2915-“ İ a şə m ə hsullar



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə34/62
tarix08.06.2022
ölçüsü0,76 Mb.
#89055
1   ...   30   31   32   33   34   35   36   37   ...   62
Lal-miraslanova-a-m-hsull.-tex

 
Firni 
Düyü 2-3 saat suda isladılır. Sonra sudan çıxarılıb qurudulur, həvəngdəstədə 
döyülür. Qaynayan südə qarışdıra-qarışdıra düyü unu əlavə edilir, şəkər və duz 
qatılıb bişirilir. Süfrəyə verildikdə üstünə yağ tökülüb şəbəkə şəklində darçın 
səpilir. 


48
Hər pors üçün burada 40q düyü, 200q süd, 10q şəkər tozu, 10q kərə yağı,
0.2q darçın və duz götürülür. 
 
Xəşil 
Hər paya 150q su götürülür, duz qatılır və qaynadıqdan sonra tədricən içinə 
ələnmiş un vurulub qarışdırılır. Qazanın qapağını örtüb 15-20 dəq bişirilir. Süfrəyə 
verilən zaman xəşil boşqaba çəkilir, ortasına doşab və qaynadılmış yağ qarışığı 
tökülür. 
Hər pors üçün burada 100q buğda unu, 25q ərinmiş yağ, 40q doşab, duz 
götürülür. 
 
Sucuq 
Soyuq suda açılmış buğda nişastası və ya qarğıdalı unu qaynayan suya 
tökülərək arasıkəsilmədən qarışdırılır; şəkər, yağ və zəfəran şirəsi əlavə edilib hazır 
vəziyyətə gətirilir. Qoz ləpəsi xırda üyüdülür, yarısı sucuğa qatılır, qalan hissəsi isə 
xörək süfrəyə veriləndə onun üstünə səpilir 
Hər pors üçün burada 50q ev şəraitində hazırlanan buğda nişastası və ya 
qarğıdalı unu, 110q su, 20q ərinmiş yağ, 40q şəkər, 40q qoz ləpəsi, 0,1q zəfəran və 
duz götürülür. 


49
Mühazirə 8. 
Azərbaycanın və xarici ölkə xalqlarının milli xörəkləri və kulinar 
məmulatlarından nümunələr və onların hazırlanması. 
 
Plan: 
1.
 
Mal və qoyun ətindən yarımfabrikatların hazırlanması. 
2. Kotlet kütləsi və ondan yar`1ımfabrikatların hazırlanması. 
3. Yarımfabrikatların saxlanması. 
 
Təmizlənmiş ət 1,5-2,5 kq çəkidə iri tikələr şəklində, habelə 1-3 tikədən ibarət 
70-200 qramlıq porslar və xırda tikələr şəklində isti emala verilir. Porsluq tikələr 
ətin liflərinin eninə tərəf kəsilir və sonra yastılır. 
Ət yastılandıqda birləşdirici toxumaları yumşalır, tikənin qalınlığı bərabərləşir 
və səthi hamar şəklə düşür
 
ki, bu da onun bərabər qaydada isti emaldan keçməsinə 
kömək edir. 
Urvalanası porsluq tikələrə duz və istiot səpilir, bunlar lyezonda isladılır və 
sonra döyülmüş suxarıda urvalanır. 
Mal cəmdəyi can əti üç hissəyə, yəni qalın (baş,orta və nazik) quyruq 
hissələrə bölünür. 
Baş tərəfdən-bifştekts, orta hissədən-file və quyruqdan-langet xörəkləri üçün 
tikələr kəsilir; bifşteks, file və langet tikələri kəsildikdən sonra yerdə qalan 
qırıntılar befstroqanov xörəyi üçün tətbiq edilir. 
Mal ətindən rostbif, bifşteks, file, langet, befstroqanov,antrekot, romşteks, 
əzmə zraz, suda bişmiş ət, qiyməli ət, buğlanmış mal əti, qulyaş xörəkləri üçün 
yarımfabrikatlar hazırlanır. 
Rostbif
xörəyi üçün can ətindən yaxud bel ətindən kəsilmiş iri, təmizlənmiş 
yumşaq ət tikələrinin bir neçə yerdən vətər və pərdələri kəsilib sonra qovrulur. 
Qovrulmuş ət hərəsi 2-3 tikədən ibarət porslara doğranır. 
File 
xörəyi üçün can ətinin orta hissəsindən (piyi üstündə) 4-5 sm qalınlığında 
porsluq tikələrkəsilib müfaviq formaya salınır və qovrulur. 


50
Langet 
xörəyi üçün can ətinin nazik hissəsindən hərəsi 2 tikədən ibarət 1-1,5 
sm qalınlıqda porslar kəsilib toxmaqla ehmal döyülüb, yastılanır və qovrulur. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə