676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə24/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   20   21   22   23   24   25   26   27   ...   51

”Hett dili
Türk dili
—————————————————
te
de (demək,danışmaq)
tür
dürmələmək
atta
ata
anna
ana”
———————————————–
Te. Bu kəlmə hett dilində danışmaq,söyləmək, demək anlamlarında işlənmiş, Urartu
kitabələrində “ti” formasında qeydə alınmışdır.
Tür. Sözün hett dilindəki mənası bağlamaq,bükmək,sarımaq,üzləməkdir. Ana dilimizdəki
“dürmələmək” sözü ilə üst-üstə düşür.” (12).
Bütün bu deyilənləri, yəni türklərin Azərbaycanın ən qədim sakinləri olması faktını ərəb
mənbələri də təsdiqləməkdədir. Məsələn, Übeyd ibn Şəriyyə əl -Cürhuminin “Xəbərlər”
əsərində (Vll əsr) əsrində yazılır ki, xəlifə l Müaviyə 661-680) Azərbaycanın işğalı çağında
ordu komandanından Azərbaycan barədə nə bildiyini soruşmuş, o da “Azərbaycan ən
qədimdən türklərin ölkəsidir və orada türklər yaşayır” -deyə cavab vermişdir (142.5; 143.183).
Eyni fikir 1126-cı ildə qələmə alınmış, müəllifi bilinməyən başqa bir tarixi əsərdə də
təkrarlanır:
“Azərbaycan ən qədimdən türklərin əlində olan bir ölkədir” (142.183).
Mövzumuz baxımından professor Helmoltun ümumi rəhbərliyi altında 120 alimin kollektiv
əməyinin nəticəsi olan “Bəşəriyyətin ümumi tarixi” kitabının “At -ropatena” bölümündə
yazılanlar da böyük önəm daşımaqdadır:
“…Tarixin göstərə bilmədiyi məchul bir zamandan bəri bu yerlərdə başdan-başa türklər
yaşamaqdadır (71.62).


Kuti, turuk, subar və kumanlardan sonra qədim Azərbaycanın mixi yazılarda adına rast
gəldiyimiz növbəti türk soyu kimmerlər olmuşdur ki, mixi yazılar onlardan e.ə. Vlll əsrdən
etibarən söz açmağa başlamışdır.
KİMMERLƏRDƏN İSKİT VƏ SAKLARA
Kimmerləri e.ə. Vlll əsrin Azərbaycan və Ön Asiya sakinləri kimi göstərən mixi kitabələrdən
fərqli olaraq Herodot e.ə. V srdə onlardan Qara dənizin quzey sahillərinin sakinləri kimi söz
açmaqdadır. Tarixin atası eyni zamanda onların bu əraziyə iskitlərin təzyiqi ilə Araz çayı
sahillərindən köç etməyə zorlandıqlarını bildirməkdədir. Belə hesab olunur ki, bu etnik qrup
guya Güney Qafqaz və Ön Asiyaya Quzey Qafqzdan Daryal keçidini keçərək gəliblərmiş,
yəni onlar Azərbaycan və Ön Asiyanın avtoxton əhalisi deyilmiş. Bu fikrin doğru o lmadığını
irəlidə göstərəcəyik. Hələliksə qeyd edək ki, onların Araz çayını keçərək e.ə. 715-ci ildə
Urartu ordusunu darmadağın etdikləri və Urartunu tutduqları dəqiq məlum olan faktdır
(144.278-281).
Kimmerləri “qamira” adlandıran aşşur mənbələri onlardan Manna, yəni Azərbaycan sakinləri
kimi söz açmaqda və onların hökmdarı Tuqdammenin (Toxtamışın) adını çəkməkdədirlər.
(55.327-219). Rus və bəzi Avropa elmi ədəbiyyatında yayğın olan fikrə görə bu xalq irandilli
idi (38.239-241). Lakin əldə olan təkzibedilməz dəlillər bunun əksini sübut etməkdə,
kimmerlərin türkdilli olduqlarını birmənalı şəkildə ortaya qoymaqdadır. Dünyaya “İlliada” və
“Odiseya” kimi iki nəhəng poema bəxş emiş Homer bu xalqdan “at südü sağanlar” kimi bəhs
etmişdir (103.Xlll,1). At südünü sağanların və ondan kımız hazılayanların isə məhz türk
xalqları olduğu bəllidir. İrandillilər içərisində belə hala rast gəlinməmişdir.
Bu baxımdan erkən orta əsrlər tarixçisi Prokopiyanın dedikləri isə əvəzsiz mənbə hesab edilə
bilər:
“…Saqinlərdən sonra ölkədə çoxluq təşkil edən Meotiy bataqlığından Tanais çayının
bataqlığa tökülən yerinə qədər çoxlu hun tayfaları yerləşmiş -lər.Burada yaşayan xalqları
qədimdə kimmer,indi isə utiqur adlandırır -lar.”(104.20;55.96-97).
Prokopiyanın verdiyi məlumatdan göründüyü kimi, hun türkləri,o cümlə-dən
hunların bir qolu olan utiqurlar qədimdə kimmer adlanmışlar. Bu isə o deməkdir ki,
kimmerlərin türklüyü antik müəlliflərdə heç bir şübhə oyatmamış dır.


Hun soylarından olan utiqur və kutriqurların mənşəyi ilə bağlı bir əfsanə də eyni fikri
təsdiqləyir. Bahəddin Ögəl özünün “Türk mifologiyası” kitabının Avropa hunlarının maralla
bağlı əfsanələrindən söz açan bölümündə həmin əfsanəni belə təsvir edir:
“Vaxtilə Kimmer kralınnKutriqur və Utiqur adlı iki oğlu var imiş. Günlrin birində bu iki uşaq
ov etmək üçün çölə çıxır. Ov axtardıqları zaman dişi bir marala rast gəlir və maral qovmağa
başlayırlar. Maral qaçır, uşaqlar qovurlar və ən nəhayət bir dənizin kəmarına gəlirlər.
Uşaqlar maralı dənizə sıxışdırıb vurmaq istəyirlr, lakin maral dənizə atılıb üzməyə başlayır.
Uşaqlar da üzə – üzə maralın dalınca gedirlər. Maral qabaqda, uşaqlar da arxasında sahilə
çıxırlar. Uşaqlar quruya ayaq basan kimi maral yoxa çıxır”. (221.575)
Musa Kağankatlının “Alban tarixi”ndə yazılanlara əsasən, Azərbaycanda xaqanlıq
institutunun təsisi və dövlətçilik tarixinin başlanğıcı Nuh tufanından sonraya təsadüf edir və
bilavasitə Nuhun adı ilə bağlanır.Azərbaycanın və ümumiyyətlə türk lərin ilk xaqanı kimi isə
Həzrət Nuhun oğlu, samilərin Yafəs, türklərin isə Olcay adı ilə tanıdıqları şəxsin adı çəkilir:
“Qardaşlar Nuhun təkidi ilə bir-birini qarət etməyəcəkləri barədə and içdikdən sonra
Nuhun Yafəsə təyin etdiyi sahə şimalda Midiyadan Qadriona qədər uzanıb,Midiyanı Babildən
ayıran Dəclə çayının aşağı axarına çatırdı”(66.14).
Musa Kağankatlının yazdığına görə, Yafəsin oğullarından biri Qamər idi və qamərlər, yəni
kimmerlər onun soyundandır (66.14-15). Müəllif eyni zamanda kimmerlərin soy babası olan
Qaməri Azərbaycanın (Albaniyanın) Yafəsdən sonrakı ikinci xaqanı kimi təqdim edir. Bu isə
o deməkdir ki, kimmerlər çox-çox qədim zamanlarda gerçəkdən də bu ərazilərin sahibləri
olmuşdular. Məhz o dövrdə də “kimmer” adı utilərə də şamil edilmişdir. Belə isə, eyni ad
ümumiləşdirici ad kimi utilərin qonşuları saklara da, – əgər onlar həmin dövrdə eyni ərazidə
yaşayır-dılarsa, – aid edilməli idi.
Mixi yazılar bu versiyanı da təsdiq edir. Məsələ burasındadır ki, 1933-cü ildə Aşşurbanipalın
(e.ə.668-663) Ninəviyyədəki İştar məbədindən tapılmış mərmər lövhə üzərindəki yazısında
başqa yazılardan kimmerlərin xaqanı kimi tanınan Tuqdamme (Toxtamış) “Saka ölkəsi”nin və
ya sakların hökmdarı kimi təqdim edilir. Mətnin naşiri R.Tompson “saka” (sak) ifadəsindən
sonra gələn mixi işarəni özünəməxsus şəkildə şərh edərək, bu halda hansısa fərqli sak
boyundan söhbət getdiyi fikrini əsaslandırmaq istəmişdir.Lakin sonralar X. Tadmor iddia etdi
ki, ifadəni “Saka və Qutium” (Qutium ölkəsi, kutilər ölkəsi) kimi oxumaq lazımdır. Onun


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə