676-Sakların Dili Ve Edebiyyatı (Bextiyar Tuncay)



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə20/51
tarix17.11.2018
ölçüsü0,63 Mb.
#80567
1   ...   16   17   18   19   20   21   22   23   ...   51

minillikdə xeyli zəifləmiş, l minillikdə isə bu ərazidə məskun olan digər soylarla qaynayıb -
qarışaraq tarix səhnəsindən çıxmışlar.” (137.5).
Kutilərin tarix səhnəsindən çəkilməsinə paralel ayrı-ayrı dövrlərdə subarların (suvarların),
kumenləin (kumanların), turukların (türklərin) və digər türk soy və boyların üstün vəziyyətə
yüksəlməsi müşahidə edilmiş və ən nəhayət, e.ə. Vlll əsr -dən etibarən isə kimmerlər
Azərbaycan və Ön Asiya ərazisində aparıcı siyasi qüv-və rolunda çıxış etməyə başlamışdılar.
Azərbaycanın mixi yazılarda adına rast gəlinən boylarından biri də subarlar olmuşlar. Yusif
Yusifov yazır:
“E.ə. III-II minilliklərdə su tayfaları Zaqroş dağlarında və Urmiya gölünün cənubunda
yaşayırdılar. Bu etnonimin ilkin forması suv // sub olmuşdur. Bir sıra tədqiqatçılar su
etnonimini İkiçayarasının şimalında geniş bir ərazidə yaşayan Subir (Subar) və Urmiya gölü
Hövzəsində yerləşmiş subvi (sumbi) tayfa adlarının qısaldılmış (şəkilçisiz) forması hesab
edərək Subir (Subar) adlarını sonrakı türk mənşəli sabir // suvar tayfalarının adı ilə
eyniləşdirmişlər. Qədim və erkən orta əsr qaynaqlarında rast gəlinən bu etnonimlər Türk
dilləri baxımından yanaşılsa, etnonimlərə -ir, -ar sözlərinin əlavə edildiyini görmək olar.
Qədim Türk dillərində ir (ar) eynimənalı söz kimi “ər”, kişi” mənası daşıyır. Etnonimin kök
sözü sub (suv) qədim Türk dillərində “su – çay” mənasını daşıyırdı.” (1.80).
Firidun Ağasıoğlu isə bildirir:
“Subarlar haqqında məlumatlar 5 min il arası kəsilmədən davam edir…Subar etnonimi
qədim türk dilində “çay adamı” anlamında işlənmişdir…İ.M. Dyakonovun Subar ölkəsini “Su
səhrası” kimi izah etməsi toponim yaradıcılığına uyğun gəlmir.
Ən qədim subarlar haqqındakı məlumatlara görə, onlar e.ə. lV -ll minillikdə İkiçayarası
adlanan ərazilərdə, Fəratla Dəclə arasında yaşayırmış…İkiçayarasının indiki Bağdaddan
aşağı hissəsinə bəzi mənbələrdə Kienqir (Kəngər), yuxarı hissəsinə isə Subartu (Subar)
deyirdilər.” (7.154-155).
Eramızdan əvvəl 3-2-ci minilliklərə aid mənbələr kəngərlərlə suvarların qonşuluqda
yaşadıqlarını bildirməkdədir.Həmin qaynaqlardan belə bəlli olur ki, kəngərlər İkiçayarasının
cənubunda, suvarlar isə şimalında yaşamışlar
(7.150).
Maraqlıdır ki,1-2-ci əsrlərə aid mənbələr də bu iki türk boyunun qonşuluqda,fəqət əvvəlki


yurdlarından bir xeyli aralıda, Xəzər dənizi sahillərində yaşadıqlarını qeyd etməkdədir.Söhbət
Ptolomeyin qeydlərindən gedir.O bu iki xalqın Xəzər sahilində, Qafqaz dağlar ından Dərbəndə
kimi uzanan geniş sahədə yaşadıqlarını yazmışdır. (53.141)
Sonrakı dövrlərə aid mənbələrə gəlincə, bu türk etnik qrupunun adına ilk dəfə “saspir”
formasında Herodotda (137.6),”savar” formasında Ptolomeydə, Şimali Qafqazın və
Azərbaycan ərazisindəki Şabran şəhərinin sakinləri kimi söz açılır (55.127,128).
Subarlardan “saspir” (sabir) kimi söz açan Herodot onları Midiya ilə Kolxida arasında, yəni
bugünkü Quzey Azərbaycan və Ermənistan (Qərbi Azərbaycan) ərazilərində yerləşdirir:
“(Kolxida və Midiya arasında) saspir xalqı yaşayır” (60.13).
Bartold bu xalqı bulqarların bir hissəsi hesab etmişdir (110.l.209). Həmin dövrdə suvarların
Xəzər dənizinin şimal -qərbində, hunlarla iç-içə yaşadıqları məlumdur (140). Mənbələrdə
suvarlar bəzən hun adlandırılır. Ölkəmizin ərazisindəki Biləsuvar və bir vaxtlar Quba
ərazisində olmuş Qaleyi-Suvar toponimləri suvarların adı ilə bağlıdır.
Mövzu ilə bağlı Mahmud İsmayıl yazır:
“Qədim şumerlərin müasiri…Araz çayı sahilində,onun sağ sahilində məskun olmuş saspirlər
barəsində verilən məlumat diqqətəlayiqdir. Bilicilərin böyük əksəriyyəti onları qeyri-sami
qrupuna daxil edirlər. Onların adı akkad kitabələrində subarium, şubaru -subarei, şumer
kitabələrində isə subir kimi qeyd olunmuşdur. Herodot onları saspirlər adlandırı r və Araz
sahilində, Midiyanın şimalında yerləşdirir. Bəzi tədqiqatçılar belə hesab edir ki, həmin
saspirlər Azərbaycanın şimalında yaşamış savirlərdir.” (137.6).
E.ə.ll minillikdən etibarən mixi yazılarda bilavasitə “türk” etnik adını daşıyan qrupdan da
söhbət açılır. Onlar həmin mənbələrdə “turuk” adı ilə yad edilməkdədirlər. Akkad və aşşur
mənbələrindən belə məlum olur ki, bu xalq Cənubi Azərbaycan və Şərqi Anadolu ərazisində
yaşayırdı və Arattada məskun idi. Turukkular Aratta ilə Aşşur arasında qalan ər azilərə sahib
olmaq uğrunda aşşurlarla mübarizə aparırdılar (1.73).
Türklərin adının Azərbaycan sakinləri kimi hələ eradan əvvəl akkad və aşşur mixi
yazılarında “turukku” kimi qeyd edildiyini ilk dəfə təsbit edən tanınmış alim Zelik
Yampolski olmuşdur. O,türklərin mənşəyi və ilk ana yurdu barədə o vaxta qədər rus -sovet


tarixşünaslığında mövcud olan rəsmi baxışlara qarşı çıxaraq bildirmişdi ki,akkad mənbələri
“türk” etnoniminin qeydə alındığı ən qədim yazılı mənbələrdir (71.62 -64). Eradan əvvəl
birinci minilliyə aid Urartu mixi yazılarında da eyni xalqın adı,eyni ərazinin sakinləri kimi
qeyd edilmişdir.Urartu mənbələrində həmin xalqın adı “turuxi” kimi çəkilr.
Firidun Ağasıoğlunun fikrincə, Aşşur mənbəlrində rast gəlinən “turukku” etnonimi “türk”etnik
adının aşşur dilindəki səsləniş və yazılış formasıdır (7.39). İlk dəfə Zelik Yampolski
tərəfindən söylənilən bu fikrə sonralar Əbülfəz Hüseyni, Cəfər Cəfərov, Məhəmməd Hatəmi
Tantəkin, Yusif Yusifov, Qiyasəddin Qeybullayev, Tofik Hacı yev, Mahmud İsmayıl, Kamil
Əliyev, Firidun Ağasıoğlu, Nizami Xudiyev və s. kimi Azərbaycan alimləri də şərik
çıxmışlar.Yusif Yusifovun yazdığına görə, “türk”adına erkən orta əsrlərə aid hind
qaynaqlarında turukka”, Xotan mətnlərində “ttrruki”,Tibet mənbələrində “druq” və “druqu”
formasında rast gəlmək mümkündür. (1.78).
Turuklar barəsində ilk məlumatlara e.ə. XlV yüzilliyə aid aşşur mənbələrində rast gəlindiyini,
daha sonra isə “turux” (və ya turuxi) adı ilə urartu mənbələrində məlumat verildiyini
vurğulayan Mahmud İsmayıl da onların alimlər tərəfindən türklərlə eyniləşdirildiyini
söyləməkdədir (137.7).
Mərhum alimimiz Yusif Yusifovun yazdığına görə,eramızdan əvvəl 2-ci minilliyin
əvvəlində Urmiya gölü hövzəsində yaşayan türklərin aktiv siyasətə qoşulması başlayır.Onlar
Zaqroş dağlarını aşaraq İkiçayarasına daxil olurdular.Türklər Aşağı Zab çayının yuxarı
axarında yerləşən Raniyə düzənliyinə
çıxır və burada
yaşayan hürrilərlə ünsiyyətə girirdilər.Ümumiyyətlə,onlar bu ərazi uğrunda mübarizə
aparırdılar və bununla da İkiçayarasının şimalında yaranmış Aşşur dövlətinin sərhədlərində
təhlükə yaradırdılar.
Aşşur mixi yazılarından belə məlum olur ki,aşşur hökmdarı 1 -ci Şamşi-Adad türklərə
qarşı hərbi yürüş təşkil edir,lakin bu tayfaların müdaxiləsinin qarşısını ala bilmir.Türklər
aşşurların nəzarəti altında olan Şuşarra vilayətini ələ keçirirlər.Aşşur hökmdarı 1 -ci İşme-
Daqan baş verənləri cöx maraqlı təsvir etmişdir:
“O ki qaldı Şuşarra olkəsinə,siz mənə yazırsınız ki,bu ölkə həyacan içindədir və biz
onu saxlaya bilmirik.Qoy qasid sizə vəziyyəti izah etsin.Turukkulu Lidaya və bu ölkədə onunla
birlikdə olan turukkilər rəqabət aparırdılar və iki yaşayış məntəqəsini dağı tmışdılar.Mən


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə