsi haqqında” qanununa əsasən 

2017-ci ildə dövlət büdcəsinin gəlirləri 16255.0 mln. manat proqnozlaşdırılıb ki, bu 

da 2016-cı ilin faktiki büdcə gəlirləri ilə müqayisədə 1246.2 mln. manat yaxud 7.1% 

azdır. 2017-cı ildə dövlət büdcəsi gəlirlərinin illik ÜDM-in 26.5%-i qədər olması 

gözlənilir ki, bu da 2016-cı ilin müvafiq göstəricisindən 2.7% bəndi azdır.

Cari il üzrə dövlət büdcəsinin xərcləri 16 900 mln. manat səviyyəsində müəyyən 

edilib ki, bu ötən ilin təsdiqlənən göstəricisi ilə müqayisədə 8.6% az yaxud 1600 

mln. manat azdır. 2017-ci il üzrə büdcə xərclərinin ÜDM-də xüsusi çəkisi 27.4% 

səviyyəsində gözlənilir, halbuki əvvəlki il üzrə göstərici 31% idi.

2005-2014-cü illərdə - dünya neft bazarında yüksək qiymət konyukturasının mövcud 

olduğu dövrdə Azərbaycan hökuməti makroiqtisadi sabitliyin təmin olunmasında 

heç bir çətinlik hiss etmirdi. Ümumi Daxili Məhsulun (ÜDM) və iqtisadiyyata sər-

mayələrin  davamlı  artımının,  həmçinin  yüksək  profisitə  malik  ödəmə  balansının 

təmin edildiyi şəraitdə milli valyutanın məzənnəsinin sabitliyinin qorunması, eləcə 

də  aşağı (bir rəqəmli) inflyasiyanın saxlanması hökumət üçün problem deyildi. 

2010-2014-cü illərdə ÜDM-nin illik artım tempi 2.5%-dən az olmamışdı. Lakin əv-

vəlki illə müqayisədə 2016-cı ildə ÜDM-nin real həcmi 3.8%, həmçinin qeyri-neft 

ÜDM-i 5.4%, əsas kapitala yönəlmiş investisiyalar 26% azaldı. 

2012-2014-cü illərdə inflyasiya tempi də kifayət qədər aşağı olmuşdur və neft ba-

zarında baş verən proseslər yenidən iqtisadiyyatda ikirəqəmli inflyasiyanın yaran-

masına gətirib çıxardı.  Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-2015-

cü illərdə orta illik inflyasiya 1.1-4% intervalında olduğu halda, 2016-cı ildə isə 12.4% 

təşkil edib.

2015-ci  ilədək  Azərbaycanda  makroiqtisadi  sabitliyin  təmin  edilməsi  üçün  əsas 

zəmanət  mexanizmi  tədiyyə  balansı  olmuşdur.  2012-2014-cü  illərdə  istər  cari 

hesablar üzrə, istərsə  də tədiyyə balansının ümumi saldosunda profisit yaranmışdır. 

2012-2014-cü illərdə tədiyə balansının ümumi yekununda 3.8-4.9 mlrd. ABŞ dolları 

profisit yarandığı halda, 2015-ci ildə tədiyyə balansının ümumi saldosunda 11.3 mlrd, 

2016-cı ildə isə təxminən 5 mlrd. ABŞ dolları defisit yarandı. Tədiyə balansında iri-




Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə