676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə32/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   28   29   30   31   32   33   34   35   ...   51

dövründə deyil, Eneolit, yəni Mis-daş və Tunc dövrlərində də xas olmuşdur.Bu insan tipi elm
aləmində “kaspi” və ya “oğuz”tipi adlanır və öz parametrlərinə görə Azərbaycan
türklərinin antropoloji tipinə uyğundur və digər qonşu xalqların göstəricilərindən əsaslı
surətdə fərqlənir.”(34.123).
Antropoloji tədqiqatlar Bütün Qafqaz və Cənubi Azərbaycan ərazisində Me-
zolit dövründə yaradılan zəngin mədədniyyətin qurucularının məhz Azərbaycan türklərinin
əcdadları olduğunu birmənalı şəkildə sübut etməkdədir.Bu faktı Qobus -tan ərazisində təsbit
edilən və ayrı -ayrı türk soy və boylarına aid soy tamğaları da sübut etməkdə dir.F.Muradova
deyir:
“Qobustanda insan,heyvan,balıq və sairə təsvirləri lə yanaşı,müxtəlif işarə və tamğalara
da rast gəlinməkdədir.” (5.130).
İskit, sak və sarmatları irandilli hesab edən bir çox elm adamı alanların da irandilli olduğunu
söyləyərək, onları osetinlərin ulu babaları olduqlarını iddia etməkdədirlər. Lakin həmin
alimlər eyni zamanda sarmat və alan qəbirlərindən tapılmış skeletlərin antropoloji cəhətdən
irandilli osetinlərə deyil, qıpçaq mənşəli, türkdilli qaraçay və balkarlara uyğun g əldiyini
(169.171), həmin qəbirlərdən çıxan əşyaların üzərində tük -run yazılarına və türk tamğalarına
rast gəlindiyini (169.172-173) etiraf etmiş, bunu izah etməkdə çətinlik çəkmişlər. Halbuki, bu
halı izah etmək üçün alanların və asların dili haqqında Bi runinin (Xl əsr) söylədiklərini yada
salmaq tamamilə yetərlidir. Bu böyük alim həmin xalqların qıpçaq və Xorəzm (karluq)
dillərinin qarışığı olan xüsusi bir dildə danışdıqlarını yazmışdır (170.54).
Maraqlıdır ki, qaraçay və balkar türkləri bugünə qədər özləini alan-kumanların davamı hesab
etməkdədirlər (112.232). Osetinlər də balkar türklərini “ası” və ya “asiaq” (aslar), qaraçay
türklərini isə “Stur-Asiaq” (böyük aslar) adlandırırlar. (7.13).
Tarixi mənbələrdə kumanların da iskitlərlə eyniləşdirilməsi, onl ardan “koman iskitləri” kimi
söz açılması hallarıda müşahidə edilmişdir. R.Q.Latam koman iskitlərinin etnik mənsubiyyəti
barədə yazmışdır:


“Koman iskitləri, massagetlər, saklar, peçeneqlər, xəzərlər, hunlar öz mənşələri etibarilə
türkdürlər və bunu sübut etməyə ehtiyac yoxdur.” (137.15).
İskitləri “işquz adlandıran Mahmud İsmayılın yazdığına görə, l yüzilliyin müəllifləri Pomponi
Mela və Pliniy iskitləri türkdilli hesab etmiş, V yüzilin müəllifi Zozima isə yazmışdır ki,
bəziləri iskitləri hunlar adlandırırl ar (137.13). Xl əsrdə yaşamış gürcü tarixçisi Leonti Mroveli
özünün Kartlis Tsxvoreba” (Gürcü çarlarının tarixi) adlı əsərində iskitləri xəzər türkləri ilə
eyniləşdirmişdir. Eyni dövrə aid edilən rus salnaməsində -”Ötən illərin salnaməsi”ndə də
xəzərlərlə iskitlər arasında bərabərlik işarəsi qoyulmuşdur (169.70).
Bir vaxt Atillanın qərargahında olmuş və bu böyük türk hökmdarı ilə görüşmək şərəfinə nail
olmuş Prisk isə hun türklərini “çar iskitləri” adlandırmışdır (75.108-109). Ondan öncə isə
Yevnapiy eyni fikri söyləmişdir (75.110). lV əsrdə yaşamış Misir yepiskopu Seneziyanın
Roma imperatoru Arkadiyə yazdığı məktubda da hunlardan iskit kimi söz açılmaqdadır
(169.96).
Vlll əsrin Bizans tarixçisi Feofan özünün “Xronoqrafiya”əsərində iskit və xəzər türkləri
arasında heç bir fərq qoymur, xəzərləri iskit adlandırır (171.68). Bizans müəlliflərinin, demək
olar ki, hamısı, o cümlədən Zemarx, Menandr və Simokatta türklərdən iskit kimi söhbət açmış
və iskitlərin türk olduqlarını təsdiqləmişlər. Bu hal XV əsrə qədər dav am etmişdir
(171.97;137.15). Mençen-Helfen özünün “Hunların dünyası” adlı əsərində iskitlərlə, eləcə də
kimmerlərlə hun türklərini eyniləşdirən bütün əski qaynaqları ortaya qoymuşdur (172.17 -18).
Maraqlıdır ki, qədim hind mənbələri də şakyalar (saklar), turuşkalar (türklər) və hunlar
arasında bərabərlik işarəsi qoymaqda, onlardan eyni etnos kim danışmaqdadırlar (173.60).
Gördüyümüz kim, qədim və orta əsr mənbələri iskit və sakları birmənalı olaraq türk kimi
təqdim etməkdədir. Artıq həmin mənbələrin söylədik lərinin doğruluğunu təsdiq edən
təkzibedilməz arxeoloji dəlillər də tapılmışdır. Söhbət Qazaxıstan ərazisində, saklara aid İssık
kurqandan tapılan gümüş nimçə üzərindəki türk yazılarından gedir. Bu barədə irəlidə söhbət
açılacaqdır.
SAKLAR: İŞQUZLAR VƏ ŞAKILAR
Saklar barədə Yeni Türk Ensiklopediyasında yazılmışdır:


“Saklar (e.ə. Vll-lll əsrlər) türklərin tarix öncəsinin, Teoman və Metedən öncəki türk tarixinin
ən mühüm siyasi quruluşudur, sakların qurduğu dövlətdir… Yunanların “ska” dediyi
qövmdür. Xanədan və hakim ünsür türkdür…
Sakların ən böyük hökmdarı iranlıların Əfrasiyab dedikləri Alp Ər Tonqa -dır. Türkləin
yetişdirdiyi ilk böyük tarixi şəxsiyyətdir.” (86.4363).
Artıq qeyd edildiyi kimi, Herodot yunanların “iskit” çağırdıqları xalqlara farsların “sak”
dediklərini yazmışdır. Bunun gerçəkdən də belə olduğunu fars -Əhəməni şahı Daranın Nəqşi-
Rüstəmdəki kitabəsi də sübut etməkdədir. Bu kitabədə üç növ saklardan söhbət açılmaqdadır:
xaumvarqa sakları (şərab bişirən saklar), tiqraxauda sakları (oxpapaq və ya şişpapaq saklar)
və taradrava sakları (dənizin arxasında yaşayan saklar) (75.54).
Daha qədim mənbələrdə, yəni e.ə.Vlll-Vll əsrlərə aid mənbələrdə isə əsasən iki sak xalqından
söhbət açılır. Onlardan biri kimmerlərlə eyniləşdirilir (139.84), digəri isə həm də “işquz” adı
altında yad edilir Birincilərdən Manna sakinləri kimi söhbət açılır:
“Manna ölkəsində oturan…Mana ölkəsindən çıxıb Urartuya hücum edən.. .Aşşur sınırlarını
aşıb yağmalar edən” (7.106).
Bunlar kimmerlərdir, çünki eyni xalqdan ll Sarqonun kitabəsində “qamir” (kimmer) kimi söz
açılır:
“Qameraa (kimmelər) mannalıların ölkəsindən çıxıb Uratuya daxil oldu… bütün Urartu
qorxu içindədir.” (7.107).
Maraqlıdır ki, Aşşur mənbələri onlardan qəsbkar, yağmalar törədənlər kimi söz a çır. Bisitun
kitabəsinin farsdilli hissəsində də saklardan qəsbkar kimi söz edilir və məhz həmin saklar eyni
kitabənin akkad variantında “kimmer” adlandırı -lır:
“Saklar qəsbkar idilər və Ahura Məzdaya hörmət etmirdilər.Mən Ahura Məzdaya
hörmət edirdim. Ahura Məzdanın mərhəmətilə mən onlarla öz istəyimə uyğun rəftar etdim.”
(104.105).
Artıq qeyd etdiyimiz kimi, bu sakların kimmerlərlə eyniləşdirilməsi keçmişin ənənələri ilə
bağlı olmuşdur. Yəni bir zamanlar bu saklar kimmerlərin hakimiyyəti altında yaşamış
olduqları üçün uzun müddət xüsusi “sak” (şakı) adı ilə yanaşı ümumiləşdirici “kimmer” adını


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə